Day: İyul 11, 2021

Yazı
Bakıda baş verən yanğın söndürülüb

Bakıda baş verən yanğın söndürülüb

Bakı şəhərinin Suraxanı rayonunda üçmərtəbəli fərdi evdə yanğın baş verib. Herbiand Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, ümumi sahəsi 300 kvadratmetr (hər mərtəbəsi 100 kvadratmetr) olan üçmərtəbəli evin 3-cü mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yazı
Bu gün görkəmli şair Abbas Səhhətin anım günüdür

Bu gün görkəmli şair Abbas Səhhətin anım günüdür

Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü. Bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli...

Yazı
Moldovada növbədənkənar parlament seçkilərinə səsvermə başlayıb

Moldovada növbədənkənar parlament seçkilərinə səsvermə başlayıb

Bu gün yerli vaxtla saat 07:00-dan Moldovada növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi başlayıb. Herbiand Azərtac-a istinadən xəbər verir ki, səsverməni yerli və xarici müşahidəçilər izləyir. Xarici müşahidəçilər arasında Azərbaycanın Mərkəzi Seçki Komissiyası aparatının nümayəndələri də var. Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir. Yerli rəy...

Yazı
Boksçumuz qızıl medal uğrunda mübarizə aparacaq

Boksçumuz qızıl medal uğrunda mübarizə aparacaq

Bu gün Tbilisidə yeniyetmə boksçular arasında Avropa birinciliyində final mərhələsinin görüşlərinə start verilib. Herbiand xəbər verir ki, finalda Azərbaycan millisinin üzvü Məhəmmədəli Qasımzadə (54 kq) mübarizə aparacaq. Səkkizdəbir finalda Arseni Oniyenkonu (Ukrayna), daha sonra Fyodor Kamanini (Estoniya), yarımfinalda isə rumıniyalı Daniel Girleanunu məğlub edən boksçumuz həlledici mərhələdə rusiyalı Boqdan Prima ilə qarşılaşacaq. Qeyd edək ki,...

Yazı
Deputat: Diplomatlar 30 il ərzində ermənilərin torpaqlarımızda yalnız vandallıq aktları törətdiklərini öz gözləri ilə gördülər

Deputat: Diplomatlar 30 il ərzində ermənilərin torpaqlarımızda yalnız vandallıq aktları törətdiklərini öz gözləri ilə gördülər

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərləri onların təmsil etdiyi dövlətlərin hərbi-siyasi yolla yaratdığımız reallığı tam şəkildə qəbul etdiklərinin bariz göstəricisidir. Bu mənada, Prezident İlham Əliyevin müvafiq səfərlərin təşkili barədə tapşırığının nə qədər uzaqgörən və müdrik qərar olması, hansı strateji önəmi daşımasını anlamaq çətin deyil. Bunu AZƏRTAC-a açıqlamasında...

Yazı
Ağdamlılara xoş xəbər

Ağdamlılara xoş xəbər

Bir neçə ay öncə bir sıra mətbuat orqanlarında işğaldan azad olunmuş̧ ərazilərə səfər turlarının təşkil edilməsilə bağlı təkliflər səsləndirilmiş̧di. Herbiand 525.az-a istinadən xəbər verir ki, tanınmış telejurnalist, Ağdam Dövlət Dram Teatrının sabiq baş direktoru Fəxrəddin Hacıbəyli “525-ci qəzet”ə verdiyi açıqlamada işğaldan azad olunmuş ərazilərə, o cümlədən Ağdam rayonuna səfər turlarının təşkili təşəbbüsü ilə çıxış etmişdi:...

Yazı
Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçumuzun meyiti aidiyyəti üzrə təhvil verilib

Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçumuzun meyiti aidiyyəti üzrə təhvil verilib

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində tapılıb və şəxsiyyəti müəyyənləşdirilərək nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb. Bu barədə Herbiand-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ötən il noyabrın 10-da üçtərəfli Bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq,...

Yazı
156 nəfər COVID-19-a yoluxdu

156 nəfər COVID-19-a yoluxdu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand-a verilən məlumata görə, son sutka ərzində ölüm halı qeydə alınmayıb. İndiyədək ölkədə ümumilikdə 337 354 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat...

Yazı
Bu ölkənin hərbçiləri Əfqanıstandan çıxarılır

Bu ölkənin hərbçiləri Əfqanıstandan çıxarılır

Avstraliyanın Əfqanıstandakı 20 illik varlığı başa çatıb. Herbiand Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Avstraliyanın müdafiə naziri Peter Dutton “Sky News”a açıqlamasında deyib. O bildirib ki, ölkəsinin 20 illik Əfqanıstan müharibəsində iştirakı başa çatıb: “80 dəstək qüvvəsi geri çəkilib. Hərbçilərin geri çəkilməsi son həftələrdə gerçəkləşəcək. Bu, milli maraqlarımız və ya müttəfiqlərimizin maraqları üçün olduğunu düşündüyümüz...