Day: İyul 10, 2021

Yazı
FHN: Qobu qəsəbəsində yanan evdə bir nəfərin meyiti aşkarlanıb

FHN: Qobu qəsəbəsində yanan evdə bir nəfərin meyiti aşkarlanıb

Abşeron rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 100 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib. Hadisə nəticəsində evin əşyaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Herbiand-a bildiriblər ki, yanğın yerinin kəşfiyyatı zamanı 1992-ci il təvəllüdlü Höcətov Ülfət Cümşüd oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından...

Yazı
Azərbaycan Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında təmsil olunacaq

Azərbaycan Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında təmsil olunacaq

Milli Məclisin deputatı Könül Nurullayeva iyulun 12-də Monteneqronun paytaxtı Podqoritsa şəhərinə səfər edəcək. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Herbiand-a bildiriblər ki, deputat Monteneqro Respublikasının Parlamentində keçiriləcək Tolerantlıq və Sülh üçün Beynəlxalq Parlamentin 6-cı plenar sessiyasında iştirak edəcək. Tədbirdə Könül Nurullayeva tolerantlıq və sülh prinsiplərinin təşviqi və inkişafının zəruriliyi barədə danışacaq, Azərbaycanın 44 günlük Vətən...

Yazı
Neft qiymətləri bahalaşıb

Neft qiymətləri bahalaşıb

Dünya birjalarında neft qiymətləri bahalaşır. Herbiand xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,43 dollar artaraq 75,55 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,62 dollar bahalaşaraq 74,56 dollar olub.

Yazı
Azərbaycan neftinin qiyməti 77 dollara çatır

Azərbaycan neftinin qiyməti 77 dollara çatır

Azərbaycan neftinin qiyməti kəskin bahalaşıb. Herbiand xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,17 dollar bahalaşaraq 76,77 dollar təşkil edib. Qeyd edək ki, ötən ilin ikinci rübündən vüsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin qlobal miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər...

Yazı
KOBİA-nın İtaliya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

KOBİA-nın İtaliya-Azərbaycan Ticarət Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi ilə görüşüb. KOBİA-dan Herbiand-a bildirilib ki, görüşdə ölkələrimizin biznes dairələri arasında əlaqələrə, əməkdaşlıq perspektivlərinə və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb. O.Məmmədov qeyd edib ki, KOBİA palata və İtaliyanın müvafiq qurumları ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Agentliyin...

Yazı
Doktoranturaya elektron sənəd qəbulu davam edir

Doktoranturaya elektron sənəd qəbulu davam edir

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə elektron sənəd qəbulu davam edir. Təhsil Nazirliyindən Herbiand-a bildirilib ki, portal.edu.az platformasında aparılan sənəd qəbulunun avqustun 1-də yekunlaşdırılması nəzərdə tutulub. Qeyd edək ki, portal üzərindən tələbələr müraciətin irəliləyişi, imtahan nəticələri və digər yeniliklər barədə vaxt itirmədən və olduğu yeri tərk etmədən öz “Şəxsi kabinet”ləri vasitəsilə məlumat əldə edə bilirlər.

Yazı
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 5 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən 5 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 8-dən 23-dək ərizələrini təsdiq etməlidirlər. Bu barədə Herbiand-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet”...

Yazı
Antinarkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti

Antinarkotik təbliğatla bağlı Daxili İşlər Nazirliyinin ictimaiyyətə müraciəti

Əziz həmvətənlər! Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq qlobal problem olaraq bütün bəşəriyyəti narahat edir. Bu bəlaya qarşı mübarizə Azərbaycanda da hüquq-mühafizə orqanları qarşısında duran başlıca vəzifələrdən biridir. Qanunsuz dövriyyədən çıxarılan narkotiklərin həcminin ilbəil artmasına baxmayaraq həmin vasitələrin ölkəyə gətirilməsinə edilən cəhdlər, buna mütənasib olaraq narkotik istifadəçilərinin sayı çoxalır. Belə bir vəziyyət isə nəticə etibarı ilə...

Yazı
SON DƏQİQƏ: Ermənilər mövqelərimizi atəşə tutdu

SON DƏQİQƏ: Ermənilər mövqelərimizi atəşə tutdu

İyulun 9-da saat 21:05 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu ərazisində yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Herbiand-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Yazı
Şəhidin ad günü uyuduğu kənd qəbiristanlığında məzarı başında qeyd edilib

Şəhidin ad günü uyuduğu kənd qəbiristanlığında məzarı başında qeyd edilib

Vətən müharibəsində şəhid olan Qobustan rayonunun Sündü kənd sakini Həsən Yalçın oğlu Quliyevin ad günü ilə əlaqədar uyuduğu kənd qəbiristanlığında məzarı başında mərasim keçirilib. Herbiand Azərtac-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətinin məsul işçilərinin, kənd sakinlərinin, ictimaiyyət nümayəndələrinin və yaxınlarının iştirak etdikləri mərasimdə torpaqlarımızım azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub,...

  • 1
  • 2