Day: Sentyabr 6, 2021

Yazı
Türkiyədə bu gün koronavirusdan ölüm sayı

Türkiyədə bu gün koronavirusdan ölüm sayı

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb. Herbiand.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 301 164 nəfər test edilib, onların 20 962-nin koronavirus testi pozitiv nəticə verib, 29 327 nəfər sağalıb. Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı...

Yazı
Rüstəm Muradovun missiyası başa çatır – SƏBƏB

Rüstəm Muradovun missiyası başa çatır – SƏBƏB

Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradovun missiyası başa çatır. Herbiand.az xəbər verir ki, o, bu günlərdə missiyasını başa vuracaq. Xatırladaq ki, Rüstəm Muradov Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında ötən ilin 10 noyabrında imzalanmış bəyanata əsasən, Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı təyin edilib. Hələ mayda bildirilirdi...

Yazı
Türkiyədə güclü zəlzələ olub

Türkiyədə güclü zəlzələ olub

Türkiyənin Muğla əyalətində zəlzələ baş verib. Bu barədə Herbiand.az Türkiyə mətbuatına istinadən xəbər verir. Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 18:04-də Datça rayonunda 4,1 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı yerin 40,6 kilometr dərinliyində yerləşib. Təbii hadisə Yazıköy, Cumalı, Yakaköy, Sındı ve Məsudiyədə hiss edilib. Hələlik dağıntı və ya...

Yazı
MM: Sahibə Qafarova İnara Murniyetse ilə görüşüb

MM: Sahibə Qafarova İnara Murniyetse ilə görüşüb

Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb. Həmkarını səmimiyyətlə salamlayan spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan dost və strateji tərəfdaş Latviya Respublikası ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Milli Məclisin sədri qeyd edib ki, hər iki ölkə öz dövlət müstəqilliyini...

Yazı
Bu Ölkədə yoluxanların sayı 7 milyonu ötüb

Bu Ölkədə yoluxanların sayı 7 milyonu ötüb

Böyük Britaniyada son sutka ərzində 41 192 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 7 018 927 nəfərə çatıb. Herbiand.az-ın verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb. Son sutka ərzində 45 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 133 274 nəfərə çatıb.

Yazı
Sahibə Qafarova Baş katib Martin Çunqonq ilə görüşüb

Sahibə Qafarova Baş katib Martin Çunqonq ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 6-da Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb. Herbiand.az xəbər verir ki, görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlıqdan məmnunluq ifadə edib. Ötən dövrdə qurum rəsmilərinin, o cümlədən PAİ-nin Baş katibi Martin Çunqonqun ölkəmizə səfərlərinin çox...

Yazı
Konstitusiya Məhkəməsi yeni qərar qəbul edib

Konstitusiya Məhkəməsi yeni qərar qəbul edib

Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib. Konstitusiya Məhkəməsindən Herbiand.az-a verilən məlumata görə, Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin...

Yazı
Taliban yeni hökumət barədə danışıb

Taliban yeni hökumət barədə danışıb

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması qurulacaq yeni hökumətin müvəqqəti ola biləcəyini elan edib. Herbiand.az xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndəsi Zəbiullah Mücahid məlumat verib. “Yekun qərar verilib. Texniki məsələlər həll olunan kimi yeni hökuməti elan edəcəyik. Yeni hökumət müvəqqəti ola bilər. Ölkənin və xalqın problemlərinə cavab verəcək islami konstitusiya olacaq”, – o qeyd edib....

Yazı
Hadrutda erməni hərbçisinin meyitinin qalıqları tapıldı

Hadrutda erməni hərbçisinin meyitinin qalıqları tapıldı

Qarabağda Vətən müharibəsi zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. Bu barədə Herbiand.az Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, hərbi qulluqçunun meyitinin qalıqları Hadrut istiqamətində aşkarlanıb. Meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla da Qarabağda aşkarlanan erməni meyitlərinin sayı 1 657-yə çatıb.

Yazı
Medianın İnkişafı Agentliyində jurnalistlərlə görüş keçirilib

Medianın İnkişafı Agentliyində jurnalistlərlə görüş keçirilib

Herbiand.az xəbər verir ki, sentyabrın 6-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində (MEDİA) “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsi keçirildi. Müzakirələrdə Medianın İnkişafı Agentliyinin rəhbərliyi və əməkdaşları, Parlament Jurnalistlər Birliyinin üzvləri iştirak edirdilər. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qurumun fəaliyyət istiqamətləri və nizamnamədən irəli gələn vəzifələrin icrası üçün həyata keçirilən tədbirlər barədə məlumat...

Yazı
“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb

“Taliban” Pəncşirdən Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb

“Taliban” hərəkatı Pəncşirdən əfsanəvi səhra komandiri Əhməd Şah Məsudun məzarının görüntülərini yayıb. Herbiand.az RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban”ın yaydığı videoda Şah Məsudun məqbərəsinin qarşısındakı meydan boşdur, taliblərə qarşı hər hansı müqavimət göstərilmir. Əhməd Şah Məsudun məqbərəsi Pəncşir vilayətinin inzibati mərkəzi Bəzərəkin 8 kilometrliyində yerləşir. Qeyd edək ki, Pəncşirdə müqavimət qüvvələrinə Əhməd Şah Məsudun...

Yazı
Azərbaycan-Türkiyə birgə təlimi başlayıb – Foto

Azərbaycan-Türkiyə birgə təlimi başlayıb – Foto

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və...

Yazı
Prezident Samir Şərifovu təltif etdi

Prezident Samir Şərifovu təltif etdi

Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Rauf oğlu Şərifov “Şöhrət” ordeni ilə təltif edilib. Herbiand.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Yazı
Türkiyədə meşə yanğını olub

Türkiyədə meşə yanğını olub

Türkiyənin Hatay şəhərində meşə yanğını baş verib. Herbiand.az xəbər verir ki, hadisə şəhərin Antakya rayonunda olub. Habibi-Neccar dağı ətrafında meşəlik ərazidə yanğın yaranıb. Hazırda yanğınsöndürmə tədbirləri davam etdirilir. Hadisənin dəqiq səbəbləri hələlik məlum deyil.

Yazı
Əfqanıstandan təxliyə edilən insanların sayını açıqlanıb

Əfqanıstandan təxliyə edilən insanların sayını açıqlanıb

“NATO indiyədək Kabil hava limanından alyans təyyarələri ilə 120 mindən çox adamı təxliyə edib”. Herbiand.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Avropadakı Birləşmiş Qərargahı bildirib. “NATO ilə əməkdaşlıq edən 500-dən çox əfqan ailəsi ilə birlikdə təxliyə edilib. Onların təhlükəsizliyi təmin olunub, hazırda Avropadakı hərbi bazada yerləşdiriliblər”, – məlumatda qeyd olunub. Bildirilib ki, NATO-ya üzv dövlətlər...

Yazı
Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Sentyabrın 6-da Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə baş tutacaq “Üç qardaş – 2021” beynəlxalq təliminin keçiriləcəyi ərazi ilə tanış olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, Müdafiə nazirinə təlimə hazırlıq prosesi və digər təşkilati məsələlərlə bağlı məruzə edilib. Təlimin yüksək səviyyədə təşkili və keçirilməsi üçün...

Yazı
Prezident Fərəh Əliyevanı təltif edib

Prezident Fərəh Əliyevanı təltif edib

Prezident İlham Əliyev F.Ş.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. Herbiand.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fərəh Şirməmməd qızı Əliyeva “Şöhrət” ordeni ilə təltif edilib.

Yazı
Hikmət Hacıyev: “Revanş ermənilərin etdikləri növbəti tarixi xəta olacaq”

Hikmət Hacıyev: “Revanş ermənilərin etdikləri növbəti tarixi xəta olacaq”

“Prezidentin qoyduğu tapşırıqlara və təlimatlara uyğun olaraq, Azərbaycanın işğaldan azad olunan torpaqlarında genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir”. Herbiand.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”a müsahibəsində bildirib. O, Şuşa şəhərinə çəkilən Zəfər yolunun olduğunu da xatırladıb: “Amma cənab Prezidentin dediyi kimi, Azərbaycan dövlətinin istəyi...

Yazı
Pəncşirdəki müqavimət qüvvələri partizan müharibəsinə keçib

Pəncşirdəki müqavimət qüvvələri partizan müharibəsinə keçib

Pəncşirdəki müqavimət qüvvələri “Taliban” hərəkatına qarşı taktikalarını dəyişirlər. Herbiand.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, müqavimət qüvvələrinin nümayəndəsi Əli Maisam Nazari bildirib ki, onlar “Taliban”a qarşı partizan müharibəsi taktikasına keçirlər.

Yazı
Bir ayda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Bir ayda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarı açıqlanıb

Bir ay ərzində polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı dövriyyədən çıxarılan narkotik vasitələr və psixotrop maddələrin miqdarı açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Herbiand.az-a verilən xəbərə görə, bu ilin avqust ayının 1-dən 1 sentyabr tarixinə qədər 7 kq tiryək, 180 kq marixuana, 155 kq heroin, 4 ton çətənə kolu dövriyyədən çıxarılıb. Sözügedən müddət ərzində aşkar...