Day: İyul 5, 2021

Yazı
FHN vulkanın baş verdiyi yerdən video yaydı

FHN vulkanın baş verdiyi yerdən video yaydı

Məlumat verildiyi kimi, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb və bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb. Fövqəladə Hallar Nazirliyindən  verilən məlumata görə, ilkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi...

Yazı
Neft qiymətləri bahalaşır

Neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. Herbiand xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar artaraq 76,24 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,03 dollar bahalaşaraq 75,19 dollar olub.

Yazı
Azərbaycanın qeyri-neft ixracı 27,1 faiz artıb

Azərbaycanın qeyri-neft ixracı 27,1 faiz artıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkəmizdə qeyri-neft sektoru üzrə ixracın dəyəri 1 milyard 162,4 milyon ABŞ dolları təşkil edib. Herbiand İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadla xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artıb. Azərbaycanda həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi...

Yazı
Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” tərəfindən icra ediləcək

Daha bir marşrut xətti üzrə sərnişindaşımalar “BakuBus” tərəfindən icra ediləcək

Dövlət başçısının tapşırığına əsasən, vətəndaşlara daha keyfiyyətli sərnişindaşıma xidmətinin göstərilməsi məqsədilə marşrut xətlərinin yenilənməsi davam etdirilir. Bu çərçivədə iyulun 6-dan 211 nömrəli müntəzəm marşrut xətti (Aşıq Molla Cümə küçəsi – “Sədərək” ticarət mərkəzi) üzrə sərnişindaşımaları “BakuBus” MMC-yə məxsus 12 metrlik müasir, sərnişindaşıma tələblərinə cavab verən avtobuslarla icra ediləcək. Bakı Nəqliyyat Agentliyindən Herbiand-a bildirilib ki, sərnişin tələbatı...

Yazı
Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 13 məsələ daxil edilib

Milli Məclisin növbədənkənar iclasının gündəliyinə 13 məsələ daxil edilib

Milli Məclisin iyulun 9-da keçiriləcək növbədənkənar iclasının gündəliyi açıqlanıb. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Herbiand-a bildirilib ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. 1. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki...

Yazı
Bir qrup qazimiz müalicə olunması üçün Türkiyəyə göndərildi – SİYAHI

Bir qrup qazimiz müalicə olunması üçün Türkiyəyə göndərildi – SİYAHI

Ağır yaralanan daha 10 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Bu barədə Herbiand-a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, həmin şəxslər aşağıdakılardır: 1. Mustafayev Elşən Dilavər oğlu 2. Babayev Elnur Əlihüseyn oğlu 3. Əmirəliyev Nicat Kərəməli oğlu 4. Cavadzadə Fuad Sənani oğlu 5. Əmrahov Ruslan Rəşid oğlu...

Yazı
Prezident yolların tikintisinə 6,8 milyon manat ayırdı

Prezident yolların tikintisinə 6,8 milyon manat ayırdı

Prezident İlham Əliyev “Salyan rayonunun Salyan–Neftçala magistralını Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Herbiand xəbər verir ki, sərəncamla Salyan–Neftçala magistralını 6 min nəfər əhalinin yaşadığı Kür Qaraqaşlı, Beştalı, Cəngan, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci...

Yazı
FHN gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əlverişsiz hava şəraitinin gözlənilməsinə dair xəbərdarlığı ilə əlaqədar əhaliyə müraciət edib. FHN-in mətbuat xidmətindən Herbiand-a bildiriblər ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 7-dək ölkə ərazisində, xüsusilə Bakıda və Abşeron yarımadasında arabir güclü küləyin əsməsinin proqnozlaşdırıldığı qeyd olunub. Gözlənilən hava...

Yazı
Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azad olunan ərazilərdə aşkarlanan minaların sayı açıqlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə məlumatı açıqlayıb. ANAMA-dan Herbiand-a bildiriblər ki, bu il iyunun 1-dən iyulun 3-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 1087, tank əleyhinə 316 mina və 461 partlamamış hərbi sursat aşkarlanıb. Əməliyyatlar nəticəsində 563...

Yazı
Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycana səfərə gəlib

Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 5-də Azərbaycana işgüzar səfərə gəlib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand-a bildiriblər ki, səfər çərçivəsində Azərbaycan ilə Türkiyə HHQ-ləri arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılacaq, əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçiriləcək.

  • 1
  • 2