DSX: Ermənistan ordusu Qazaxda yaşayış evlərini atəşə tutub, düşmən cavab atəşi ilə susdurulub » Hərbiand

Son Dəqiqə:

DSX: Ermənistan ordusu Qazaxda yaşayış evlərini atəşə tutub, düşmən cavab atəşi ilə susdurulub

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir.

Herbiand.az saytı Azərtaca-a istinadən xəbər verir  ki, martın 13-də saat 11:45 radələrindən başlamaqla Qazax rayonunun Abbasbəyli kəndində yaşayış evləri və mülki nəqliyyat vasitələri Ermənistanın İcevan rayonunun Berkaber, Lalaqux və Sevkar kəndləri yaxınlığında yerləşən silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, yaşayış məntəqəmizə qarşı atəşin açıldığı Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Hazırda əməliyyat şəraiti sərhəd döyüş məntəqələrimizin nəzarəti altındadır.

Şərh Yaz