Month: İyun 2021

Yazı
Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstanın Baş naziri Viktor Orbanla görüşüb

İyunun 29-da Milli Məclisin sədri Sahibə Qafarova Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Viktor Orbanla görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Baş nazir Macarıstana rəsmi səfərə gəldiyi üçün Sahibə Qafarovaya və Azərbaycan nümayəndə heyətinə təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycandan gələn nümayəndə heyətləri hər zaman Macarıstan xalqı və dövləti...

Yazı
Bakıda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

Bakıda Azərbaycan-Türkiyə birgə təlimləri davam edir

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda iyunun 28-də başlayan “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimləri davam edir. Döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilən təlimlərdə müxtəlif təlim-döyüş...

Yazı
Beş ayda vergi daxilolmaları 7,5 faiz artıb

Beş ayda vergi daxilolmaları 7,5 faiz artıb

Cari ilin yanvar-may aylarında vergi daxilolmaları 3 milyard 810,6 milyon manat təşkil edib. Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsindən Herbiand-a bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 faiz artım deməkdir. Daxilolmalar üzrə 5 aylıq proqnoz 127,1 faiz səviyyəsində icra edilib, proqnozdan əlavə 812,9 milyon manat vəsait daxil olub.

Yazı
Ağdamda şəhidin xatirəsinə abidə-bulaq kompleksi inşa olunub

Ağdamda şəhidin xatirəsinə abidə-bulaq kompleksi inşa olunub

Ağdam rayonunun Paşabəyli kəndində şəhid Məmmədov Səxavət Vahab oğlunun xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Çıxışlarda istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığından, 30...

Yazı
Bu gündən Azərbaycanda toyların keçirilməsinə icazə verilir

Bu gündən Azərbaycanda toyların keçirilməsinə icazə verilir

Bu gündən Azərbaycan ərazisində şənlik mərasimlərinin, o cümlədən toyların keçirilməsinə icazə verilir. Herbiand xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul edib. Mərasimlər müəyyən şərtlər nəzərə alınmaqla keçirilməlidir. 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan...

Yazı
Masallılı gənclər şəhid ailəsini ziyarət ediblər

Masallılı gənclər şəhid ailəsini ziyarət ediblər

İyunun 29-da Masallı Rayon Gənclər və İdman İdarəsinin kollektivi Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksələn Ağayev Ağamalı Şamil oğlunun ailəsini ziyarət edib. Görüş zamanı şəhid əsgər Ağamalı Ağayevin keçdiyi şərəfli döyüş yoldan söhbət açılıb, ailənin qayğıları dinlənilib. Qeyd olunub ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Vətən qarşısında borcunu...

Yazı
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb

Azərbaycan neftinin qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,49 dollar bahalaşaraq 76,05 dollar təşkil edib. Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb. AZƏRTAC

Yazı
Bakıda son bir həftədə 19 nəfəri gün vurub

Bakıda son bir həftədə 19 nəfəri gün vurub

İyunun 22-29-da ümumilikdə 19 nəfər günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, 5-i uşaq olmaqla, 17 nəfərə yerində yardım göstərilib, 2-si uşaq olmaqla 7 nəfər isə hospitalizasiya edilib. AZƏRTAC

Yazı
Ötən ay 317,4 kiloqram qızıl istehsal edilib

Ötən ay 317,4 kiloqram qızıl istehsal edilib

May ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 317,4 kiloqramı qızılın payına düşüb. Herbiand Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, bu göstərici əvvəlki ayla müqayisədə 19,7 kiloqram çox olub. İyunun 1-nə olan vəziyyətə əsasən, 319,6 kiloqram hazır qızıl ehtiyatı var.