Day: Sentyabr 1, 2021

Yazı
Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü ötüb

Türkiyədə koronavirusdan ölənlərin sayı 200-ü ötüb

Türkiyədə bu il mayın 6-dan bəri yeni növ koronavirusdan rekord sayda ölüm qeydə alınıb. Herbiand.az  xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər. Belə ki, sutka ərzində xəstəlikdən 290 nəfər dünyasını dəyişib. Pandemiya başlayandan ölkədə ən çox ölüm aprelin 30-da olub (394 nəfər). Ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 302 869 nəfər test...

Yazı
Ermənilərin itkilərinin sayı artır

Ermənilərin itkilərinin sayı artır

Сəbrayılda aparılan axtarışlar zamanı Ermənistan ordusunun ikinci Qarabağ müharibəsində məhv edilmiş daha 2 hərbi qulluqçusunun meyitinin qalıqları tapılıb. Herbiand.az Report-a istinadla xəbər verir ki, əsgərlərin şəxsiyyətləri məhkəmə-tibb ekspertizasından sona məlum olacaq. Bununla da Azərbaycan ərazisində qalıqları tapılan erməni hərbçilərin ümumi sayı 1 654 nəfərə çatıb. Qeyd edək ki, bu rəqəm itkin hesab edilən erməni hərbçilərin...

Yazı
Nümayəndə heyətlərimiz Türkiyədə yeni ədliyyə ilinin açılışında olublar

Nümayəndə heyətlərimiz Türkiyədə yeni ədliyyə ilinin açılışında olublar

Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qardaş ölkədə Ali Məhkəmə və Baş Prokurorluğun yeni inzibati kompleksinin açılışı və Türkiyədə 2021-2022-ci ədliyyə ilinin başlanması ilə bağlı mərasim keçirilib. Herbiand.az AZƏRTAC-a istinadla xəbər verir ki, Baş prokuror Kamran Əliyevin və Ali Məhkəmənin sədri Ramiz Rzayevin rəhbərlik etdikləri Azərbaycan nümayəndə heyətləri Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş...

Yazı
Marketlərdə pasport tələb olunur?

Marketlərdə pasport tələb olunur?

Bu gündən etibarən iri ticarət mərkəzlərinə və ictimai iaşə müəsisələrində giriş 18 yaşdan yuxarı insanlar üçün bir doza vaksinlə mümkün olacaq.  Herbiand.az xəbər verir ki, sakinlər kimi, market işçilərinin də bu barədə dəqiq məlumatı yoxdur.  Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşı Nurlan Əliyev bildirib ki, bu qaydalar marketlərdə tətbiq olunmur.

Yazı
Türkiyədə yenidən meşə yanğınları başlayıb

Türkiyədə yenidən meşə yanğınları başlayıb

Türkiyənin Çanaqqala vilayətində meşə yanğını meydana gəlib. Yanğınla mübarizə üçün əraziyə bir təyyarə, 6 helikopter və 31 ədəd digər texniki vasitələr cəlb edilib. Hazırda yanğının nəzarət altına alınması üçün havadan və yerdən müvafiq işlər aparılır. Mənbə: “Haber Global”

Yazı
“Televiziya əməkdaşı” barədə araşdırma aparılır

“Televiziya əməkdaşı” barədə araşdırma aparılır

Bərdə rayon sakini Fəxri Əliyevin özünü televiziyalardan birinin əməkdaşı kimi təqdim edərək ayrı-ayrı şəxslərdən pul tələb etməsi barədə Ağdam Rayon Polis Şöbəsinə məlumat daxil olub. Herbiand.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Hazırda daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Yazı
Əfqanıstana Heybətullah Axundzadə rəhbərlik edəcək

Əfqanıstana Heybətullah Axundzadə rəhbərlik edəcək

Əfqanıstanın yeni hökumətinə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə başçılıq edəcək. Bunu hərəkatın mədəniyyət komissiyasının üzvü Anamulla Səmənqani bəyan edib. “O, hökumət başçısı olacaq. Bu barədə heç bir şübhə olmamalıdır”, -deyə “Taliban” rəsmisi bildirib. Yayılan məlumatlara görə, yeni hökumətin tərkibi sentyabrın 3-də elan ediləcək. Mənbə: “TOLO News” 

Yazı
Azərbaycan artilleriyaçıları  müsabiqəni uğurla başa vurdu – VİDEO

Azərbaycan artilleriyaçıları müsabiqəni uğurla başa vurdu – VİDEO

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində Qazaxıstan Respublikasının Qvardiya qarnizonunda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi başa çatıb. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, müsabiqədə doqquz ölkənin təmsilçiləri ilə yarışan artilleriyaçılarımız yüksək peşəkarlıq nümayiş etdirərək üçüncü yerə layiq görülüb. Qazaxıstan və Rusiya komandaları isə müvafiq olaraq ilk iki yeri paylaşıblar. Qeyd edək ki, sentyabrın 2-də “Artilleriya...

Yazı
İspaniyada güclü yağış təhlükəni artırıb

İspaniyada güclü yağış təhlükəni artırıb

İspaniyanın əksər bölgələrində leysan yağışları səbəbindən təhlükə səviyyəsi artıb. Bu barədə Herbiand.az  “RİA Novosti”yə istinadən xəbər verir. Sentyabrın ilk günündə səhər saatlarında yağan yağışlar nəticəsində müxtəlif bölgələrdə, xüsusən Tarraqona (Kataloniya) və Kastellon (Valensiya) bölgələrində bir çox yaşayış məntəqələrini su basıb. Madriddə də güclü yağışlar səbəbindən bəzi tunellər bağlanıb, bir neçə metrostansiyada qatarlar artan fasilələrlə hərəkət edir.

Yazı
Türkiyədə meşələrə giriş qadağası uzadılıb

Türkiyədə meşələrə giriş qadağası uzadılıb

İstanbul Valiliyi meşələrə giriş qadağasının sentyabrın 30-dək uzadıldığını açıqlayıb. Bu barədə Herbiand.az Anadolu agentliyinə istinadən xəbər verir. Valiliyin açıqlamasına görə, müvafiq qərar milli sərvət olan meşələrin bərpası üçün atılıb. “Artan istilər və güclü külək səbəbindən meşələrə girməyə, ətrafında və ya içərisində piknik təşkil etməyə ayın 30-dək icazə verilməyəcək”, – açıqlamada deyilir.

  • 1
  • 2
  • 6