YÜZMİNLƏRİN İZLƏYƏCƏYİ RƏSM SƏRGİSİ » Hərbiand

Son Dəqiqə:

YÜZMİNLƏRİN İZLƏYƏCƏYİ RƏSM SƏRGİSİ

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə “Bakı Metropoliteni” QSC, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və “LAYF” İctimai Birliyinin əməkdaşlığı ilə Bakı Metropoliteninin N.Nərimanov stansiyasının təmirdən yeni çıxmış keçidlərindəki xüsusi sərgi qalereyasında rəsm sərgisi açıllb.

LAYF” İctimai Birliyininicraçı direktoru Emil Vəliyev bildirib ki, rəsm sərgisinin keçririlməsində məqsəd ölkədə uşaqlar arasında geniş yayılan talassemiya və digər qan xəstəliklərinə qarşı mübarizəyə diqqəti artırmaq, könüllü və mütəmadi donorluğu təbliğ etmək, könüllü qan donorlarına olan ehtiyacı və zəruriyyəti nümayiş etdirməkdir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Bakı Metropoliteninin N.Nərimanov stansiyasının təmirdən yeni çıxmış keçidlərindəki xüsusi sərgi qalereyasında iki ay davam edəcək rəsm sərgisi bütün ziyarətçilər üçün açıq elan edilib.  Açılış mərasimində “Bakı Metropoliteni” QSC-nin İnsan Resursları və Xidmət Departamentinin rəisi Tərlan Dadaşov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, “LAYF” İctimai Birliyinin icraçı direktoru Emil Vəliyev,  dəyərli millət vəkili Adil Əliyev, Mərkəzi Qan Bankının direktoru Pərvanə Hacıyeva və bir sıra dövlət və qeyri dövlət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sərgidə “Uşaqların inkişafında idmanın rolu”; “Qan donorluğunun təbliği və bu təbliğatın uşaqların sağlamlığında önəmi”; “Odlar Yurdu Azərbaycan”mövzularında 5-17 yaş arası uşaqlar tərəfindən çəkilmiş rəsm əsərləri nümayiş etdirilir.  Qeyd edək ki, Azərbaycanda ilk dəfə olaraq uşaqların rəsm əsərlərindən ibarət sərgi qeyri-məhdud auditoriya ucun  “Bakı Metropoliteni” QSC-nin ev sahibliyi və dəstəyi ilə iki aydan daha çox müddətd yüz minlərlə vətəndaşımızın və ölkəmizin qonaqlarının ixtiyarında olacaq. Ölkəmizdə keçiriləcək 1-ci Avropa Oyunlarını nəzərə alaraq rəsm əsərləri haqqında məlumat həm Azərbaycan, həm də ingilis dilində göstəriləcək. Stansiyanın hər iki çıxışında 80 rəsm əsəri nümayişi həyata keçirilir. Təşkilatçılar bu sərgi sayəsində “Donorluğu” təbliğ etməklə yanaşı azyaşlılar arasında rəssamlığa marağı artırmaq və gələcəkdə dünya mədəniyyəti və incəsənəti sahəsində ölkəmizin adını yüksəldəcək rəssamların yetişməsi üçün münbit çərait yaradır.

Sərgidə Bakı şəhərində fəaliyyət göstərən onlarla rəsm studiyası, orta məktəb və mədəniyyət evləri iştirak edirlər. Layihənin müəllifləri  “LAYF” İctimai Birliyi və “Bakı Metropoliteni” QSC tərəfindən önümüzdəki aylarda Metropoliteninin digər stansiyalarında da rəsm və foto sərgilərin keçirilməsini planlaşdırır. Təşkilatçılar adından bu cür maarifləndirici layihələrə təmənnasız ev sahibliyi və bütün texniki dəstəyini səfərbər edən “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynova, o cümlədən sərginin təşkilində və həyata keçirilməsində əməyi keçən hər kəsə, açılışda iştirak edən qonaqlara dərin təşəkkürümüzü bildiririk.

Birlikdə daha böyük layihələrə imza atmaq arzusu ilə…..

603699_10203896358599003_8015817133909644974_n
10463029_10203896355638929_3592910868301532969_n
11137116_10203896358479000_7368350288831429039_n
11220918_10203896358639004_8797032628677698713_n
11234810_10203896355598928_7308217596750158523_n
11235386_10203896366199193_5077523959368516010_n
11330025_10203896355718931_4348892139765244804_n
11377373_10203896358559002_7078126495182138738_n
11390041_10203896355758932_3249651206248686957_n
11391250_10203896366319196_1149333666293159045_n
11391287_10203896366239194_1033348758889243707_n

Şərh Yaz