Day: Sentyabr 13, 2021

Yazı
Bakıda “Pfizer” peyvəndi vurulan gəncin bədənində səpkilər yarandı – SƏBƏB + FOTO

Bakıda “Pfizer” peyvəndi vurulan gəncin bədənində səpkilər yarandı – SƏBƏB + FOTO

İsrail alimləri herpetik infeksiya ilə kovidə qarşı vaksinlərin əlaqəsini sübut edib. Belə ki, peyvəndin əks təsirlərindən biri də orqanizmdə herpes virusunun aktivləşməsi ola bilər. İsrailin Suraski və Karmel tibbi elmi mərkəzlərinin alimləri 6 nəfər koronavirusa yoluxmuş xəstədə və 4 nəfər Pfizer vaksini olunmuş şəxsin bədənində herpes zoster- kəmərvari dəmrov səpkilərinin yarandığını qeydə alıblar. Araşdırma üçün...

Yazı
Türkiyədə bu gün koronavirusdan 200-ü ötdü

Türkiyədə bu gün koronavirusdan 200-ü ötdü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 231 nəfər ölüb. Herbiand.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 319 110 nəfər test edilib, onların 24 613-nün koronavirus testi pozitiv nəticə verib, 26 052 nəfər sağalıb. Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ...

Yazı
İranın xəyali qarabasmaları – FOTO

İranın xəyali qarabasmaları – FOTO

Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə sentyabrın 12-də başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri İranda ciddi narahatlıq yaradıb. Elə bir narahatlıq ki, rəsmi Tehran ölkənin Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadənin dili ilə “Türkiyənin Xəzər dənizində hərbi mövcudluğunun qanunsuzluğu” ilə bağlı əsəbi bir şərh səsləndirib. “Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən,...

Yazı
Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı qərar imzalayıb

Əli Əsədov Təhsil Nazirliyi ilə bağlı qərar imzalayıb

Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib. Herbiand.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Dəyişikliyə əsasən, Təhsil Tələbə Krediti Fondu Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

Yazı
Ufa-Bakı marşrutu üzrə aviareyslər başlayır

Ufa-Bakı marşrutu üzrə aviareyslər başlayır

“Aeroflot” aviaşirkəti oktyabrın 1-dən etibarən Ufa-Bakı marşrutu üzrə aviareyslərə başlayır. Herbiand.az aviaşirkətə istinadla xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

Yazı
“Üç qardaş – 2021” təlimində müxtəlif silahlardan atəş açıb

“Üç qardaş – 2021” təlimində müxtəlif silahlardan atəş açıb

Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin “Üç qardaş – 2021” beynəlxalq təlimində atəş hazırlığı üzrə məşğələlər keçirilib.Müdafiə Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, təlimin planına əsasən xüsusi təyinatlı bölmələr atıcı silahlardan və qumbaraatandan praktiki atışların yerinə yetirilməsi tapşırıqlarını icra ediblər.Qeyd edək ki, “Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.

Yazı
Kərim Vəliyev  Ömer Ertuğrul Erbakan ilə görüşüb

Kərim Vəliyev Ömer Ertuğrul Erbakan ilə görüşüb

Türkiyə Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev sentyabrın 13-də Türkiyə Respublikasının Baş Qərargahının ikinci rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Xüsusi Təyinatlı Qüvvələr Komandanı diviziya generalı Ömer Ertuğrul Erbakan ilə görüşüb. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, görüşlərdə Azərbaycan və Türkiyə arasında əlaqələrin...

Yazı
Frederik Star təltif edilib

Frederik Star təltif edilib

Frederik Star “Dostluq” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. O, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi və elmi əlaqələrin inkişafında xüsusi xidmətlərinə görə mükafatlandırılıb.

Yazı
Fuad Muradov saxlanıldı

Fuad Muradov saxlanıldı

“Qazaxlı Alik”in oğlu Fuad Muradov polis tərəfindən saxlanılıb.  Bu barədə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” hesabında məlumat paylaşıb: “Bu gün ərizə ilə bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”.  Herbiand.az xəbər verir ki, Daxili...

Yazı
MM-də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

MM-də “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Herbiand.az-ın məlumatına görə, bu, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2021-ci il üçün nəzərdə tutuluş qanunvericilik iş planına daxil edilib. Qeyd edək ki, iş planı komitənin sentyabrın 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

  • 1
  • 2
  • 5