Day: Sentyabr 10, 2021

Yazı

Rəfiqə Axundovaya “Şöhrət” ordeni təqdim olunub – FOTO

Azərbaycan Respublikası Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə görkəmli baletmeyster, Xalq artisti, Prezident təqaüdçüsü Rəfiqə Hacı qızı Axundova Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub. Herbiand.az-a bu barədə Mədəniyyət Nazirliyi məlumat verib. Bildirilib ki, sentyabrın 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov sənətkarı evində ziyarət edərək ordeni ona təqdim edib....

Yazı
Azərbaycanda son sutkada virusa yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutkada virusa yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 508 yeni yoluxma faktı qeydə alınıb, 4 076 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 455 044 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 401 300 nəfər müalicə olunaraq...

Yazı
Baş nazir Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması tapşırığı verib

Baş nazir Ermənistanın təcavüzünün nəticələrinin aradan qaldırılması tapşırığı verib

Bu gün, sentyabrın 10-da Baş nazir Əli Əsədovun sədrliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasının təmin edilməsi üzrə Dövlət Komissiyasının növbəti genişləndirilmiş iclası keçirilib. Herbiand.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti...

Yazı
Müdafiə naziri Rüstəm Muradov ilə görüşüb

Müdafiə naziri Rüstəm Muradov ilə görüşüb

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı  vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb. Herbiand.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sonra general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu Müdafiə nazirinə təqdim edib.Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan...

Yazı
Bütün məhbuslar peyvənd olunub

Bütün məhbuslar peyvənd olunub

Penitensiar müəssisələrdə məhbuslar tam olaraq vaksinasiya olunub. Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən bildiriblər. Qeyd edilib ki, yeni daxil olanların dozalardan asılı olaraq, əgər azadlıqda olanda birinci doza vurulubsa, ikinci doza vurulmayıbsa, hər iki doza vaksinasiyası tələb olunan qaydada aparılır: “Məhbusların “Sinovac” vaksini ilə peyvəndlənmə işi aparılır”.

Yazı
Yuxumdakı nur üzlü şəhidim

Yuxumdakı nur üzlü şəhidim

Bu yaşıma kimi həyatda təsadüflərə inanmamışam. Bunu özümün və başqalarının həyatında apardığım müşahidələrə əsasən əminliklə deyə bilərəm. Gec və ya tez dərk edirik ki, yaşadığımız müddətdə başımıza gələn pis və ya yaxşı hadisələrin, aldığımız qərarların, təsadüf kimi görünən, amma heç də belə olmayan və həyatımıza anidən gələn tanışlıqların belə uca yaradan tərəfindən bir hikməti var....

Yazı
“Taliban” Əfqanıstanın vitse-prezidentinin qardaşını öldürüb

“Taliban” Əfqanıstanın vitse-prezidentinin qardaşını öldürüb

“Taliban” hərəkatı Əfqanıstanın sabiq vitse-prezidenti, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Əmrulla Salehin qardaşını əsir götürüb. Herbiand.az xəbər verir ki, APA  bu barədə RİA “Novosti” müqavimət qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, taliblər daha sonra Rohullah Salehi qətlə yetiriblər.

Yazı
“Yeni Azərbaycan” qəzetinin  yeni baş redaktoru təyin olunub.

“Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru təyin olunub.

Alqış Musayev (Həsənoğlu) yenidən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru təyin olunub. Herbiand.az xəbər verir ki, bununla bağlı YAP İdarə Heyətinin bu gün keçirilən iclasında qərar qəbul edilib. Bundan əvvəl “Yeni Azərbaycan” qəzetinin baş redaktoru deputat Hikmət Babaoğlu idi. Qeyd edək ki, A.Həsənoğlu əvvəllər də uzun müddət həmin qəzetin baş redaktoru olub.

Yazı
Baş nazir Türk Şurasının nümayəndə heyəti ilə görüşüb – FOTO

Baş nazir Türk Şurasının nümayəndə heyəti ilə görüşüb – FOTO

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Görüşdə ötən müddət ərzində Türk Şurasının güclənərək vacib beynəlxalq quruma çevrildiyi, dünya miqyasında nüfuzunun artdığı məmnuniyyətlə qeyd edilib.  Azərbaycanın Türk Şurasına üzv ölkələrlə həm ikitərəfli formatda, həm...

  • 1
  • 2
  • 4