Day: İyul 7, 2021

Yazı
Deputat: Şuşa Bəyannaməsinin imzalanması ən yeni tariximizin möhtəşəm hadisələrindən biridir

Deputat: Şuşa Bəyannaməsinin imzalanması ən yeni tariximizin möhtəşəm hadisələrindən biridir

İyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı ən yeni tariximizin möhtəşəm hadisələrindən biridir. Bunu açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova bildirib. Şuşa Bəyannaməsi 1921-ci il oktyabrın 13-də imzalanmış Qars müqaviləsinə iki dost və qardaş ölkənin sadiqliyini göstərdi...

Yazı
İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq

İşğaldan azad olunmuş bütün rayonlarda ilin sonuna kimi yarımstansiyalar fəaliyyətə başlayacaq

Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq “Azərenerji” ASC tərəfindən işğaldan azad edilmiş ərazilərdə elektroenergetika infrastrukturunun yaradılmasına başlanılıb və respublika enerjisinə inteqrasiya istiqamətində Qarabağ Enerji Strategiyası hazırlanıb. Bunu “Azərenerji” ASC-nin Texniki İstehsalat İdarəsinin şöbə rəisi Muxtar Mahmudov deyib. O bildirib ki, Qarabağ Enerji Strategiyası hər bir rayonda 110 kilovoltluq yarımstansiyaların tikintisini və onların yüksək gərginlik xətləri ilə...

Yazı
“Avro-2020”: İtaliya millisi İspaniyanı məğlub edərək adını finala yazdırdı

“Avro-2020”: İtaliya millisi İspaniyanı məğlub edərək adını finala yazdırdı

İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Herbiand.az xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşıblar. Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını...

Yazı
Zəfər Yolunun asfaltlanmasına başlanılıb

Zəfər Yolunun asfaltlanmasına başlanılıb

Şuşanın düşməndən azad edilməsinin mənəvi rəmzi olan “Zəfər yolu”nun dövlətimizin başçısının tapşırıq və sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişləndirilərək inşası davam etdirilir. Herbiand.az xəbər verir ki, ötən il noyabr ayının 16-da, təməli qoyulmuş “Zəfər yolu” cəmi 2 ay ərzində genişləndirilib. Qısa müddət ərzində görülmüş işlər nəticəsində yol boyunca gediş-gəliş təmin olunub. Dövlətimizin...

Yazı
Bir sıra xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilib

Bir sıra xəstəxanalar Bakı Baş Səhiyyə Mərkəzinə birləşdirilib

Azərbaycanda bir sıra tibb müəssisələri birləşdirilib. Herbiand.az 525.az-a istinadən xəbər verir ki, həmin xəstəxanalar yenidən təşkil olunub. Belə ki, “Bakı Baş Səhiyyə Mərkəzi” Publik Hüquqi Şəxs “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” Publik Hüquqi Şəxs, “Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası” Publik Hüquqi Şəxs, Yazıçılar poliklinikası,...

Yazı
Türkiyə koronavirusun müalicəsi üçün Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə koronavirusun müalicəsi üçün Azərbaycana 100 min qutu dərman göndərəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında tibb sahəsində yardım göstərilməsinə dair anlaşma” sazişini təsdiqləyib. Sənəd 2021-ci ilin martın 31-də imzalanıb. Herbiand.az xəbər verir ki, Sazişi Türkiyə hökuməti adından səhiyyə nazirinin müavini Halil Eldemir və Azərbaycan hökuməti adından isə ölkəmizin Türkiyədəki səfiri Xəzər İbrahim imzalayıb. Sənədə əsasən, Türkiyə Azərbaycana 100.000 qutu...

Yazı
Neft qiymətləri bahalaşır

Neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır. Herbiand.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,23 dollar artaraq 74,76 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,30 dollar bahalaşaraq 73,67 dollar olub.

Yazı
“Azeri Light” neftinin bir bareli 76,08 dollara satılır

“Azeri Light” neftinin bir bareli 76,08 dollara satılır

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Herbiand xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,55 dollar ucuzlaşaraq 76,08 dollar təşkil edib. Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa...

Yazı
Ölümsüzlüyə qovuşan qəhrəman

Ölümsüzlüyə qovuşan qəhrəman

Şanlı Azərbaycan  Ordusu  Vətən müharibəsində  dünya hərb tarixinə nümunə  olacaq  şərəfli  bir zəfərə imza atdı. Azərbaycanın qorxmaz, cəsur övladları  30 il düşmən tapdağında qalan torpaqlarımızı 44 günə azad edib, həsrətə son qoydu. Lənkəran rayonunun Nüvədi kəndindən olan baş leytenant Vüsal Kamran oğlu Kazımov da  bu haqq savaşımızda xüsusi  hünər göstərib canını Vətəninə fəda edən igid...

Yazı
Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası fəaliyyətə başlayıb

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası fəaliyyətə başlayıb

Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatası fəaliyyətə başlayıb. Bu gün palatanın təqdimat mərasimi keçirilib. Tədbirdə Pakistan və Azərbaycan tərəfindən dövlət rəsmiləri iştirak edib. Mərasimdə çıxış edən palatanın İdarə heyətinin sədri Azər Əkbərov bildirib ki, Azərbaycanla Pakistan arasında tarixi əlaqələr mövcuddur və bu əlaqələr daim inkişaf edir. O bildirib ki, Palatanın fəaliyyətə başlaması iki ölkə arasında iqtisadi əlaqələrin...

  • 1
  • 2
  • 5