Advertisment

Avstraliya şirkəti ABŞ ordusu üçün hipersəsli PUA hazırlayacaq

Baş ofisi Brisbendə yerləşən Avstraliyanın Hypersonix Launch Systems şirkəti Pentaqonun tabeliyində olan Müdafiə İnnovasiyaları Bölməsi üçün prototip hipersəs uçuş aparatı hazırlayır.

Herbiand.az xəbər verir ki, şirkətin baş direktoru Mett Hill bildirib ki, şirkət 2023-cü ilin martında əhatə dairəsi üzrə müqavilə, ardınca həmin ilin sentyabrında sınağın işə salınması üzrə müqavilə alıb.

Müdafiə İnnovasiya Birliyinin tələblərinə əsasən, Avstraliya şirkəti 5 Mach-dan (6125 km/saat) yuxarı sürəti saxlaya bilən, ballistik olmayan trayektoriya ilə hərəkət edən və manevrlər yerinə yetirən sınaq təyyarəsi yaratmalıdır. Bu şərtlərdə uçuş müddəti ən azı üç dəqiqə olmalıdır.

Mett Hillin sözlərinə görə, artıq ilk hipersəs pilotsuz uçan aparatın hazırlığı aparılır. Hypersonix Launch Systems bu yaxınlarda komponent səviyyəsində ilkin dizayn təhlilini tamamlayıb. Uçuş sınaqlarının başlama tarixi açıqlanmayıb.

Bəxtiyar CƏFƏRLİ