Advertisment

“Onlar Elşad Mirini də öldürəcəkdilər” - DEPUTATDAN ŞOK AÇIQLAMA

“Məni öldürmək istəyənlərin siyahısında ilahiyyatçı alim Elşad Mirinin adı da var”.

Bunu millət vəkili Fazil Mustafa ilahiyyatçı Elşad Mirinin yutub kanalına müsahibəsində bildirib.

Deputat bildirib ki, həmin şəxslər ona qarşı sui-qəsdi öz qərarları ilə etməyiblər:

“Pul qarşılığında bu əməli törədiblər. Pulu isə Ermənistana dəstək verən ölkədən - İrandan alıblar. Və kimləri aradan götürəcəkləri ilə bağlı məsələni də İranın xüsusi xidmət orqanlarının təmsilçiləri ilə müzakirə ediblər. O siyahıda da yalnız mənim yox, sizin də (Elşad Mirinin – red.) adınız olub”.

Qeyd edək ki, hadisə ötən il martın 28-də baş verib. Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) və digər maddələri ilə cinayət işi başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Sarıcanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

Bakıvaxtı.az