Day: İyul 13, 2021

Yazı
İyulun 15-də respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq

İyulun 15-də respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq. Bu məlumatı Herbiand-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən veriblər. Xatırladaq ki, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə iyul ayının pensiyaları iyulun 8-də ödənilib.

Yazı
Bu ilin altı ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Bu ilin altı ayında 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand-a verilən məlumata görə, bu ilin altı ayı ərzində agentlik ümumilikdə 21525 şəxsə əlillik təyin edib. Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin...

Yazı
Daha 8 Vətən müharibəsi qazisi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Daha 8 Vətən müharibəsi qazisi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib

Vətən müharibəsində ağır yaralanan daha 8 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Herbiand.az-a bildiriblər ki, onlar Hüseynov Tural Araz oğlu, Bağırov Yaşar Yavər oğlu, Məmmədov Məhəmməd Asif oğlu, Məmmədzadə Adəm Gülhəsən oğlu, Nağıyev Şıxseyid Vahid oğlu, Novruzov Rəşad Lətif oğlu, Məhərrəmov...

Yazı
Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib. Herbiand xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi. Söhbət zamanı...

Yazı
Minsk qrupu “üçlüy”ünün ikiüzlülüyü

Minsk qrupu “üçlüy”ünün ikiüzlülüyü

DEPUTAT ELŞƏN MUSAYEV: “RUSİYA, FRANSA VƏ ABŞ HAMIDAN ÖNDƏ SƏFƏRDƏ OLMALİ İDİ” Azərbaycanın ötən ilin sentyabrında Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlatdığı 44 günlük müharibə ölkəmizin şanlı qələbəsi ilə başa çatdı. Dövlətimiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini yerinə yetirərək öz ərazi bütövlüyünü bərpa etdi. Rəsmi Bakı müharibədən sonra mütəmadi olaraq xarici ölkələrin diplomatik...

Yazı
Ukraynalı jurnalist: Şuşa azərbaycanlılar üçün çox dəyərli şəhərdir

Ukraynalı jurnalist: Şuşa azərbaycanlılar üçün çox dəyərli şəhərdir

Hər şəhərin öz tarixi və ruhu var. Bələdçimizdən Şuşanın tarixi ilə bağlı öyrəndiklərim hələ yolda məndə elə hisslər yaratmışdı ki, bu şəhər azərbaycanlılar üçün çox dəyərlidir və səyahətimiz maraqlı alınacaq. Herbiand Azərtac-a istinadən xəbər verir ki, bu fikirləri Azərtac-a müsahibəsində Ukraynanın “İnter” televiziya kanalının Şuşada səfərdə olmuş hərbi müxbiri İrina Baqlay bildirib. Jurnalistin sözlərinə görə,...

Yazı
Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Hərbi Prokurorluq: Azərbaycan Ordusu zabitinin intihar etməsi ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Ordumuzun zabitinin intihar etməsi ilə bağlı məlumat yayıb. Hərbi Prokurorluğun mətbuat xidmətindən Herbiand.az-a daxil olan məlumatda bildirilib ki, iyulun 12-də Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, baş leytenant Əhmədov Orxan Məmmədağa oğlunun həmin gün odlu silahdan atəş açmaqla özünü öldürməsi barədə Füzuli Hərbi Prokurorluğuna məlumat verilib. Daxil olmuş məlumat əsasında...

Yazı
Türkiyədə “Delta” ştammına yoluxma sayı 3 dəfəyə yaxın artıb

Türkiyədə “Delta” ştammına yoluxma sayı 3 dəfəyə yaxın artıb

Türkiyədə koronavirusun “Delta” ştammına yoluxma sayı son bir həftə ərzində 3 dəfəyə yaxın artıb. Hərbi And Trend-in məlumatına istinadla bildirir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib. O bildirib ki, hazırda ölkə ərazisində “Delta” ştammına yoluxanların sayı 750 nəfərə çatıb. Ümumilikdə, bu ştamm 36 vilayət ərazisində qeydə alınıb. Bundan başqa, Türkiyənin 3 vilayətində 3...

Yazı
Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə iştirakçılar həm öyrənib, həm də əyləniblər

Şəhid övladları üçün təşkil olunmuş “Qaliblər düşərgəsi”ndə iştirakçılar həm öyrənib, həm də əyləniblər

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil edilmiş “Qaliblər düşərgəsi”nin səkkizinci günündə iştirakçılar həm öyrənib, həm də əyləniblər. Dövlət Miqrasiya Xidmətindən AZƏRTAC-a bildiriblər ki, düşərgə iştirakçıları fəal idman yarışları – futbol və karate ilə başladıqları proqramı təlimlərlə davam etdiriblər. Zəhra Həşimova tərəfindən “Mən özümü necə inkişaf etdirməliyəm: Kitabları tez və düzgün oxumaq qaydaları”, Anar...

Yazı
Google cərimələnib – SƏBƏB

Google cərimələnib – SƏBƏB

Fransanın antiinhisar qurumu “Google” şirkətini 500 milyon avro məbləğində cərimələyib. Hərbi And Trend-ə istinadən xəbər verir ki, qərar “Google”un 2020-ci ilin aprelində verilmiş bir neçə məhkəmə qərarını icra etməməsi ilə əlaqədar verilib. Qeyd olunur ki, qurum, həmçinin “Google”dan KİV-lərə təqdim olunan müəlliflik hüquqları qorunan məlumatlara görə mükafatların verilməsini tələb edir. Bu mükafatlarla əlaqədar KİV və...