Raifə Sərxanqızı: “Bu gün Azərbaycan vətəndaşı beşikdən ta məzara qədər bir düşüncəyə malikdir” » Hərbiand

Son Dəqiqə:

Raifə Sərxanqızı: “Bu gün Azərbaycan vətəndaşı beşikdən ta məzara qədər bir düşüncəyə malikdir”

1723404_935451656491899_4160466750279493552_nBu, onun hər bir övladının sinəsində alovlanan Vətən eşqi və qüdrətli türk dövlətinə malik olmaq sevgisidir! 

Azərbaycanın adı coğrafi tarixə düşdüyü gündən üzü bu yana daima mübarizə aparmağa, torpaqlarımıza qarşı bəd niyyətdə olan xainlərlə savaşmağa başlamışıq və bu savaş hələ də davam edir.

Milli kimlik, müstəqillik və suveren ölkə olmaq uğrunda verdiyimiz qurbanlar tarix boyu göz önündə olub və bütün bunlarla yanaşı, daima çalışmışıq ki, bizim də özümüzə xas olan milli kimliyimizi özündə əks etdirən ideologiyamız mövcud olsun.

Tarixi kökü daha dərinlərdən gələn azərbaycançılıq ideologiyası bax bu mübarizələrin bəhrəsidir ki, bu gün bütün vətəndaşlarımızı eyni amal ətrafında birləşdirir. Azərbaycançılıq ideologiyası mövzusunda İqtisadçı Raifə Sərxanqızı ilə ətraflı söhbət etdik.

– Hal-hazırda nə işlə məşğulsuz?

– Avrasya Sanat Kültür Edebiyyat Derneyi ASKED Uluslararası sanat danışmanı və Azərbaycan Komitə Başkanıyam. Ankara Başkent Edebiyyat Derneyinin Azərbaycan təmsilçisiyəm. Bir sözlə, ziyalı bir xanım olaraq Xalqlar Dostluğu Ordenli Moskva Kooperativ Universitetinin İqtisad fakultəsini bitirmişəm 1974-1981.

Könüllü ictimai xadim kimi türk dünyasında və dünyada Azərbaycanımızı təmsil edirəm və  40 ilə yaxın Azərbaycanımızın müxtəlif şirkət, trest və müəssisələrində çalışmışam… Baş mühasib, iqtisadçı, maliyyə direktoru və.s. işləmişəm. Həmçinin, çox ölkələrdə olmuşam. Bu ölkələr sırasında vaxtaşırı dəfələrlə və tüm bölgələrini gəzdiyim, bu gün dünyanın iri dövlətlərinin “ qara siyahısında” olan Türkiyə, Rusiya və İran da var. Bir mütəxəsis iqtisadçı kimi dünya iqtisadi araşdırmalarına göz yumanmaram. Azərbaycanımızın bu günkü iqtisadi inkişafı da təbii ki, dünyanı idarə edən iri dövlətlərin nəzərindən qaçmaz və bir Petrol ölkəsi kimi Avropa və Asiya arasında olan bir quru boğaz, keçid kimi diqqətdədir. Bir sözlə, Şərqlə Qərb arasında körpü olmaq o qədər də asan deyil! Millətlə dövlət arasında sıx əlaqə, birlik, səmimiyyət və inam möhkəmliyi gərəkir ki, bu da şükürlər olsun, bu gün bizdə var!

Azərbaycançılıq ideologiyasının tarixi barədə nə deyə bilərsiniz?

– Azərbaycan tarixi və coğrafi mövqeyinə görə əsrlərlə dünyanı bölüşdürən və yenidən bölən dövlətlərin basqısına, işğalına, terroruna, soyqırımlarına (Şamaxı, Quba, Qaradağlı, Xocalı və.s) məruz qalan bir tarixə malikdir. Normaldır ki, bu parçalanmalar, işğallar, terrorlar, soyqırımlar onun ideologiyasında öz yerini tutur ki, bu gün Azərbaycan vətəndaşı beşikdən ta məzara qədər bir düşüncəyə malikdir. Bu, onun hər bir övladının sinəsində alovlanan Vətən eşqi və qüdrətli türk dövlətinə malik olmaq sevgisidir!

Azərbaycan ideologiyasının tarixi onun işğallara, soyqırımlara məruz qalması ilə sıx bağlıdır desək, məncə səhv etmərik. Bu gün Azərbaycan vətəndaşının vətənpərvərlik sevgisi bütün xalqları üstələyib. Azərbaycanımızın üstünlüyü – gənclərinin dünya gənclərindən, mədəniyyəti, səmimiyyəti, savad və kübarlığı ilə fərqlənməsi, azərbaycanlı türklərinin tarixi köklərinə bağlılığı buna əyani bir sübutdur. Bu gün dünyanın heç bir yerində gənclər ictimai yerlərdə, avtobus və metrolarda qalxıb uşağa, xanıma, qocaya yer vermir. Bizim gənclər bu hörmətləri, kübarlıqları, mədəniyyətiylə dünyanı heyran qoyur! Ailəyə bağlılıq azərbaycançılığın ən böyük göstəricisidir. Yəni türklüyümüzün tarixi köklərinə hörmətlə yanaşma və adətlərimizi tariximizə daşıma qoludur.

– Sizcə azərbaycançılıq ideologiyası dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmimizi yetərincə nümayiş etdirə bilir?

– Bəli! Bu gün bəli! Azərbaycanı dünya tanıyır. Əgər bu gün Azərbaycan dünya miqyaslı olimpiyada (Avropa Oyunlarında dünyanın 50 ölkəsi iştirak etdi), festivallar təşkil edirsə, beynəlxalq samitlərdə onur qonağı kimi yer alırsa, elə bu sualınızın cavabıdır. Elə bir Azərbaycan vətəndaşı kimi mənim özümün dəvətimlə Avrasiya Şairləri Antolojisinin Azərbaycan təqdimatına Türk dünyasının 6 ölkəsindən 50 önəmli isimlər – millət vəkilləri, iş adamları, dərnək rəhbərləri, şair və sənətçilər sevə-sevə gəlirsə, bu əyani sübut deyilmi?

Milli inkişaf yolunun məhz azərbaycançılıqdan keçdiyi barədə nə deyə bilərsiiz?

– Tarixi-coğrafi mövqeyi buna cavab verir. Azərbaycan dünyanın Şərqi ilə Qərbi arasında bir körpüdür! Əsrlərlə bu iki sahili birləşdirən ölkəmiz onların ticari, ədəbi və mədəniyyət mərkəzi kimi önəmlilik daşıyıb. Həm qərbin, həm də şərqin yüksək təcrübəsini müşahidə edən Azərbaycan öz milli inkişaf yolunu çox ustalıqla qoruyub saxlayıb. Bu gün Azərbaycan türkünün milli mədəniyyəti dünyada məhz azərbaycançılığı ilə fərqlənir. Azərbaycan türkü olaraq adətlərimiz, mədəniyyətimiz, kübarlığımız, qürurumuz dünyanı heyran qoyur. Bu gün dünyanın ali məktəblərinin sırasında öz beynəlmiləl tarixiylə birincilik daşıyan Azərbaycan Neft Akademiyası durur ki, məhz terrora məruz qalan bu elm ocağı milli inkişafımızın dünyaya şəfəq saçan bir tarixi pəncərəsidir desək, səhv etmərik məncə. Şamaxı türk dünyasının ədəbi simasıdır !.. Qəbələ Ticari Tarixi!, Gəncə Dəmir Qapısı! Qarabağ incəsənəti! Naxçıvan – Nux çixan məmləkət islamiyyəti! və s.

Bəs türkçülüklə azərbaycançılığın fərqi nədədir?

– Dilimiz türk dilidir! Millətimiz Türk! Türkçülüklə azərbaycançılıq arasında fərq görmürəm Azərbaycan türküyəm!

Bir sevgi var gözümde,
Beni dünyaya saldırıyor!
Bir Aşk var kalbimde,
Beni soka -sokar dolandırıyor!
Bir Ateş var içimde,
Sen Azerbaycanlısan diyor!
Tek şerefim var, tek titulum,
Sen Türk oğlu Türksen! – diyor
türksen! – diyor

Sizcə, bəs niyə azərbaycançılığı türkçülüyə qarşı çıxan məfum kimi səsləndirirlər və bu yanlış fikir kimə lazımdır?

– Əsrlərlə türk milətimizi parcalamaq üçün hər şeyə əl atıblar və bu gün də eyni ssenari davam edir. Torpaqlarımızın işğalı kimi, soyqırımlarımız kimi, milləti parçalama senarisidir. Qazax, türkmən, özbək, qırğız, tatar, azərbaycanlı və.s. Bu dünyanı bölən və yenidən bölən 4-lük və 8-liklərə lazımdır! Türk millətinin düşmənlərinə qüdrətli türk dövlətinin olması və türk birliyinin olması kabus kimi görünür. Təbii, burda qismən İslam düşmənləri də yer alır. Türk dövlətləri həm də İslam dininə malikdir. Dünən də, elə bu gün də, dünyanın ən yüksək təlim və intizamlı ordusu Türk Ordusudur! Ən böyük əsgər – bizim əsgər!

Azərbaycanda yaşayan qeyri-xalqlara münasibətiniz?

– Azərbaycanda yaşayan qeyri-xalqlar kimlərdir? Talışlarmı, ləzgilərmi, avar, tatlarmı? Dost münasibətlərim var və hamımız azərbaycanlıyıq! Bir vətənimiz var – Azərbaycan! Bunu sadəcə dərk etmək gərək!

Sizcə, çoxluq azərbaycançılıq ideologiyasının üstünlükləri barədə bilir?

– Bax bunu deyə bilmərəm, sorğu keçirməmişəm. Ancaq bilməlidir və KİV, mətbuat, televiziya bunu yetərincə təbliğ edərsə, təbii ki, hər kəs bilər. Təbliğ və təşviqat hər zaman lazımdır, bu gün isə daha vacibdir. Təşviqat ideologiyanın beyinə işləyən makinasıdır və bu makinanın təcili pasını açmaq gərəkdir!.. İdeologiya siyasətin ürəyidir, iqtisadiyyat isə onun qanı. Bunu unutmamalı və titul axtarmamalıyıq. Layiqli mütəxəssislərimizin təcrübə və biliklərindən yararlanmalıyıq. Telekanallarda bu insanlarin fikirlərini yayımlamaq bir vətəndaşlıq borcu, vicdan vəzifəsi olmalıdır.

Son olaraq, necə təbliğ etməliyik ki, bu məfkurənin daha vacib olduğu anlaşılsın?

– Ailədən, analardan başlamalıdır. Uşağı düyaya gətirən anaları mətbəxdən ictimaiyyətə çəkməliyik, daşımalıyıq! Analar savadlı, mədəni, kübar olarsa, təbii, onların dünyaya gətirdiyi və tərbiyə etdiyi uşaq bunları özündə əks etdirəcək. Analar ilk tərbiyəçilərdir! Təbii uşaq baxçalarında, orta və ali məktəblərdə, istehsalat müəssələrində, hərbi hissələrdə təbliğat güclənməlidir. Məncə mətbuat və təşviqat bunun təbliği ilə ciddi məşğul olmalıdır. Bu gün telekanallar maraqsız verilişlərin, özünü reklamların əvəzinə bu işlərlə məşğul olsalar, daha gözəl olar. Əvvəllər gənclərimizin mənəviyyatına müsbət təsir edən çox gözəl verilişlər daha üstünlük təşkil edirdi. Bu gün buna təəssüflər ki, az rast gəlinir. Bundan başqa mətbuat biznesdən uzaq olmalı, bazara girməməli, daim millətin qayğısını çəkməlidir. Onun gələcəyini, bütövlüyünü düşünməli və düşündürməlidir. Yaradıcı gənclərə sahib çıxmalı, təbliğ etməli, dünyaya tanıtmalıdır.

 

Ramilə QARDAŞXANQIZI

 

Şərh Yaz