Day: Sentyabr 14, 2021

Yazı
Putin özünü təcrid edib

Putin özünü təcrid edib

Rusiya Prezidenti Vladimir Putin koronavirusdan qorunmaq üçün özünütəcrid rejiminə keçib. Herbiand.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı Kreml yayıb. Bildirilib ki, V.Putinin daimi ünsiyyətdə olduğu dövlət məmurları COVID-19 infeksiyasına yoluxublar. Ona görə də Rusiya Prezidenti özünütəcrid rejimində işləyəcək. Xatırladaq ki, V. Putin koronavirusa qarşı peyvənd olunub. Ona Rusiya istehsalı “Sputnik V” peyvəndi vurulub.

Yazı
Yasamal rayonunda bəzi küçələr əsaslı şəkildə təmir edilib

Yasamal rayonunda bəzi küçələr əsaslı şəkildə təmir edilib

Dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Yasamal rayonu ərazisində küçələrin əsaslı təmiri istiqamətində kompleks tədbirlər həyata keçirilir. Təbii ki, işlər əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan və ümumi istifadədə olan küçələrdə aparılır. Bu barədə Herbiand.az AAYDA-ya istinadən xəbər verir. 2021-ci ilin...

Yazı
Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

Henninq Berq: “Qarabağ” səviyyəmizə yaxın kollektivdir

Bizdən asılı olan hər şeyi etmək istəyirik. Qrupumuzda məğlubedilməz komanda yoxdur. Eyni zamanda, hər birinə uduzmaq da mümkündür.Herbiand.az xəbər verir ki, bunu Ağdamın “Qarabağ” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq mətbuata açıqlamasında deyib.Norveçli mütəxəssis bildirib ki, “Bazel” (İsveçrə) yüksək səviyyəli komandadır. “Qarabağ” səviyyəmizə yaxın kollektivdir. “Kayrat”ın...

Yazı
Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

Sentyabrın 15-ə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Herbiand.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 27-30° isti, Bakıda 20-22° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi...

Yazı
Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinə start verilib

Vətən müharibəsinin ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinə start verilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi ilə Vətən müharibəsinin birinci ildönümünə həsr edilmiş “Zəfər Yolu” layihəsinin ilk tədbiri keçirilib.Herbiand.az xəbər verir ki, layihə çərçivəsində ilk tədbir Ağdam rayonunun işğaldan azad edilmiş Əlməmmədli kəndində Milli Qəhrəman Şirin Mirzəyevin rəhbərliyi ilə Azərbaycanın ilk 836 saylı ərazi özünümüdafiə batalyonunun yaradılmasının 30...

Yazı
Bu gündən plan yerlərinə və kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Bu gündən plan yerlərinə və kolleclərin boş qalan yerlərinə qeydiyyat başlayır

Bu gündən boş qalan plan yerlərinə və kolleclərə qəbul olunanların qeydiyyatı başlayır. Dövlət İmtahan Mərkəzindən Herbiand.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin boş qalmış plan yerlərinə qəbul olunmuş şəxslər 14 sentyabr saat 12:00-dan 20 sentyabr saat 23:59-dək, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə 24 sentyabr saat 23:59-dək portal.edu.az...

Yazı
Salam, Şuşa!

Salam, Şuşa!

Elə dəqiqələr, saatlar olur ki, insan xoşbəxt olur və ən önəmlisi, xoşbəxtliyinin fərqində olur.17 avqust 2021- ci il mənim üçün məhz belə bir gün idi. Mən Şuşanı ziyarət etdim, Şuşaya getdim! Cümlənin gözəlliyinin, möhtəşəmliyinin fərqindəsizmi- Şuşaya getdim!Şuşanın mənim üçün çox özəl, çox doğma olduğunu məni tanıyan hamı bilir. O gözəlliyi heç vaxt görməmişdim. Şuşa işğal...

Yazı
Bizi bizə qaytaran yollar…

Bizi bizə qaytaran yollar…

İzi yох оlmuş yоllаrımtük bаsmış üzüm kimidi… Hamı Ağdamda keçirdiyim hisləri soruşur… Varlıqla yoxluq arasında qalan, biri-biri ilə döyüşən, sonda barışan, sevincin ağrıya üstün gəldiyi hisləri. Hisləri olduğu kimi ifadə etmək, çatdırmaq, anlatmaq olmur. Onları ancaq sükut yazır. Oxuyanın oxuya, görənin görə biləcəyi hisləri…   Ağdamı görəndə hislərimi “Dövlət bəyin ölüsü də gözəldi” və “Bura Vətəndi!” ifadəsi cilovladı.  Qovuşmaq...

Yazı
FHN: Ötən sutka 49 yanğına çıxış əməliyyatları keçirilib

FHN: Ötən sutka 49 yanğına çıxış əməliyyatları keçirilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 49 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 3 qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-in mətbuat xidmətindən Herbiand.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas edilib. Ümumilikdə,...

Yazı
Gürcüstanda COVID-19-a  yoluxma halları kəskin artıb

Gürcüstanda COVID-19-a yoluxma halları kəskin artıb

Gürcüstanda koronavirusa yoluxma və bu virusdan ölüm halları yenidən artıb. Son 24 saat ərzində ölkədə daha 3221 nəfər koronavirusa yoluxub, 2990 nəfər müalicə olunaraq sağalıb, 54 nəfər isə pandemiyanın qurbanı olub.Herbiand.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin rəsmi stopgov.ge saytında məlumat yerləşdirilib.Bildirilir ki, bu son 5 gündən ən yüksək göstəricidir.Məlumata görə bununla da ölkədə...

Yazı
Gədəbəyə dolu düşüb

Gədəbəyə dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.Xidmətdən Herbiand.az-bildiriblər ki, Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2 millimetr olub.Sentyabrın 13-ü axşam saat 22:30 radələrində Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri...

Yazı
Qarabağda 3 hərbi prokurorluq yaradılıb

Qarabağda 3 hərbi prokurorluq yaradılıb

İşğaldan azad edilən ərazilərdə 3 hərbi prokurorluq yaradılıb. Herbiand.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət Şöbəsinin rəisi, ədliyyə polkovniki Mehdi Hüseynzadə deyib. O bildirib ki, Azərbaycan Prezidentinin 1 aprel 2021-ci il tarixli işğaldan azad edilmiş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında sərəncamına əsasən, 30 il ərzində Ermənistanın işğalında olmuş və müzəffər...

Yazı
Səlim Müslümovun həbs müddəti uzadılıb

Səlim Müslümovun həbs müddəti uzadılıb

Səbail Rayon Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Herbiand.az-ın APA-ya istinadən xəbərinə görə, məhkəmə prosesində təqdimat təmin edilib. Qərara əsasən, Səlim Müslümov barəsində həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. Qeyd edək ki, Səlim Müslümovun Azərbaycan Respublikasının əmək və əhalinin...

Yazı
Sentyabrın 15-də ölkə üzrə pensiyalar tam ödəniləcək

Sentyabrın 15-də ölkə üzrə pensiyalar tam ödəniləcək

Respublika üzrə pensiyaların sentyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Bu barədə Herbiand.az-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Yazı
Ermənistanda hərbçi təlimdə ölüb

Ermənistanda hərbçi təlimdə ölüb

Ermənistanda döyüş xidmətinin təşkili qaydalarının pozulması nəticəsində ehtiyatda olan hərbçi, çavuş Mkrtiç Ovakimyan ölüb. Herbiand.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, sentyabrın 13-də saat 22.00-da serjant Mkrtiç Ovakimyan (1978-ci il təvəllüdlü) güllə yarası alıb. O, yerində ölüb. Hadisənin döyüş xidmətinin düzgün təşkil olunması qaydasının pozulması nəticəsində baş verdiyi ehtimal edilir. Hadisənin səbəbləri...

Yazı
Dünya birjalarında neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır

Dünya birjalarında neft qiymətləri bahalaşır.Herbiand.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 74,01 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,52 dollar bahalaşaraq 70,97 dollar olub.

Yazı
Emin Həsənli: Şuşa Azərbaycan üçün milli qürurdur

Emin Həsənli: Şuşa Azərbaycan üçün milli qürurdur

Şuşa bizim qədim, tarixi şəhərimizdir. Azərbaycanlılar əsrlər boyu Şuşada yaşayıblar. Otuz ilə yaxın Şuşanı işğal altında saxlayan mənfur düşmən Azərbaycan Ordusunun gücünü görüb geri çəkildi. Torpaqlarımızın düşmən işğalından azad edilməsi, əlbəttə, Azərbaycan xalqının illərdir arzu etdiyi xəyalların gerçəkləşməsi deməkdir. Şuşada çox nəhəng quruculuq işləri başlanıb. Bu sahəyə gənclərimiz də öz töhfələrini verirlər.Bu sözləri Tərxis Olunmuş...

  • 1
  • 2