“Bədii və tarixi kitabları xoşlayıram, ancaq “Qurani-Kərim”i dəfələrlə oxusam da doymuram” » Hərbiand

Son Dəqiqə:

“Bədii və tarixi kitabları xoşlayıram, ancaq “Qurani-Kərim”i dəfələrlə oxusam da doymuram”

Bədii vəƏhməd Alıyev 1946-cı ildə Ağcabədinin Hindarx kəndində dünyaya göz açıb. Əhməd babanın yaşı 70-ə çatsa da, mütailə hələ də onun sevimli məşğuliyyətidir. Kitabxanasında 500 ildən çox yaşı olan nadir əsərlər saxlanılr. Bundan əlavə, burada hər bir muzey üçün nadir sayıla biləcək kitablar var. Onların ən qədimi isə ev sahibi olan babanın dediyinə görə, “Qurani Kərim” kitabıdır və ərəb dilində yazılan kitabda farsca təfsirlər də nümayiş etdirilir.

Əhməd müəllim, təhsiliniz varmı?

– Bəli. Orta məktəbi Hindarxında oxumuşam. 1971-ci ildə isə Azərbaycan Poltexnik Texnikumunun “Avtonəqliyyatın istismarı” fakültəsini bitirmişəm.

Ərəb dilinə və dini kitablara maraq sizdə nə vaxtdan yaranıb?

– Hələ gəncliyimdən, texnikumda oxuyandan ərəb dilini öyrənməyə çalışmışam. Ailə qurandan sonar qaynatam Məşədi Əli mənə kömək edib. Əslən Cənubi Azərbaycandan olan Məşədi Əli 1947-ci ildə bura gəlib. Bu kitabları da elə oradan gətirib. Ərəb və fars dillərindədir. Ərəb dili isə mənim üçün daha anlaşılandır.

Hansı qədim kitablarınız var?

– “Qurani-Kərim”in qədim nüsxələri ilə yanaşı, əbcəd hesabına aid əsərlərin, hədis kitabları, o cümlədən “Cameyi davat” əsəri…

Kitabxanızdakı kitabların ən qədiminin yaşı nə qədər olar?

– Bu kitabların yaşı 5-6 əsrə qədər olar. Çətinliklə bu kitabları o vaxt saxlamışıq. Çünki sovet dövründə ateizm təbliğatı güclü olduğundan dövlət imkan vermirdi bu kitabları saxlamağa. Hətta bu kiatbların bəzilərini yerinaltında saxladığımıza görə, bu cür güvələr yemişdi.

Sevimli məşğuliyətiniz?

Kitab oxumaq. Bədii və tarixi kitabları xoşlayıram, ancaq “Qurani-Kərim”I dəfələrlə oxusam da, doymuram. O qədər dərindi ki, nə qədər öyrənsən də, onu axıra çatdırmaq mümkün deyil.

Oxucularımıza nə arzulayırsınız?

– İslam dininin müqəddəs kitabına yaxından bələd olmağı. Mən onlara arzulayardım ki, mümkün qədər “Qurani-Kərim”i öyrənsinlər. Çünki o bizə həm indi, həm də axirətdə lazımdır. Bu kitab insanı saflaşdırır, mənən insanı duruldur. Onları doğru, düzgün yola hidayət edir. Bir də vətəni sevməyi və qorumağı öyrədir. Məhəmməd Peyqəmbər (s.s.) “Vətəni qorumaq imandandır” deyib.

Şöhrət EYVAZOV

 

 

 

 

Şərh Yaz