Londonda keçirilən Avropa Olimpiya təsnifat turnirində boksçumuz səkkizdəbir finala yüksəlib » Hərbiand

Son Dəqiqə:

Londonda keçirilən Avropa Olimpiya təsnifat turnirində boksçumuz səkkizdəbir finala yüksəlib

Londonda boks üzrə Avropa Olimpiya təsnifat turniri davam edir. Yarışın ikinci günündə Azərbaycan millisinin daha iki üzvü mübarizəyə qoşulub.

Herbiand.az saytı AZERTAC-a istinadən xəbər verir ki, boksçularımızdan Cavid Çələbiyev (63 kiloqram) debütdə Kiril Rusinovla (Bolqarıstan) üz-üzə gəlib. Onaltıdabir final mərhələsi çərçivəsində baş tutan görüş gərgin alınıb. Qarşılaşma 4:1 hesabı ilə dünya çempionumuzun xeyrinə yekunlaşıb.

C.Çələbiyev növbəti döyüşündə irlandiyalı George Batesi sınağa çəkəcək. Görüş martın 17-də olacaq.

Digər boksçumuz Rauf Rəhimov (91 kiloqram) Mücahit İlyasla (Türkiyə) qarşılaşıb və məğlubiyyətə üzülüb.

Şərh Yaz