Day: Sentyabr 6, 2021

Yazı
Bakıda  iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Bakıda iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək

Sentyabrın 10-da Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin 10-cu görüşü keçiriləcək. İqtisadiyyat Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, tədbir çərçivəsində türkdilli ölkələr arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə ediləcək, Türk Şurasının 2-ci Biznes mükafatının təqdimetmə mərasimi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına həsr edilmiş Biznes Forum təşkil olunacaq.

Yazı
Prezident əhalinin içməli suya tələbatının ödənilməsinə dair -SƏNƏRCAM imzalayıb

Prezident əhalinin içməli suya tələbatının ödənilməsinə dair -SƏNƏRCAM imzalayıb

Prezident İlham Əliyev Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Herbiand.az xəbər verir ki, Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində (siyahı əlavə olunur)...

Yazı
Dənizçilərimiz yarışdan geri döndülər

Dənizçilərimiz yarışdan geri döndülər

“Beynəlxalq Ordu Oyunları – 2021” yarışları çərçivəsində “Dəniz kuboku” müsabiqəsində iştirak edən Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları Bakıya qayıdıb. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, sentyabrın 6-da hərbi dənizçilərimizin qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, müsabiqəyə HDQ-nin G-122 və G-124 gözətçi gəmiləri ilə qatılan komandamız üçüncü yerə layiq görülüb.

Yazı
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1107 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164 nəfərdir Ölkədə vurulan vaksinlərin ümumi sayı 7236381, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4359737, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə...

Yazı
Son sutkada COVİD-19-a yoluxanların sayı azalıb

Son sutkada COVİD-19-a yoluxanların sayı azalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 445 278 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 386 549 nəfər müalicə olunaraq...

Yazı
Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif edib

Prezident Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyini təltif edib

Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya Komitəsinin rəhbərliyinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Herbiand.az xəbər verir ki, Sərəncama əsasən XVI Tokio Yay Paralimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda adları çəkilən rəhbər şəxsləri təltif ediliblər: “Şöhrət” ordeni ilə Rəhimov İlqar Elxan oğlu 3-cü dərəcəli “Vətənə xidmətə...

Yazı
Vahid əlaqələndirmə mərkəzlərinə şəhid ailələrinin üzvləri və qazilərimiz müraciət ediblər

Vahid əlaqələndirmə mərkəzlərinə şəhid ailələrinin üzvləri və qazilərimiz müraciət ediblər

Bakıdakı DOST Mərkəzlərində avqustun 23-dən fəaliyyət göstərən vahid əlaqələndirmə mərkəzlərində ötən dövrdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, həmin müharibədə xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 344 nəfər müraciət edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Herbiand.az-a bildirilib ki, Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanı ilə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması şəhid ailələri...

Yazı
Qarabağda daha 236 mina aşkarlanıb

Qarabağda daha 236 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb. ANAMA-dan Herbiand.az-a verilən məlumata görə, avqustun 30-dan sentyabrın 4-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 164, tank əleyhinə 72 mina və 235 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Nəticədə 188 hektar...

Yazı
Ombudsman Çağrı Mərkəzi ilə bağlı məlumat yayıb

Ombudsman Çağrı Mərkəzi ilə bağlı məlumat yayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının 916 Çağrı Mərkəzi fəaliyyətini bərpa edib. Bu barədə Herbiand.az-a Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, 916 Çağrı Mərkəzinin fəaliyyətində yaranmış texniki məhdudiyyət aradan qaldırılıb. “Artıq müraciətlərinizi Ombudsmana 24 saat ərzində fəaliyyət göstərən Çağrı Mərkəzi vasitəsilə çatdıra bilərsiniz”, – məlumatda qeyd olunub.

Yazı
Məktəblərin açılıb-açılmayacağı barədə sabah məlumat veriləcək

Məktəblərin açılıb-açılmayacağı barədə sabah məlumat veriləcək

Azərbaycanda pandemiya şəraitində yeni tədris ilində təhsilin təşkili ilə bağlı qaydalar hazırlanıb. Herbiand.az xəbər verir ki, tədrisin təşkili qaydası sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq. Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovbildirib ki, sabah – sentyabrın 7-də nazir Emin Əmrullayev təhsil müəssisələrində yeni tədris ilinin təşkili ilə bağlı sualları cavablandıracaq.

Yazı
Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

Cəlilabadda Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

Cəlilabad şəhər 8 nömrəli məktəb-liseyin həyətində Vətən müharibəsində şəhid olan məktəbin məzunları – İşiyev Rafail Əhmədağa oğlu və Həbibi Füzuli Nizami oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib.Bu münasibtlə keçirilən açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirilib, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Mərasimdə çıxış...

Yazı
Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Sabahdan ali məktəblərə qeydiyyat başlayır

Sentyabrın 7-dən ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin təhsil müəssisələri üzrə onlayn qeydiyyatına başlanılacaq. Təhsil Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, tələbə adını qazanmış şəxslər 20 sentyabr 2021-ci il tarixinədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentin müəyyən...

Yazı
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sentyabrın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. ETSN-dən Herbiand.az-a bildirilib ki, havanın temperaturu gecə 19-22° isti, gündüz 24-27° isti, Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə...

Yazı
Fred Asifin oğlu erməniyə qalib gəldi

Fred Asifin oğlu erməniyə qalib gəldi

Herbiand.az xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun ( Fred Asif) oğlu Azər Məhərrəmov peşəkar “Arm Wrestling” liqasında erməni rəqibinə qalib gəlib. Həmyerlimiz Azər Məhərrəmov və erməni rəqibi arasında qarşılaşma Ukraynanın Kiyev şəhərində baş tutub. Qələbə qazanan Azər Məhərrəmov “Arm Wrestling” liqasının kubokuna sahib olub.

Yazı
Ağdama səfər etmək istəyənlərə şad xəbər

Ağdama səfər etmək istəyənlərə şad xəbər

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb. Herbiand.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb. O bildirib ki, səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam...

Yazı
Türkiyə il ərzində saxlanılan miqrant sayını açıqladı

Türkiyə il ərzində saxlanılan miqrant sayını açıqladı

Türkiyədə bu il 94 915 qanunsuz miqrant saxlanılıb. Herbiand.az xəbər verir ki, bunu ölkənin daxili işlər nazirinin müavini İsmail Çataklı aylıq mətbuat konfransında bildirib. “Hazırda yeni böyük bir miqrant axınından söhbət getmir. Anormal artım iddiaları rəqəmlərdə görünmür. 2020-ci ildə 122 min qanunsuz miqrantın Türkiyəyə daxil olmasının qarşısını almışıq. İl başlayandan bəri isə 94 915 qanunsuz miqrant saxlanılıb”, – o qeyd edib. Nazir...

Yazı
Mikayıl Cabbarov: “Bu il qeyri-neft ixracının dəyərini açıqladı

Mikayıl Cabbarov: “Bu il qeyri-neft ixracının dəyərini açıqladı

“Azərbaycanın qeyri-neft sektorunun ixracı artır. Bu ilin 8 ayında qeyri-neft ixracının dəyəri 1,58 milyard ABŞ dollarından çox olub”. Herbiand.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 37,1% artım deməkdir. 2021-ci ilin sonuna qədər qeyri-neft ixracının 2 milyard dolları ötəcəyi proqnozlaşdırılır”, – o deyib.

Yazı
Rusiyada son sutkada COVID-19-a yoluxma statistikasi

Rusiyada son sutkada COVID-19-a yoluxma statistikasi

Rusiyada son sutkada daha 17 856 nəfər COVID-19-a yoluxub. Herbiand.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 7 030 455 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 790 nəfər artaraq 187 990-a yüksəlib. Rusiyada indiyədək koronavirusa yoluxan 6 285 007 nəfər sağalıb.

Yazı
Türkiyədən qazilərimiz Vətənə dönüb – FOTO

Türkiyədən qazilərimiz Vətənə dönüb – FOTO

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 11 qazimiz sağalaraq Vətənə geri dönüb. Herbiand.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Azərbaycana qayıdan qazilərimiz aşağıdakılardı:  1. Qurbanov Əbülfət Tanrıverdi oğlu 2. Rəhimov Ziyəddin Aşur oğlu 3. Yusifov Alik Elşən oğlu 4. Novruzov Rəşad  Lətif oğlu 5. Həmidov Mahur Mahir oğlu...

Yazı
Dövlət katibi Almaniya və Qətərə yola düşüb

Dövlət katibi Almaniya və Qətərə yola düşüb

ABŞ-ın dövlət katibi Entoni Blinken Qətər və Almaniyaya səfərə yol düşüb. Herbiand.az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu dövlət katibi sosial şəbəkədə yazıb. “ABŞ vətəndaşlarının, əfqanların və Əfqanıstandan təxliyə edilən başqa adamların təhlükəsiz bir şəkildə köçürülməsinə fövqəladə dəstək verdikləri üçün qətərli və almaniyalı dostlarımıza təşəkkür etməkdən ötrü Qətərə – Dohaya və Almaniyaya – Ramşteyn-Mizenbaxa gerdiəm”,...