Azərbaycançılıq siyasi ideologiya olduğundan onun təbliği baxımından dövlət səviyyəsində görülən işlər qənaətbəxşdir » Hərbiand

Son Dəqiqə:

Azərbaycançılıq siyasi ideologiya olduğundan onun təbliği baxımından dövlət səviyyəsində görülən işlər qənaətbəxşdir

156762_355140047915753_1278368808_nTutduğumuz vəzifədən asılı olmayaraq, həm də bir vətəndaş kimi bu siyasətin təbliğində əlimizdən gələni əsirgəməməliyik

Bu gün ölkədə türk də, talış da, tat da, rus da, ləzgi də, yəhudi də eynihüquqlu, eyni sosial statuslu vətəndaşlardır. Kimi dindirsən bu həqiqəti təstiqləyir və kimliyindən asılı olmayaraq hər kəs göz önündə olan uğurlu gerçəyi dəyərləndirməyi bacarmalıdır. Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru Əzizağa Quliyevlə söhbətimizi də bu istiqamətdə apardıq.

Sizi tanıyaq və direktoru olduğunuz Heydər Əliyev Mərkəzində “azərbaycançılıq ideologiyası” ilə bağlı görülən işlərdən məlumatlı olaq.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetini bitirib, hərbi xidməti başa vurduqdan sonra, 2009-cu ilin aprel ayında Saatlı rayon Heyder Əliyev Mərkəzində ekskursiyaçı kimi əmək fəaliyyətinə başlamışam. Rayonumuzda başlanan quruculuq- abadılıq işləri çərçivəsində bir çox dövlət əhəmiyyətli obyektlər açılmışdır. 2008-ci ilin may ayında Cənab Prezident İlham Əliyevin rayonumuza səfəri zamanı Saatlı rayon Heydər Əliyev Mərkəzinin açılışı olmuşdur. Mərkəzimizdə qurulan iş prinsipi ulu öndər Heydər Əliyev irsinin həyat və fəaliyyətinin təbliği və tədqiqi, azərbaycançılıq idealogiyasının cəmiyyətdə, məktəblilər və gənclər arasında təbliğilə məşğuldur. “Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir”, “Gənclər azərbaycançılıq ideologiyasının əsas daşıyıcılarıdır”  mövzularında elmi konfranslar və praktiki kurslar təşkil olunur və rayon məktəblilərinin bu tədbirlərdə mütəmadi iştirakını təmin etməyə çalışırıq. Onların ulu öndərin həyat fəliyyətini əks etdirən zəngin eksponatlarla tanış olmaları üçün silsilə ekskursiyalara dəvət edirik. Həmçinin dövlət əhəmiyyətli tədbirlərin təşkilində Mərkəzin xidmətləri əvəzsizdir.

 –  Azərbaycançılıq ideologiyasının təbliği barədə nə düşünürsüz?

– Ulu öndərin təməlini qoyduğu bu siyasət əsaslı şəkildə təbliğ olunmalıdır və düşünürəm ki, ən azından KİV tərəfindən təbliğ olunmaqdadır. Respublikada və ölkəmizdən kənarda yaşayan hər bir azərbaycanlı bu ideologiyanın əsas daşıyıcılarıdır. Umumiyyətlə, ideologiya elə bir məhfumdur ki, onu yaradan şəxsiyyət müəyyən zamandan sonra olmaya da bilər. Amma ideologiya nəsildən-nəsilə ötürülüb daim yaşayır və əgər bu xalqın, millətin gələcək rifahına, onun həyat şəraitinin yaxşı olmasına xidmət edirsə, məsələ daha da ciddiləşir. Məhz ulu öndər Heydər Əliyev də bu prinsipi əsas tutaraq bu ideologiyanı yaratdı. Müdrik dövlət xadimi məhz bu şərəfli işi biz gənclər qarşısında bir vəzifə kimi qoydu. Biz gənc nəsil də bu şərəfli və məsuliyyətli bir vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq. Bu gün xaricdə yaşayan azərbaycanlılar, xüsusən də gənclər, tələbələr bu işə məsuliyyətlə yanaşmalıdırlar. Geniş təbliğat işi aparmalı, Azərbaycanı dünya arenasında tanıtmağa çalışmalıdırlar. Bu gün ölkəmiz uğurlu fəaliyyəti, təbliğatı nəticəsində kifayət qədər tanınır və hətta  beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Azərbaycançılıq ideologiyasının bu səbəbdən beynəlxalq münasibətlər sistemində tutduğu yer nəzərə çarpacaq dərəcədə görünməkdədir.

– Bəs bu təbliğatın çatışmayan cəhətləri nələrdir?

– Ümumiyyətlə ideologiya Azərbaycan dövlətinə məxsus bir məhfum olduğundan məncə bunun təbliğində azərbaycanlılar üçün heç bir problem yoxdur. Həmçinin bu ideologiyaya xalqımız tarixi bir əzab-əziyyət sayəsində nail olduğundan bunun təbliğatında çatışmayan xüsusiyyətlərin olmasını demək bir qədər çətindir. Çünki əzab-əziyyəti bir fərd olaraq unutmadığımız kimi, bir xalq olaraq da hansısa əzabı, məşəqqəti unutmaq çətindir məncə. Amma bir şeyi qeyd etmək olar ki, təbliğatda insan ünsürü əsas rol oynayır. İnsanlarımızın şüurunda inkişafa kömək etməliyik. Məhz ideologiya da ictimai şüurun təzahür formasıdır.

Bəzi məqamlarda qeyd olunur ki, azərbaycançılıq məfkurəsi, termini turançılıq ideyasına qarşı çıxır. Sizcə bu absurd düşüncəni kimlər yayır?

Azərbaycançılıq da, Turançılıq da hər biri ayrı-ayrılıqda tarixi köklərə gedib çıxan bir ideologiyadır. Bunu nə coğrafi adla, nə də ki, hansısa konkret xalqın adı ilə bağlamaq düzgün olmazdı. Bunların hər ikisi siyasi məhfum daşıyan bir termindir. Türkçülüyün də, Azərbaycançılığın da kökündə eyni məhfum, eyni məqsəd dayanır. Bu cür ifadəni yayanlar isə türk birliyini, islamı, günü-gündən irəliləyən inkişafı gözü götürməyən üzdəniraq təbii ki, yad ünsürlərdir. Mənə elə gəlir ki, tarix boyu hər bir ideologiyaya qarşı duran, onun ilkin yayılması, inkişafı üçün müəyyən problemlər və sədlər yaradan qüvvələr həmişə olmuş və olacaq da.

Olubmu ki, mərkəzə gənclər təşkilatlarından və ya ictimai birliklərdən məhz bu tipli layihələrin işlənib hazırlanması baxımından müraciətlər ard-arda daxil olsun?

– Mərkəz olaraq daim gənclərlə müxtəlif ictimai birliklərlə, təşkilatlarla qarşılıqlı əlaqələr qururuq. “Vətəni sevək”, “Bizim qürur yerimiz”, “Milli-mənəvi dəyərlərimizin keşiyində” mövzularında tədbirlər, yazı inşa müsabiqələri, intellektual oyunlar təşkil edirik. Ümumiyyətlə qarşılıqlı əməkdaşlıqla informasiyanın geniş əhatəyə ötürülməsində, daha böyük işlər, layihələr həyata keçirilməsində böyük nəticələrə nail olmaq mümkündür.

Mövcud olan bir dövlətin tarixi yaşanan keçmişin çox önəmli məqamlarının toplusudur və bu məqamların yetişən, formalaşan gəncliyin həyatındakı önəmi birbaşa qurulan Müstəqil Respublikanın gələcəyinə təsir edir. Bu barədə fikirləriniz maraqlı olardı.

– Hər bir dövlətin, xalqın tarixi keçmişi, zəngin nümunələri, tarixi abidələri vardır və bizim dövlətçilik tariximiz də  məlum olduğu kimi eramızdan əvvəlki minilliklərə gedib çıxır. Zaman-zaman müəyyən çətinliklərlə qarşılaşsa belə, hər hansı bir dövrdə başqa dövlətlərin təsiri altına düşsə də, öz daxili müstəqilliyini qoruyub saxlayıb və 1918-ci ildə tarixi dövlətçilik ənənələrimiz 23 ay yaşasa da, özünü çox gözəl şəkildə göstərdi. Xalqımızın öz amalından, əqidəsindən dönmədiyini nümayiş etdirdi. 1991-ci ilin 18 oktyabr hadisəsi Azərbaycanımızı müstəqil dövlət kimi yaşadan hadisə oldu. Müstəqilliyimizin bu il artıq 24-cü ilini yaşayırıq və gənc nəsil də tarixi keçmişə nəzər saldıqda dövlətçiliyimizin nə qədər çətin keşməkeşli bir yol gəldiyini görüb. Çətinliklə əldə olunan müstəqilliyimizin əbədi olmasına, daim yaşamasına çalışacaqlarına əminəm. Formalaşan yeni gənclik müstəqil, suveren dövlətdə yaşamaqla daha böyük gələcək qura biləcəklərini yaxşı bilirlər və bu yolda əllərindən gələni əsirgəməyəcəklər.

– Bu gün paytaxtın verdiyi imkanlarla müqayisədə rayon yerində maarifçiliklə məşğul olmağın özü böyük bir qüvvə tələb edir. Üzləşdiyiniz əsas problemlər hansılardır və bu problemlərin mövcud ideologiyanı kölgədə qoyan cəhətləri barədə nə deyə bilərsiz?

– Əlbəttə, bu gün şəhərlə rayonu müqaisə etsək, bir az çətinə düşərik. İdeologiya özü böyük bir mədəniyyətdir. Mədəniyyətlərin ən yüksək inkişafı isə əyalət və rayonlara nisbətən paytaxtda, şəhərlərdə daha çox mümkündür. İstər texniki cəhətdən, istər düşüncə tərzi cəhətdən bu məqam nəzərə çarpır. Mərkəz olaraq istər məktəblərdə, istər rayon gəncləri arasında maarifləndirmə sahəsində təlimlər təşkil edir, xüsusilə bu işdə gənclərin fəallığını təmin etməyə çalışırıq. Azərbaycançılıq bir siyasi ideologiya olduğundan onun təbliği baxımından dövlət səviyyəsində də görülən işlər qənaətbəxşdir. Tutduğumuz vəzifədən asılı olmayaraq, həm də bir vətəndaş kimi bu siyasətin təbliğində əlimizdən gələni əsirgəməməliyik.

Ramilə QARDAŞXANQIZI

Şərh Yaz