Day: Sentyabr 14, 2021

Yazı
Ermənistanda əsgər intihar edib

Ermənistanda əsgər intihar edib

Ermənistanda müddətdən artıq xidmət edən hərbi qulluqçunun – çavuşun cəsədi hərbi hissələrdən birinin hərbi şəhərciyinin emalatxanasında tapılıb. Herbiand.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatında qeyd olunub. Bildirilir ki, təxliyə dəstəsinin komandirinin cəsədi asılmış vəziyyətdə tapılıb. İlkin məlumatlara görə, əsgər intihar edib. Hadisənin bütün təfərrüatlarının araşdırılması üçün tədbirlər...

Yazı
Ərdoğan MN-ın rəhbərliyini qəbul edib – SON DƏQİQƏ

Ərdoğan MN-ın rəhbərliyini qəbul edib – SON DƏQİQƏ

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. Herbiand.az xəbər verir ki, qəbulda Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.

Yazı
Türkiyədə bu gün koronavirusdan 270-i ötdü

Türkiyədə bu gün koronavirusdan 270-i ötdü

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 276 nəfər ölüb. Herbiand.az bu barədə Türkiyənin Səhiyyə Nazirliyinə istinadla məlumat verir ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 334 535 nəfər test edilib, onların 27 802-nin koronavirus testi pozitiv nəticə verib, 29 191 nəfər sağalıb. Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVID-19-a...

Yazı
Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Ceyhun Bayramov Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri, səfir Petr Mixalkonu qəbul edib. XİN-dən Herbiand.az-a verilən məlumata görə, P.Mixalko etimadnaməsinin surətini C.Bayramova təqdim edib. C.Bayramov Avropa İttifaqının (Aİ) nümayəndəsini təyinatı münasibətilə təbrik edib, onun Azərbaycan və Aİ arasında münasibətlərin inkişafına töhfə verecəyinə inandığını bildirib. Görüşdə tərəflər Aİ-Azərbaycan arasında mövcud olan səmərəli...

Yazı
Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini – 2021” taktiki-uçuş təlimlərini izlədi – FOTO

Zakir Həsənov və Hulusi Akar “TurAz Şahini – 2021” taktiki-uçuş təlimlərini izlədi – FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə...

Yazı
Yaqub Zurufçu vəfat edib

Yaqub Zurufçu vəfat edib

Koronavirusdan əziyyət çəkən əməkdar artist Yaqub Zurufçu vəfat edib.Bu barədə Herbiand.az APA-ya istinadla məlumat verib.Bildirilib ki, sənətçi yaxın saaatlarda vəfat edib. Yaqub Zurufçu 1956-cı ildə aprelin 8-də Təbriz şəhərində anadan olub. 1989-cu ildə Gülağa Məmmədovun dəvəti, Vətən Cəmiyyətinin köməyi ilə ilk dəfə Azərbaycana gələn müğənni 2009-cu ildə “Azərbaycan Respublikasının Əməkdar Artisti” adına layiq görülüb.

Yazı
Benzin istehsalımız nə qədərdir? – CƏDVƏL

Benzin istehsalımız nə qədərdir? – CƏDVƏL

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 881,7 mln. manat olmaqla, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 8,7% artıb. Dövlət Statistika Komitəsindən Herbiand.az-a verilən məlumata görə, neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8%, sürtkü yağlarının istehsalı 66,8%, neft koksunun istehsalı 21,3%, dizel yanacağının istehsalı 12,5%, neft bitumunun...

Yazı
Əhalimiz nə qədərdi?

Əhalimiz nə qədərdi?

Ölkə əhalisinin sayı ilin əvvəlindən 23259 nəfər və ya 0,2 faiz artaraq 2021-ci il avqust ayının 1-i vəziyyətinə 10142392 nəfərə çatıb. Dövlət Statistika Komitəsindən Herbiand.az-a verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Yazı
Sabah bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Sabah bəzi küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi Bakının erməni-bolşevik işğalından azad olunmasının 103-cü ildönümü ilə əlaqədar olaraq vətəndaşlara müraciət edib. Dövlət Yol Polisi İdarəsindən Herbiand.az-a daxil olan müraciətdə bildirilib ki, sentyabrın 15-də saat 09:00-da Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü münasibətilə hərbi orkestr və şəxsi heyətin şəhərin küçə və meydanlarında yürüşləri aşağıda göstərilən marşrutlar üzrə...

Yazı
Bu, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında keçirilən ilk birgə təlim kimi tarixə düşdü

Bu, işğaldan azad edilmiş Azərbaycan torpaqlarında keçirilən ilk birgə təlim kimi tarixə düşdü

Ötən həftə Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının Laçın rayonunda keçirilən birgə döyüş atışlı taktiki təlimi tarixə düşdü. Çünki bu işğaldan azad edilmiş Azərbaycan torpaqlarında keçirilən ilk birgə təlim idi. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsi, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə...

Yazı
1918-ci ildə Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsidir

1918-ci ildə Bakının azad olunması Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsidir

Birinci Dünya müharibəsi başlananda Qafqaz ərazisi “xalqlar həbsxanası” adlandırılan Rusiya imperiyasının əsarəti altında idi. 1914-cü ilin oktyabrında Qafqaz cəbhəsində ümumi hərbi-siyasi vəziyyət gərgin idi. 1917-ci ilin fevralında Rusiyada burjua inqilabı nəticəsində Romanovlar sülaləsi devrildi, müstəmləkəçilik iflasa uğradı. Nəticədə, Qafqaz xalqları öz müqəddəratını təyin etmək hüququ əldə edərək, azadlıqlarına qovuşdular. Bu zaman Qafqazda sülh və əmin-amanlıq...

Yazı
Bölgələrdə təşkil edilən tədbirlərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Bölgələrdə təşkil edilən tədbirlərdə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Xaçmaz Regional Mədəniyyət İdarəsi Quba rayon MKS-nin 2-ci Nügədi kənd kitabxanası Vətən müharibəsi şəhidi Eynulla Lətifovun doğum günü münasibətilə tədbir keçirib.Herbiand.az xəbər verir ki, Ağstafa Regional Mədəniyyət İdarəsi Ağstafa rayon MKS-nin əməkdaşları rayonun Dağ Kəsəmən kəndində şəhidlərimizin xatirəsinə inşa olunan “Xarıbülbül” abidəsini, “Şəhidlər” abidə kompleksini və Vətən müharibəsi şəhidi Mahmud Əhmədovun Ağstafa şəhərindəki xatirə bulağını...

Yazı
“Qardaş briqada” hərbi təlimləri davam edir

“Qardaş briqada” hərbi təlimləri davam edir

Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə keçirilən “Qardaş briqada” təlimləri davam edir. Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. ““Qardaş briqada” layihəsi çərçivəsində Türkiyədə olan Azərbaycan hərbçilərinin təlimləri Çanaqqaladakı 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında davam edir”, – deyə qeyd olunub.

Yazı
Britaniyada Pandemiya İnstitutu yaradılıb

Britaniyada Pandemiya İnstitutu yaradılıb

Böyük Britaniyada Pandemiya İnstitutu yaradılıb.Herbiand.az xəbər verir ki, institut gələcəkdə heyvanlardan insanlara keçə biləcək xəstəlikləri araşdırmaq və vaxt itirmədən həmin virusa qarşı peyvənd hazırlamaq üçün yaradılıb.Liverpul şəhərində fəaliyyət göstərəcək institut İnnova əczaçılıq şirkəti tərəfindən yaradılıb.İnstitutun direktoru professor Metyu Baylis dünyanın ən böyük məlumat bazasına sahib olduqlarını və bu məlumatlardan növbəti koronavirusun hansı heyvanlar vasitəsilə ortaya...

Yazı
Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb

Vətən müharibəsi şəhidinin xatirəsi ehtiramla anılıb

Ağdaş rayon, Şəmsabad kəndinin Vətən müharibəsi şəhidi Əlibəy Feruzlunun doğum günündə xatirəsi ehtiramla anılıb.Herbiand.az xəbər verir ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən şəhid ailəsinə başsağlığı verilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Prezident İlham...

Yazı
Qətər ilə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Qətər ilə Azərbaycan arasında turizm əlaqələri müzakirə olunub

Azərbaycan ilə Qətər arasında turizm əlaqələrinin inkişaf perspektivləri, qarşılıqlı turist mübadiləsi, mədəni irsin idarəedilməsi üzrə təcrübə mübadiləsinin aparılması sentyabrın 14-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Qətərin Katara Mədəniyyət Şəhərciyi Fondunun baş direktoru Xalid Bin İbrahim Əl-Süleyti arasında keçirilən görüşdə müzakirə olunub.Dövlət Turizm Agentliyindən Herbiand.az-a bildirilib ki, Fuad Nağıyev agentliyin tabeliyindəki qoruqların fəaliyyəti, oradakı irs...

Yazı
“İş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir”-İlham Əliyev

“İş görmək istəyən sahibkar bəzi hallarda problemlərlə üzləşir”-İlham Əliyev

“Eyni zamanda, siz çalışmalısınız ki, rayonlara investisiyalar cəlb edəsiniz, həm yerli, həm xarici. Burada da fəallıq göstərilməlidir. Çünki özəl investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz”. Herbiand.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda...

Yazı
İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib

İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. Herbiand.az xəbər verir ki, dövlətimizin başçısı qəbulda çıxış edib. Prezident İlham Əliyevin çıxışı: -Siz Cəlilabad və Şəmkir rayonlarının icra başçıları vəzifələrinə təyin edilirsiniz. Sizə böyük etimad göstərilir. Ümid edirəm...

Yazı
Zakir Həsənov Türkiyəyə səfər edib

Zakir Həsənov Türkiyəyə səfər edib

Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, səfər çərçivəsində Müdafiə Nazirliyi rəhbərliyinin Türkiyə Respublikasının hərbi rəhbərliyi ilə bir sıra görüşləri, o cümlədən Konya...

  • 1
  • 2