QHT seçki ilə bağlı layihəni davam etdirir » Hərbiand

Son Dəqiqə:

QHT seçki ilə bağlı layihəni davam etdirir

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi tərəfindən həyata keçirilən “Səs ver gələcəyinin formalaşdırılmasında iştirak et”   layihəsi silsilə tədbirləri ilə davam edir.

Lahiyədə  nəzərdə tutulmuş,  tədbirlər planına uyğun olaraq növbəti tədbir 25-26  oktyabr 2015-cü il tarixində,  Nizami rayon, Məshəti küçəsi 22-ünvanda, Nizami  və Xətai rayonların gəncləri üçün, “Gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti”  mövzusunda marifləndirmə seminarı keçirildi.

Lahənin rəhbəri Tofiq Əzizov  layihənin əsas məqsədi haqqında məlumat verərək  bildirdi ki, ləyihə çərçivəsində vətəndaşlara seçki hüququnun izah edilməsinə, seçkidə vətəndaşların fəallığının artırılmasına yönəlib. Müasir siyasi proseslər çərçivəsində müstəqil Azərbaycanda mövcud demokratik sistemin daha da gücləndirilməsi və qorunub saxlanılması üçün vətəndaşların ölkəni idarə edən elitanın seçilməsində aktiv iştirak etməsi mühüm rola malikdir. Bunu nəzərə alaraq layihədə vətəndaşların seçkiyə daha aktiv cəlb edilməsi üçün müxtəlif aksiyaların keçirilməsi nəzərdə tutulub.

Seminarda 124 saylı Şuşa, Ağdam, Xocalı və Xocavənd rayonların Seçki Dairəsinin sədri Vahid Abbasov, Məsul katib Sənan Abbasov, Məsləhətçi Anar Həsənov və Nizami  və Xətai rayonlarının fəalları çıxış edərək, xüsusi qrup kimi gənclərə seçki hüququ, seçkilərdə iştirakın əhəmiyyəti ilə bağlı ətraflı məlumat verilərək gənclərin 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə fəal iştirak etmələri üçün ətraflı məlumat verərək tələbə gənclərə öz tovsiyələrin verdilər.

SAMSUNG CSC
SAMSUNG CSC
SAMSUNG CSC
SAMSUNG CSC

Şərh Yaz