Nicat Mirzəyev: “Diasporamız o zaman güclü olacaq ki….” » Hərbiand

Son Dəqiqə:

Nicat Mirzəyev: “Diasporamız o zaman güclü olacaq ki….”

10Azərbaycan kiçik ölkə olsa da onun övladlarının uğurlarının səsini dünyanın hər bir bölgəsindən eşidirik. Xüsusilə də gənclərimiz xarici ölkələrdə daim Azərbaycanı müvəffəqiyyətlə təmsil edirlər. Belə gənclərimizdən biri də hazırda Ukraynada yaşayan Nicat Mirzəyevdir. Ağcabədi rayonunda anadan olan Nicat Mirzəyev sonradan ailəsi ilə birlikdə Kiyevə köçüb və hazırda orada yaşayır. Ukrayna Polis Akademiyasında magistr təhsili alan Nicat Mirzəyev eyni zamanda ictimai fəallığı ilə də seçilir. O İctimai Gənclər Təşkilatının sədri, Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbəridir. Diaspora təşkilatlarımız, səfirlimizlə bərabər ölkəmizi təbliğ edən Nicat Mirzəyev Newsbaku.info-nun suallarını cavablandırıb.

Ukraynada təhsil alan Azərbaycanlı gənclərin ictimai fəallığı hansı səviyyədədir?

Normal səviyyədədir. Burada təhsil alan gənclərimiz arasında yetərincə savadlı qabiliyyətli olanları çoxdur. Bizim Ukrayna azərbaycanlılarının lobbiçilik üçün belə savadlı gənclərə çox ehtiyacımız var. Əgər millətimizi, dövlətimizi sevdirmək istəyiriksə, onu brend etmək üçün, yalnız mədəni, təhsilli, elmli adamları olmalıdır. Amma bizim bir böyük səhvimiz  var ki, başqa ölkələrə, millətlərə lazımi qədər inteqrasiya edə bilmirik. Gənclərimiz təhsilini başa vuran kimi geri qayıdır. Çoxusu qalıb işləmir.

Ukrayna cəmiyyətinə Qarabağ həqiqətlərinin çatdırılması üçün hansı işlər görürsünüz?

Əlbəttəki, bu bizim qanlı tariximizdir. Burada çox böyük və ciddi insan, dövlət, hüquq pozuntuları olub, ən əsası da nə qədər günahsız vətəndaşımız öldürülüb. Xocalı soyqırımı barədə informasiyanın geniş yayılması üçün Ukraynada tədbirlər, aksiyalar keçirik. Amma mənim fikrimcə hər bir azərbaycanlı bu faciə haqqında tək fevralda yox, hər zaman təbliğat aparmalıdır, universitetdə, məktəbdə sinif yoldaşlarına, iş yoldaşlarına, qonşularına danışmalıdırlar.

Siz həm də Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbərisiniz. Azərbaycan mədəniyyətini təbliğ etmək üçün hansı layihələr həyata keçirirsiniz?

İnsanları çoxu siyasətdən uzaq qaçır. Amma milli mətbəxi, rəqsləri, folkloru daha da ukraynalıların sevgisi cəlb edir. Biz milli rəqs festivalları təşkil edirik. Orada Azərbaycan rəqslərini təqdim edirik:  Yallı, Uzundərə, Şalaxo, Naz eləmə, İgidlər, Nəlbəki, Süleymani və.s. Bundan başqa milli mətbəx festivalları təşkil edirik, və insanlar orada milli mətbəximizin nə qədər zəngin və müxtəlif olduğunu görürlər. Milli geyimlərdən ibarət sərgilər təşkil edirik. Burada Azərbaycanımızın müxtəlif regionlarının milli geyimlərini, adət ənənələrini nümayiş etdiririk.

Bildiyimiz kimi Ukraynada Azərbaycanlılarla yanaşı ermənilər də yaşayır və onlar hökumətdə nazir səviyyəsində təmsil olunur. Erməni diasporası sizin işlərinizə hansısa maneələr yaradırmı?

Ukrayna çoxmillətli ölkədir. Və burada insanlar çox tolerantdır, hansısa milliyyətçilik davası insan hüquqlarının pozulması deməkdir. Bu xəmiyyətdə çox güclü partlayışa gətirə bilər. Ona görə də belə hadisələr olmur. Amma biz bilirik ki, onlar tarix boyu altdan-altdan öz siyasətlərini aparıblar.

Azərbaycan-Ukrayna gənclərinin iştirakı ilə layihələr keçirmisinizmi?

Əlbəttə çox sayda gənclər forumu, konfranslar, mədəniyyət gecələri və.s tədbirlər təşkil edirik.

Ukraynada Azərbaycan diasporası ictimai-siyasi arenada nə dərəcədə aktivdir?

Aktivdir, amma yetərincə yox. Bu həqiqətdir və özləri də bilir. Hər kəs istəyər ki, diasporamız ən güclü olsun, qabağa getsin. Amma bunun üçün müəyyən vaxt və proseslər lazımdır. Diasporamız o zaman güclü olacaq ki, gürcü və üzdəniraq ermənilər kimi bizim də Ukrayna hökumətinin müxtəlif nazirliklərində, Ali Radada yetərincə nazirlərimiz və millət vəkillərimiz olsun.

Azərbaycanın Ukraynadakı səfirliyi eləcə də müxtəlif biznes və diaspor qrumları arasında münasibətlər qənaətbəxşdirmi?

Çalışmalıyıq ki, bir olaq. İstəsək də, istəməsək də bu hər birimizin marağındadır. Ən çox da bu birliyə vətəndən kənarda qalanda ehtiyac var. Çünki güc birlikdədir.

Şərh Yaz