“AYB Kitab” layihəsindən növbəti kitabın təqdimatı keçiriləcək » Hərbiand

Son Dəqiqə:

“AYB Kitab” layihəsindən növbəti kitabın təqdimatı keçiriləcək

Azərbaycan Yazıçılar Birliyində “AYB Kitab” layihəsindən növbəti kitabın təqdimatı keçiriləcək

aybkitabgulnarsema (1)3  may saat 14:00-da AYB-nin Natəvan klubunda AMEA-nın Ədəbiyyat İnstitutunun doktorantı, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Prezidentin təqaüd fondunun təqaüdçüsü, Gənclər və İdman Nazirliyinin mükafatçısı gənc şair Gülnar Səmanın üçüncü kitabı olan “GÜL”ün təqdimatı olacaq. Kitab Azərbaycan Yazıçılar Birliyinin  “AYBKitab” layihəsində nəşr edilmişdir.

Layihənin rəhbəri AYB-nin mətbuat katibi Xəyal Rzadır. Ön sözün müəllifi filologiya üzrə elmlər doktoru  Vaqif Yusifli, redaktoru AYB-nin üzvü İbrahim İlyaslı, rəssamı isə Nəvai Metindir. Kitabdakı şeirlər “Dəli sevda” və “Bir dünya” fəsillərinə bölünür. Kitabda Gülnar Səmanın müxtəlif  dövrlərdə qələmə aldığı şeirlər cəmlənib.

Müəllifin ilk kitabı “Mən sehrli səmayam”(2001), ikinci kitabı “İçimdəki söhbətlər” (2011) adlanır. Maraqlanan hər kəs təqdimata dəvətlidir.

 

 

Şərh Yaz