Month: Sentyabr 2021

Yazı
“Qarabağ”dan inamlı qələbə

“Qarabağ”dan inamlı qələbə

Bu gün Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunları keçirilib. “Qarabağ” növbəti avrokubok matçına çıxıb. Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirində Kipr “Omoniya”sı ilə görüşüb. Birinci turda İsveçrə “Bazel”i ilə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri ilk səfərdən qələbə ilə dönməyi bacarıb. Kiprlilər birinci hissədə hesabı açsa da, fasilədən...

Yazı
Sabiq icra başçısı 7 il 3 ay azadlıqdan məhrum edilib

Sabiq icra başçısı 7 il 3 ay azadlıqdan məhrum edilib

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Herbiand.az-ın xəbərinə görə, sabiq icra başçısı bu gün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Q.Səmədov məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Qoca Səmədovun bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məhkəmənin...

Yazı
Səyyad Əlizadə vəfat edib

Səyyad Əlizadə vəfat edib

Tanınmış müğənni Səyyad Əlizadə vəfat edib. Herbiand.az Reporta istinadla xəbər verir ki, bu barədə onun qohumu Razim Qarayev məlumat verib.

Yazı
Əfqanıstanla sərhəddə hərbi parad keçirildi

Əfqanıstanla sərhəddə hərbi parad keçirildi

Tacikistan Əfqanıstanla sərhəddə yerləşən Xoroq şəhərində hərbi parad keçirib. Ölkə Prezidenti Emoməli Rəhmon paradda çıxış edib. Rəhmon hərbçiləri respublikanın müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib və bu illər ərzində silahlı qüvvələrin “etibarlı, güclü və mütəşəkkil bir quruluş” halına gəldiyini söyləyib. O əlavə edib ki, Tacikistan sərhədində ekstremist və terror hərəkatları güclənir və belə şəraitdə ordunun...

Yazı
ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-ın Tennessi ştatında ibtidai məktəblərin birində atışma baş verib. Herbiand.az xəbər verir ki, bu barədə yerli polis şöbəsi məlumat yayıb. Atışma nəticəsində bir azyaşlı xəsarət alıb. Azyaşlı oğlan ağır vəziyyətdə xəstəxanaya aparılıb. Hadisədən sonra polis şagirdləri təxliyə edib və hadisə ilə bağlı araşdırma aparır. Polis atəş açmaqda şübhəli bilinən şəxsin yerini hələ müəyyən etməyib.

Yazı
David Tonoyan həbs olunub

David Tonoyan həbs olunub

Ermənistan məhkəməsi keçmiş müdafiə naziri David Tonoyanın həbsinə dair qərar verib. Herbiand.az  erməni mətbuatına istinadən xəbər verir ki, məsələyə Kentron və Nork-Maraş rayonlarının ümumi yurisdiksiyasında baxılıb. Məhkəmə keçmiş nazirin iki aylıq həbsinə qərar verib. Tonoyanın vəkili Sergey Ovannisyan qeyd edib ki, D.Tonoyan özünü təqsirli bilmir və bununla bağlı məhkəmədə ifadə və izahat verib. Ovannisyan qərardan...

Yazı
Həbs olunan sabiq bələdiyyə sədri vəfat etdi

Həbs olunan sabiq bələdiyyə sədri vəfat etdi

Zərdabda vəzifəli şəxs həbsxanada dünyasını dəyişib. Herbiand.az xəbər verir ki, ötən il həbs olunan Zərdab rayon Yarməmmədbağı kənd bələdiyyəsinin sabiq sədri Sahib Xəlilov həbsxanada ölüb. Qeyd edək ki, S.Xəlilov bələdiyəyə məxsus torpaq sahəsini qanunsuz satdığına görə həbs edilmişdi. Baş Prokurorluğun yaydığı məlumata görə, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və...

Yazı
Bu ölkədə karantin tam ləğv olunur

Bu ölkədə karantin tam ləğv olunur

Yaponiyada oktyabrın 1-dən koronavirusa qarşı gücləndirilmiş tədbirlər rejimi tam olaraq ləvğ edilir. Herbiand.az xəbər verir ki, bu barədə Yaponiyanın “Japan Times” nəşri yazıb. Yaponiyada fövqəladə vəziyyət rejimi bu ilin aprel ayında tətbiq olunub və bir neçə dəfə uzadılıb. Hazırda Yaponiyada əhalinin 60 faizə yaxını tam peyvəndlənib. Gündəlik yoluxma sayında azalmalar müşahidə edilir

Yazı
Hərbçimiz Zəngilanda minaya düşdü – SON DƏQİQƏ

Hərbçimiz Zəngilanda minaya düşdü – SON DƏQİQƏ

Bu gün saat 15:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Nəzərxanlı Elgün Elxan oğlu Zəngilan rayonu ərazisində xidmət apardığı sərhəd döyüş məntəqəsinə hərəkət zamanı piyada əleyhinə minaya düşərək xəsarət alıb.  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Herbiand.az-a verilən məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra hərbi...

Yazı
Rusiya XİN: Bakı və İrəvan regionda kommunikasiyaların bərpası ilə bağlı müsbət əhval-ruhiyyədədir

Rusiya XİN: Bakı və İrəvan regionda kommunikasiyaların bərpası ilə bağlı müsbət əhval-ruhiyyədədir

Cənubi Qafqaz regionunda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə üçtərəfli İşçi Qrup Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinləri səviyyəsində öz fəaliyyətini davam etdirir. APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə bildirib. “Öz tərəfimizdən Bakı və İrəvanın qarşılıqlı...

Yazı
Koronavirusa yeni yoluxanların sayı

Koronavirusa yeni yoluxanların sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 774 yeni yoluxma faktı qeydə alınıb, 1 778 nəfər müalicə olunaraq sağalıb. Herbiand.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 483 902 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 458 922 nəfər...

Yazı
Mina xəritələrinin əvəzində saxlanılanların azad olunması işi davam etdirilir

Mina xəritələrinin əvəzində saxlanılanların azad olunması işi davam etdirilir

“Hesab edirik ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatları gələcəkdə bu cür faciəvi hadisələrin təkrarlanmamasına etibarlı zəmanət verir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə deyib. Onun sözlərinə...

Yazı
“İranın hərbi təlimlərinin adı Azərbaycanın inadınadır” – Ekspert

“İranın hərbi təlimlərinin adı Azərbaycanın inadınadır” – Ekspert

İranın Quru Qoşunları sabahdan Azərbaycanla sərhəddə növbəti təlimlərə başlayır. Təlimin adı “Fatihan Xeybər” (“Xeybər fatehləri”) adlanır. Təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq. Təlimlərin neçə gün davam edəcəyi qeyd olunmayıb. Bu İranın sentyabr ayı ərzində Azərbaycanla sərhəddə keçirdiyi iknci hərbi təlimdir. Bu qısa müddət ərzində külli miqdarda pul xərcləməklə İranın ard-arda...

Yazı
Rusiya XİN: Həmsədrlərin səfəri Azərbaycan və Ermənistan liderlərinin görüşünə əlverişli şərait yaradacaq

Rusiya XİN: Həmsədrlərin səfəri Azərbaycan və Ermənistan liderlərinin görüşünə əlverişli şərait yaradacaq

“Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etmək ciddi hazırlıq tələb edir”. APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat və İnformasiya Departamentinin direktor müavini Aleksey Zaytsev bu gün keçirdiyi brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşə hazır olmasına dair bəyanatına münasibət bildirərkən deyib.  “Rusiya problemli məsələlərin həllində...

Yazı
Qazilər bəzi dövlət rüsumlarından azad olunub

Qazilər bəzi dövlət rüsumlarından azad olunub

Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər məhkəmədə verilən iddialar, mənzil və ya ev (evin bir hissəsi) alqı-satqısı və dəyişdirilməsi ilə bağlı notariat üzrə dövlət rüsumu ödəməkdən azad olunublar.Bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Yazı
İrandan Azərbaycana silah-sursat və narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana silah-sursat və narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitə­lərin, psixotrop maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sentyabr ayı ərzində Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşlarının sayıqlığı nəticəsində təx­mini çəkisi 28 kiloqram 240 qram narkotik...

Yazı
Milli Məclis Azərbaycan-Türkiyə xüsusi təyinatlıları ilə bağlı sənədi təsdiqlədi

Milli Məclis Azərbaycan-Türkiyə xüsusi təyinatlıları ilə bağlı sənədi təsdiqlədi

Milli Məclisin iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.  Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.  Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə giriş-çıxışın tənzimlənməsi və digər məsələləri özündə əks etdirir.  Sənəd 1...

Yazı
“Ermənistanın hərbi sahəsinə cavabdeh olan şəxslər rüşvətxorluqla məşğul olublar”

“Ermənistanın hərbi sahəsinə cavabdeh olan şəxslər rüşvətxorluqla məşğul olublar”

Ermənistanın baş prokurorluğu Qarabağda məğlub olduqları müharibə ilə əlaqədar 2000-dən çox çinayət işini araşdırır. Cinayət işlərinin arasında hərbi hissələrdə baş verən qanunsuzluqlar, xidmət yerinin özbaşına tərk edilməsi, qanunsuz silah-sursatların, partlayıcı maddələrin əldə edilməsi və onların Ermənistana daşınması, hərbi xidmətdən yayınma, əmrə tabe olmamaq, itkin düşən və əsir götürülən hərbçilərin yaxınlarından qanunsuz pul tələb edilməsi kimi məsələlər...

Yazı
Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində xüsusi təlim keçirilib

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələrində terrorla mübarizə mövzusunda növbəti taktiki-xüsusi təlim keçirilib. Təlimi Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev və Türkiyə Respublikası Silahlı Qüvvələrinin mənsubları izləyib.Herbiand.az xəbər verir ki, Taktiki-xüsusi təlimin planı ilə tanışlıq zamanı bildirilib ki, əsas diqqət şəxsi heyətin binalarda antiterror əməliyyatlarının aparılması, əsir və girovların azad edilməsi bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib. Təlimin...

Yazı
Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Vergi cərimələrinin bir hissəsi YAŞAT Fonduna köçürüləcək

Vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsi YAŞAT Fonduna köçürüləcək.Herbiand.az-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Vergi Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.Dəyişiklik vergi orqanları tərəfindən tətbiq edilən sanksiyalardan və cərimələrdən İqtisadiyyat Nazirliyinin hesabına daxil olan vəsaitin bir hissəsinin dövlət...