Day: Oktyabr 4, 2021

Yazı
“Telegram” da çökür

“Telegram” da çökür

Hazırda dünyanın bir sıra ölkələrində “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinin fəaliyyəti iflic olub. Öz növbəsində digər məşhur sosial şəbəkə tətbiqi olan “Telegram” öz “Twitter” səhifəsində istifadəçilərin suallarını cavablandırıb. “Telegram”ın rəsmi “Twitter” səhifəsində qeyd olunur ki, dünyanın aparıcı sosial şəbəkə proqramlarında yaranmış problem onların tətbiqinə də mənfi təsir göstərib, yükləmələr “Telegram”ın işində çətinliklər yaradır.

Yazı
“Facebook”, “WhatsApp” və “Instagram” çöküb

“Facebook”, “WhatsApp” və “Instagram” çöküb

“Facebook”, “WhatsApp”, “Instagram” kimi beynəlxalq platformalara daxil olmaqda problem yaranıb. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, problem lokal deyil, qlobal xarakter daşıyır. Problemlə bağlı şikayətlər daha çox ABŞ, Avropa və Asiya ölkələrindən daxil olub. Azərbaycanda da eyni problemlər müşahidə edilir.

Yazı
Türkiyə ordusu“Şərq qərargahı”nı ələ keçirdi

Türkiyə ordusu“Şərq qərargahı”nı ələ keçirdi

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror qruplaşmasına ağır zərbə endirib. Herbiand.az xəbər verir ki, qardaş ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, Türkiyə hərbçiləri terror qruplaşmasının “girilməsi mümkünsüz” olaraq ifadə etdiyi Şərq qərargahına giriblər. Əməliyyat nəticəsində 12 terrorçu zərərsizləşdirilib.

Yazı
ƏƏSMN: “Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib”

ƏƏSMN: “Nurlan Musayev Vətən Müharibəsində iştirak etməyib”

Ağdaş rayonu Abad kənd sakini Musayev Nurlan Nurəddin oğlunun sosial şəbəkədə yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən araşdırılıb. ƏƏSMN-dən Herbiand.az-a verilən məlumata görə, Nurlan Vətən Müharibəsində iştirak etməyib, 2020-ci ilin yanvar ayında Sumqayıda hərbi xidmətdə olub və hərbi xidmət dövründə xəstələnib. Ona 19.02.2021-ci ildən hərbi xidmət dövrü ilə əlaqədar “Aşağı ətrafın uzun sümüklərinin bədxassəli...

Yazı
Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təlim keçirilir

Medianın İnkişafı Agentliyində jurnalistlər üçün təlim keçirilir

4 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) təşəbbüsü ilə “Lazarus Training” təşkilatı tərəfindən jurnalistlər üçün təhlükəli bölgələrdə fəaliyyət, mina partlayışlarından xilas olma və ilkin tibbi yardım mövzularında təlimlərin keçirilməsinə başlanılıb.  Herbiand.az xəbər verir ki, təlimlərə müxtəlif media subyektlərinin 40-dək nümayəndəsi qatılıb. Hər birində 20 nəfərin olduğu iki qrupda keçirilən təlim oktyabrın...

Yazı
“Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb”

“Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb”

“İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmayıb. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordu Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi”. Bu fikirləri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. “Bir daha demək istəyirəm ki, biz...

Yazı
Erməni hərbçilər Qarabağa gələ bilmir

Erməni hərbçilər Qarabağa gələ bilmir

Ermənistan İstintaq Komitəsi açıqlamsına görə, iki əsgər məzuniyyətin müddəti bitdikdən sonra xidmət yerlərinə qayıtmaq istəmədiyini bildirib. Herbiand.az xəbər verir ki, faktla bağlı cinayət işi açılıb və erməni hərbi qulluqçular həbs olunub. Bir neçə gün əvvəl isə məzuniyyətə gəlmiş əsgərin atası bildirmişdi ki, oğluna yenidən Qarabağa qayıtmağa icazə verilməyib. Buan görə də o öz hərbi hissəsinə...

Yazı
Ermənistan itkilərlə bağlı son rəqəmi AÇIQLADI

Ermənistan itkilərlə bağlı son rəqəmi AÇIQLADI

Ermənistan istintaq komitəsi ölkənin Qarabağda verdiyi itkilərlə bağlı son rəqəmləri açıqlayıb. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, 4 oktyabrda açıqlanan rəqəmlərə görə, 3788 hərbi və mülki şəxs həlak olub. 224 hərbi və 22 mülki şəxs isə itkin düşmüş sayılır.

Yazı
İngiltərə arsenalını F-35-lə zənginləşdirir

İngiltərə arsenalını F-35-lə zənginləşdirir

2021-ci ilin sonu 2022-ci ilin əvvəlində ABŞ 27 ədəddən ibarət  beşinci nəsil F-35A eskadronu Böyük Britaniyaya göndərəcək. Herbiand.az xəbər verir ki, bu barədə İnterfaks xəbər verir. F-35A qırıcılarının daxil olduğu 495-ci eskadronun komandiri, polkovnik-leytenant Ayan Maklaflin bildirib ki, qırıcılar bu ilin qış ayında göndəriləcək. Bu təyyarələrin ABŞ-dan kənarda ilk daimi yeri Londondan 113 km şimal-şərqdə...

Yazı
Qarabağ Paşinyan üçün böyük yükdür

Qarabağ Paşinyan üçün böyük yükdür

Ermənistanın eks-prezidenti Robert Köçəryan oktyabrın 4-də keçirdiyi mətbuat konfransında baş nazir Nikol Paşinyanın qarasına o ki var danışıb. Köçəryan çox məyusdur, çünki vaxtilə Azərbaycan torpaqlarının işğalında bilavasitə iştirak etmiş, buna gənclik illərini sərf etmiş, döyüşlərdə cinayətkar dostlarını itirmişdi, Nikol Paşinyan isə cəmi 44 gün ərzində eks-prezidentin “əməyini” yerə vurdu, əraziləri itirdi. Köçəryan ona da məyusdur...

Yazı
İlham Əliyev: “ Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi”

İlham Əliyev: “ Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi”

“Bu gün Cəbrayıl şəhərinin baş planının təqdimatı olacaq, fəal işlər başlayıb. Bu gün bir ilə görülmüş işlərə qiymət verərkən dövlətimizin, xalqımızın nə qədər böyük potensialı olduğunu görürük”. AZƏRTAC xəbər verir ki, bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxış edərkən bildirib. Dövlətimizin başçısı deyib:  “Biz bütün gücləri səfərbər...

Yazı
Təyyar Eyvazov: “Kifayət qədər insan hələ də virusa qarşı həssasdır”

Təyyar Eyvazov: “Kifayət qədər insan hələ də virusa qarşı həssasdır”

“Hazırda Azərbaycanda pandemiya ilə əlaqəli növbəti alovlanma sönməyə doğru gedir. Yeni yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur. Təbii ki, bu saylar bizi arxayın salmamalıdır”. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O, əhalini qoyulan qaydalara ciddi əməl etməyə çağırıb: “Tibbi maska taxılmalı, gigiyenik qaydalara əməl edilməli və sosial məsafə gözlənilməlidir. Çünki narahatlıq...

Yazı
İlham Əliyev İran sərhəddində

İlham Əliyev İran sərhəddində

Cəbrayıl rayonunda səfərdə olan Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak edib. Herbiand.az xəbər verir ki, Prezident DSX-nın sərəncamında olan texnikaya baxış keçirib

Yazı
Cəbrayılda yeni məktəb tikiləcək – SƏRƏNCAM

Cəbrayılda yeni məktəb tikiləcək – SƏRƏNCAM

Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb. Herbiand.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün...

Yazı
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların statistikası

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların statistikası

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1061 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 829 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8738000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4808374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə...

Yazı
“Bundan sonra çoxsaylı belə müraciətlər olacaq”

“Bundan sonra çoxsaylı belə müraciətlər olacaq”

Azərbaycan 23 sentyabr 2021-ci tarixində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı Beynəlxalq Ədalət Məhkəməsinə verib. Məhkəmə prosesi 18-19 oktyabr tarixlərində dinləmələr təyin edib. Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qaldırdığı iddia ərizəsində bildirib ki, Ermənistan azərbaycanlılara qarşı milli və etnik mənşəyinə görə bir sıra ayrı-seçkilik hərəkətlərinə yol verib və bu hərəkətlərinə...

Yazı
Azərbaycanda son sutkada  COVID-19-a yoluxma statistikası

Azərbaycanda son sutkada COVID-19-a yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 835 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 486 378 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 465 446 nəfər müalicə olunaraq sağalıb, 6...

Yazı
Türkiyənin Azərbaycandakı atəşesi fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycandakı atəşesi fəaliyyətə başlayıb

Türkiyənin Azərbaycana yeni təyin olunmuş hərbi atəşesi Tuğgeneral (General mayor) Zekeriya Yalçın fəaliyyətə başlayıb. Herbiand.az xəbər verir ki, Zekeriya Yalçını Türkiyənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı qəbul edib. Görüş zamanı səfir Zekeriya Yalçına işlərində uğurlar arzulayıb.

Yazı
Suriyada Rusiyanın hərbi bazasına həmlə olub

Suriyada Rusiyanın hərbi bazasına həmlə olub

Suriyanın Lazkiyə bölgəsində yerləşən Rusiyanın Hmeymim aviabazasına dron hücumu olub. Herbiand.az-ın məlumatına görə bu barədə sosial şəbəkədə məlumat yayılıb. Məlumatada deyilir ki, həmlə hava hücumundan müdafiə sistemləri vasitəsi ilə zərərsizləşdirilib.

Yazı
Pampersə ehtiyacı olan Ermənistan

Pampersə ehtiyacı olan Ermənistan

“Ermənistan da tələsir, Azərbaycan da, ancaq müxtəlif səbəblərdən. Hər ikisinin də öz məqsədləri var”. Herbiand.az xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş prezidenti Robert Koçaryan 4 oktyabrda ölkəsində keçirdiyi mətbuat konfrasında söyləyib. Onun sözlərinə görə, Azərbaycan dəmiri isti halda döyməyə çalışır və dəhlizlə bağlı məqsədinə çatmaq istəyir: “Ermənistan tərəfi də tələsir, dediyim kimi, pampers vəziyyətindədirlər,...