Aprelin 1-dən daha 21 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq » Hərbiand

Son Dəqiqə:

Aprelin 1-dən daha 21 şəhər və rayon icbari tibbi sığorta sisteminə qoşulacaq

“Aprel ayının 1-dən respublikanın 21 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulacaq”.

HerbiAnd.az saytı APA-ya istinadən bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib.

Onun sözlərinə görə, Gəncə, Göygöl, Goranboy, Daşkəsən, Samux, Naftalan, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocavənd, Xocalı, Laçın, Kəlbəcər sakinləri icbari tibbi sığortanın xidmətlər zərfindən yararlanacaqlar. Həmçinin aprel ayının 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına və müştərək maliyyələşmə məbləğinin tətbiqinə başlanılacaq.

Şərh Yaz