Advertisment

Ərdoğan Ukraynaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfər edəcək.

Herbiand.az-ın "Evropeyskaya Pravda"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin əvvəllərində baş tutacaq səfər zamanı strateji səviyyəli danışıqlar aparılacaq.

Nazir qeyd edib ki, səfər təhlükəsizlik və Krım məsələsi kontekstində çox önəmlidir.