Advertisment

Ankara Azərbaycanla Türkiyə arasında dəmir yolunun iyuna qədər açılmasını istəyir - YOL XƏRİTƏSİNİN DETALLARI

Yanvarın 15-ə qədər Ermənistanda xüsusi qrup yaradılacaq. Bu barədə “Haberturk” əməkdaşı Çətinər Çətin yazıb.

Herbiand.az xəbər verir ki, Çətinin yazdığılna görə, Ermənistan və Türkiyə arasında yol xəritəsi tərtib olunacaq.

“Əvvəlcə çarter reyslər reallaşdırılacaq. Əsas məsələ Türkiyəni Azərbaycanla birləşdirəcək dəmir yol dəhlizinin açılmasıdır. Ankara istəyir ki, dəmir yolu gələn ilin may-iyun aylarında fəliyyətə başlasın. Üçüncü mərghlədə isə iqtisadi əlaqələr başlayacaq. Bu mərhələnin iyulda başlaması nəzərdə tutulur” Sitatın sonu.