Day: İyul 3, 2021

Yazı
FHN: Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

FHN: Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub

Batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyindən Herbiand-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Lökbatan”, “Astara”, “Şüvəlan”, “Bilgəh” sularda xilasetmə məntəqələrinin ərazisində və 3 halda məntəqədən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər xilas edilib.

Yazı
Birjalarda neft qiymətləri

Birjalarda neft qiymətləri

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib. Herbiand xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,33 dollar artaraq 76,17 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 75,16 dollar olub.

Yazı
Bu ilin sonunda Şuşaya istilik və isti su veriləcək

Bu ilin sonunda Şuşaya istilik və isti su veriləcək

Şuşa şəhərində yeni isitmə və isti su qazanxanaları tikiləcək. Herbiand xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri” İşçi Qrupunun iyirminci iclasında məlumat verilib. Məlumata görə, artıq növbəti istilik mövsümündə Şuşa şəhəri istilik və isti su ilə təmin...

Yazı
YAŞAT Fondu indiyədək şəhid ailələri və qazilərə 27 milyon manatdan çox xərcləyib

YAŞAT Fondu indiyədək şəhid ailələri və qazilərə 27 milyon manatdan çox xərcləyib

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb. Herbiand xəbər verir ki, indiyədək fondda 38 294 982,58 manat toplanıb. Həmin vəsaitdən 17 038 469,56 manatı fiziki şəxslər, 21 256 513,02 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib. Fonda daxil olan vəsaitin 27 709 603,69manatı xərclənib....

Yazı
Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirilib

Müəllimlərin işə qəbulu üzrə imtahanların vaxtı və yeri dəyişdirilib

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə faktiki yaşayış yerini Mingəçevir, Naftalan, Yevlax şəhəri, Goranboy və Ağdaş rayonu qeyd etmiş namizədlər üçün test imtahanı mərhələsinin Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçirilməsi nəzərdə tutulmuşdu. İyulun 2-də Mingəçevir şəhər Telekommunikasiya qovşağında baş vermiş qəza ilə əlaqədar olaraq 5-9 iyul tarixlərində Mingəçevir şəhər Texniki Humanitar Liseyində keçiriləcək imtahana dəvət edilmiş...

Yazı
Magistraturaya qəbul olmaq üçün 7 mindən çox bakalavr ərizəsini təsdiq edib

Magistraturaya qəbul olmaq üçün 7 mindən çox bakalavr ərizəsini təsdiq edib

2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçimi iyulun 5-i saat 23:59-dək davam edəcək. Bu barədə Herbiand-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, iyulun 3-ü saat 10:55-ə olan məlumata əsasən, 7 min 403 bakalavr (Azərbaycan bölməsi üzrə 6744, rus bölməsi üzrə 659) öz ərizəsini təsdiq...

Yazı
Prezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydeni təbrik edib

Prezident İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Prezident Cozef Baydeni təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Müstəqillik Günü münasibətilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Herbiand xəbər verir ki, məktubda Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində bir sıra sahələrdə strateji tərəfdaşlıq xarakteri daşıyan münasibətlərin, ikitərəfli əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğu qeyd olunur. Məktubda deyilir: “İrimiqyaslı enerji...

Yazı
KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib

KOB-ların maliyyələşdirilməsinə dair “Roseksimbank”la əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan “Roseksimbank” ASC-nin rəhbəri Azər Talıbovla görüşüb. KOBİA-dan Herbiand-a bildirilib ki, görüşdə bu ilin iyun ayında keçirilmiş 24-cü Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparılmış müzakirələrin davamı olaraq KOB-ların maliyyə resurslarına çıxışına və bu sahədə bankla əməkdaşlıq imkanlarına, eləcə də ticarət sahəsində...

Yazı
Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasından ölən olmayıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 42 nəfər müalicə olunaraq sağalıb, 95 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand-a verilən məlumata görə, son sutkada koronavirus infeksiyasından ölən olmayıb. Hazırkı dövrədək ölkəmizdə 336 min 318 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 330 min 380 nəfər müalicə olunaraq sağalıb, 4977 nəfər vəfat...

  • 1
  • 2