“Neft və İncəsənət” fotosərgi layihəsi başa çatıb » Hərbiand

Son Dəqiqə:

“Neft və İncəsənət” fotosərgi layihəsi başa çatıb

23 avqust 2015-ci il tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Neft və İncəsənət” fotosərgi layihəsi yekunlaşmışdır.

Layihənin məqsədi gənc fotoqrafların neft, neft buruqları və neft sənayesi ilə bağlı maraqlı foto kompazisiyaların, sənət əsəri adlandırılacaq şəkillərin çəkmək və bunu geniş kütləyə təqdim etməkdir.

Həmçinin neftin qara rəngindən fərqli  rəngarəng gözəllikləri əks etdirən “Neft və İncəsənət” layihəsinin həyata keçirilməsi vaxti, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə reallaşan Əsrin Müqaviləsinin 21-ci il dönümü ərəfəsinə təsadüf edir.

Sərgi Bakı şəhərində, insanların sıx olduğu və şəhər mərkəzində yerləşən Park Bulvar AVM-də nümayişə təqdim olunmuşdur. Qeyd edək ki,  22 – 23 avqust tarixləri arasında davam edən “Neft və İncəsənət” fotosərgisi böyük maraqla qarşılanmışdır.

a
b
c
e
f
Neftveincesenet2

Şərh Yaz