Day: Oktyabr 5, 2021

Yazı
Ermənistan ordumuzla bağlı dezinformasiya yayıb

Ermənistan ordumuzla bağlı dezinformasiya yayıb

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində təminat maşınına zərər dəyməsi barədə yayılan məlumatlar yalandır. Müdafiə Nazirliyindən Herbiand.az-aa verilən məlumata görə, bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır.

Yazı
Putinin erməni vandalları tərəfindən təhqir edilib

Putinin erməni vandalları tərəfindən təhqir edilib

Rusiya Prezidenti Vladimir Putinin şəkili əks olunan lövhə erməni vandalları tərəfindən təhqir edilib. Herbiand.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan fotodakı lövhənin Ermənistanda və ya Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə quraşdırıldığı bildirilir.

Yazı
Aleksandr Ben Zvi  Qarabağda İsrail hərbçilərinin olması barədə məlumatlara reaksiya verib

Aleksandr Ben Zvi Qarabağda İsrail hərbçilərinin olması barədə məlumatlara reaksiya verib

“İsrail hərbçilərinin Qarabağda olması haqqında danışmaq böyük axmaqlıqdır, bu fikir fantaziyadan başqa bir şey deyil. Bu məlumatlar cəfəngiyatdır”. Herbiand.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi ölkəsinin Silahlı Qüvvələrinin Qarabağda mövcud olması ilə bağlı fikrə münasibət bildirərkən deyib. Səfir əlavə edib ki, bu fikir Qarabağda marslıların olması kimi bir xəyala...

Yazı
Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda indiyədək COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 57 572 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 949, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 623 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 795 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 824 323,...

Yazı
Azərbaycanda COVID-19-a yoluxma statistikası

Azərbaycanda COVID-19-a yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 826 yeni yoluxma faktı qeydə alınıb, 1597 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 487 204 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 467 043 nəfər müalicə olunaraq sağalıb, 6599...

Yazı
Çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar

Çağırışaqədərki hazırlıq rəhbərləri mükafatlandırılıblar

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə respublikanın bütün şəhər və rayonlarında təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər bildiriblər ki, gəncləri mənəvi-psixoloji baxımdan hərbi həyata hazırlamaq vacibdir. Bu baxımdan “Çağırışaqədərki hazırlıq” fənni mühüm...

Yazı
Özbəkistan hərbi bazasını ABŞ-ın ixtiyarına verməyəcək

Özbəkistan hərbi bazasını ABŞ-ın ixtiyarına verməyəcək

Özbəkistan ABŞ-la öz hərbi bazasından istifadə etmək üçün apardığı dialoqdan imtina edib. NATO Əfqanıstanda hərbi əməliyyatlarda istifadə etdiyi texnikalarını və qüvvələrini bu bazada yerləşdirmək istəyirdi. Herbiand.az xarici mətbuata istinadən bildirir ki, bunu Özbəkistan Senatının sədr müavini Sadıq Safayev deyib. Onun sözlərinə görə, hakimiyyət bu cür danışıqlar apara bilməz. Çünki qanunvericilik buna imkan vermir. Bununla belə...

Yazı
Ermənistanın iki güc strukturu arasında qarşıdurma

Ermənistanın iki güc strukturu arasında qarşıdurma

Ermənistanda yüksək rütbəli hərbiçilərin həbsi ilə müşayiət olunan cinayyət işi Müdafiə Nazirliyi və Milli Təhlükəsizlik Xidməti arasında qarşıdurma yaradıb. Herbiand.az xatırladır ki, bu iş üzrə sabiq müdafiə naziri David Tonayan, silah alverçisi David Qalastyan, sabiq hərbi aviasiya xidməti rəisi Avetik Muradyan və baş qərərgah rəisinin müavini Stepan Qalastyan həbs edilib. Erməni mediası yazır ki, müdafiə...

Yazı
Sosial şəbəkələrdə qlobal qəza – ARAŞDIRMA

Sosial şəbəkələrdə qlobal qəza – ARAŞDIRMA

Ötən gün “Facebook Inc.” şirkətinin “Facebook”, “Instagram” sosial şəbəkələrinin, eləcə də “WhatsApp” messencerinin işində Bakı vaxtı ilə saat 19:30-dan sonra irimiqyaslı dayanma baş verib. Sadalanan xidmətlərin həm mobil tətbiqləri, həm də saytları bir neçə saat ərzində işləməyib. Məşhur internet resurslarının işini izləyən “Downdetector” portalının məlumatına görə, şikayətlərin çoxu bu xidmətlərin tətbiqlərinin işləməməsi ilə bağlı olub...

Yazı
“Vaşinqton daha bir ölkənin nüvə silahına malik olmasına imkan verməyəcək”

“Vaşinqton daha bir ölkənin nüvə silahına malik olmasına imkan verməyəcək”

“İran nüvə çalışmalarında əhəmiyyətli dərəcədə irəliləyişə nail olub və onu nüvə bombasına malik olmasından bir addım ayırır”. Herbiand.az xəbər verir ki, bu barədə Reuters-ə anonimliyi qorunmaq şərtilə ABŞ prezidenti Co Bayden administrasiyasının yüksək çinli nümayəndəsi bildirib.   Mənbənin bildirdiyinə görə, Tehranı irəliləyişdən və kifayət qədər zənginləşdirilmiş urana malik olmasından bir neçə ay ayırır. “Aydındır ki,...

Yazı
“İranın hərbi təchizat xarakterli uçuşlara qadağa qoyması Azərbaycana növbəti xəyanətdir” – Hərbi mənbə

“İranın hərbi təchizat xarakterli uçuşlara qadağa qoyması Azərbaycana növbəti xəyanətdir” – Hərbi mənbə

Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb. APA bu barədə hərbi dairələrdən məlumat əldə edib. Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib. İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub...

Yazı
Naxçıvanda “Sarsılmaz Qardaşlıq”

Naxçıvanda “Sarsılmaz Qardaşlıq”

Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin “Sarsılmaz Qardaşlıq-2021” birgə təliminin növbəti məşqləri keçirilib. Herbiand.az-ın xəbərinə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin (MN) rəsmi “Twitter” hesabında bildirilib. “Türkiyə 3-cü Ordu Komandanlığı və Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Komandanlığı hərbçilərinin iştirakı ilə keçiriləcək “Sarsılmaz Qardaşlıq-2021” təliminin məşqləri uğurla icra olunub”, – qeyd olunub. Xatırladaq ki, “Sarsılmaz Qardaşlıq-2021” təlimi...

Yazı
Polad Həşimovun qızına tələbə biletini rektor təqdim edib

Polad Həşimovun qızına tələbə biletini rektor təqdim edib

Xəbər verdiyimiz kimi, şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun qızı Aybəniz Həşimova Azərbaycan Tibb Universitetində təhsil alacaq. ATU-nun rektoru Gəray Gəraybəyli Aybəniz Həşimovaya təhsildə uğurlar arzulayıb, ona tələbə biletini və universitet adından hədiyyə olaraq noutbuk təqdim edib. Həmçinin bildirib ki, universitetin Elmi Şurasının qərarı ilə A.Həşimovaya əlavə olaraq 200 manat məbləğində təqaüd ayrılıb.

Yazı
Çavuşoğlu ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edib

Çavuşoğlu ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə edib

Polşada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş keçirilib. Herbiand.az-ın xəbərinə görə, bu barədə Türkiyə XİN rəhbəri “Twitter”də bildirib. Nazirin sözlərinə görə, görüşdə Əfqanıstan, Qarabağ və Ukraynadakı son vəziyyət müzakirə olunub. Görüş zamanı ATƏT-də islahatlar barədə də müzakirə aparılıb.

Yazı
Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisi bağlandı

Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisi bağlandı

İranın Ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın Bakıdakı ofisi bağlanıb. Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Herbiand.az-ın məlumatına görə, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Unikal.org-a bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə...

Yazı
Köçaryanın məhkəməsi təxirə salındı

Köçaryanın məhkəməsi təxirə salındı

Ermənistanın keçmiş prezidenti, “Hayastan” blokunun lideri  Robert Koçaryan və baş nazirin keçmiş müavini, blokdan olan deputat Armen Qevorkyanın məhkəməsi 1 həftə sonraya təxirə salınıb.   Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, qərar Armen Qevorkyanın yeni vəkilinin vəsatəti ilə qəbul olunub. O bir neçə gün ərzində 82 səhifəlik işlə tanış ola bilməyib və işin təxirə salınmasını...

Yazı
Üçtərəfli görüş başa çatıb

Üçtərəfli görüş başa çatıb

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin...

Yazı
Yeni tədris ilində ilk distant təhsilə keçən sinif

Yeni tədris ilində ilk distant təhsilə keçən sinif

Bakıda yerləşən məktəblərdən birində sabahdan bir sinif distant təhsilə keçəcək. Herbiand.az xəbər verir ki, bu Səbail rayonunda yerləşən 162 nömrəli məktəbdir. Orada təhsil alan valideynlər bildiriblər  ki, həmin sinifdə oxuyan şagirdlərdə koronavirus aşkar olunduğundan distant təhsilə keçid qərar verilib. Bu il təhsil mövsümü 22 sentyabr tarixində başlayıb. İlkin olaraq  aşağı siniflər məktəbə gedib. Ardınca isə...

Yazı
“İran Şuşanın işğalı ilə bağlı Ermənistana heç narazılıq da bildirmədi”

“İran Şuşanın işğalı ilə bağlı Ermənistana heç narazılıq da bildirmədi”

Herbiand.az sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun APA-ya müsahibəsini təqdim edir: – İranın Azərbaycanla münasibətləri gərginləşdirməyə çalışmasının kökündə nə durur? – Burada əsas səbəb İrandakı hazırkı siyasi vəziyyətdir. Bu yaxınlarda İranda prezident seçkiləri keçirilib, İbrahim Rəisi prezident seçilib. Prezident seçkilərində əsas məsələlərdən biri gələcəkdə İranın nüvə proqramına münasibətlə bağlı idi. Çünki Donald Trampın dövründə ABŞ-ın təşəbbüsü...

Yazı
“Separatizm bölgədə sülh və sabitliyin bərqərar olmasına birbaşa təhdiddir”

“Separatizm bölgədə sülh və sabitliyin bərqərar olmasına birbaşa təhdiddir”

“Bölgədə terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsi sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq fəaliyyətlərin təhlükəsizliyinə birbaşa təhdiddir”. APA-nın xəbərinə görə, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşündən sonra deyib. Nazir qeyd edib ki, bölgədə münaqişələr ölkələrin ərazi bütövlüyü və beynəlxalq hüququn norma və prinsipləri əsasında həll...

  • 1
  • 2