Day: Sentyabr 15, 2021

Yazı
Ermənistan Türkiyə ilə dialoqa dair müzakirələrə hazırdır

Ermənistan Türkiyə ilə dialoqa dair müzakirələrə hazırdır

Ermənistan hökuməti Türkiyə tərəfinin dialoqa dair təkliflərini müzakirə etməyə hazırdır. Bunu parlamentdəki çıxışı zamanı ölkənin baş naziri Nikol Paşinyan bəyan edib. Ermənistan KİV-in yaydığı məlumata görə, o, artıq bir sıra beynəlxalq tərəfdaşların bu dialoqda vasitəçilik təklifi etdiyini bildirib. Xatırladaq ki, bir qədər əvvəl Paşinyan hökumətin iclasında Türkiyə tərəfindən qarşılıqlı dialoq üçün gələn müsbət işarələri gördüyünü...

Yazı
Ceyhun Bayramov Toivo Klaar ilə görüşüb

Ceyhun Bayramov Toivo Klaar ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar arasında görüş baş tutub. Azərbaycan Xarici İşlər Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, görüş zamanı tərəflər bölgədəki cari təhlükəsizlik vəziyyəti, o cümlədən dövlət sərhədinin delimitasiya prosesi, kommunikasiyaların açılışı, infrastruktur layihələri və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov...

Yazı
İbrahim Rəisi  sabah Tacikistana səfər edəcək

İbrahim Rəisi sabah Tacikistana səfər edəcək

İran Prezidenti İbrahim Rəisi sentyabrın 16-da Tacikistana səfər edəcək. Herbiand.az APA-ya istinadla məlumat verir ki, İ. Rəisi Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək. Səfər çərçivəsində bir sıra görüşlərin keçiriləcəyi gözlənilir.

Yazı
Buğda idxalını azaldıb

Buğda idxalını azaldıb

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 122 245,94 ABŞ dolları dəyərində 480 960,65 ton buğda idxal edilib. Herbiand.az APA-ya istinadla xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 16,9%, həcmi isə 30,2% azalıb. Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,66%-nə bərabər olub.

Yazı
Neftinin qiyməti 75 dolları keçib

Neftinin qiyməti 75 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin noyabr müqaviləsinin dəyəri Bakı vaxtı ilə saat 17:03-də 1,93% artaraq 1 barelə görə 75,02 dollar təşkil edib. Herbiand.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,01% artaraq 71,17 dollar olub.

Yazı
Ermənistandan qəribə addım – FOTO

Ermənistandan qəribə addım – FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Herbiand.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlardan deyil, su şüşələrindən də istifadə olunmuşdu. Qeyd edək ki, bu...

Yazı
Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Azərbaycan və Belarus hərbi maliyyəçilərinin işçi görüşü keçirilib

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən sentyabrın 15-də Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində maliyyə təminatı sahəsində təcrübə mübadiləsinə dair işçi görüşü keçirilib.Herbiand.az xəbər verir ki, görüşdə hər iki ölkənin Müdafiə nazirliklərinin maliyyə və büdcə sahəsinə cavabdeh qurumlarının vəzifəli şəxsləri və mütəxəssisləri arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.Həmçinin, görüşdə maliyyə təminatı məsələsi və qabaqcıl...

Yazı
Liz Trass nazir təyin edilib

Liz Trass nazir təyin edilib

Liz Trass Böyük Britaniyanın yeni xarici işlər naziri təyin edilib. Herbiand.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl o, beynəlxalq ticarət naziri olub.

Yazı
Azərbaycanda virus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda virus əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 65424 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21363, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44061 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 7745851, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4551501, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə...

Yazı
Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2064 yeni yoluxma faktı qeydə alınıb, 3831 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 28 nəfər vəfat edib.

  • 1
  • 2
  • 5