Day: Oktyabr 6, 2021

Yazı
İkinci mərhələ üzrə peyvəndlənənlərin sayı 4 milyonu ötüb

İkinci mərhələ üzrə peyvəndlənənlərin sayı 4 milyonu ötüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 45948 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13019, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32929 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8841520, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4837342, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı...

Yazı
Milo Cukanoviç ilk dəfə Gürcüstana səfər edəcək

Milo Cukanoviç ilk dəfə Gürcüstana səfər edəcək

Monteneqronun Prezidenti Milo Cukanoviç sabah Gürcüstana ilk rəsmi səfərini edəcək. Herbiand.az xəbər verir ki, Gürcüstan prezidentinin Orbeliani sarayında M.Cukanoviçin rəsmi qarşılanma mərasimi olacaq. Daha sonra Gürcüstanın dövlət başçısı Salome Zurabişvili və Monteneqro prezidenti arasında təkbətək görüş keçiriləcək. Prezidentlər mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər. M.Cukanoviçin səfər çərçivəsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.

Yazı
18 oktyabr iş günü olacaq

18 oktyabr iş günü olacaq

Bu gün bəzi saytlarda Milli Məclisə daxil olan “Müstəqillik Günü haqqında” qanun layihəsinin qəbulundan sonra 28 may və 18 oktyabrın iş günü olacağı ilə bağlı məlumatlar yayılıb. Herbiand.az-ın məlumatına görə, qanun layihəsinin qəbulundan sonra 28 may – Müstəqillik Gününün qeyri-iş günü, 18 oktyabr – Müstəqilliyin Bərpası Gününün isə iş günü olacağı nəzərdə tutulur. Qeyd edək...

Yazı
ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-da məktəbdə atışma baş verib

ABŞ-ın Texas ştatının Arlinqton şəhərində məktəbdə atışma baş verib. Bu barədə Herbiand.az TASS-a istinadən xəbər verir. Atışma nəticəsində 4 nəfərin yaralandığı bildirilir. Hadisə yerində polis əməkdaşları, eləcə də bir neçə təcili yardım maşını var. Başqa detallar hələlik açıqlanmır.

Yazı
Əsir düşən erməni zabit Ermənistana qaytarılıb

Əsir düşən erməni zabit Ermənistana qaytarılıb

Dumanlı havada yolu azaraq Azərbaycan tərəfinə keçmiş leytnant Artur Davidyan Ermənistana qaytarılıb. Herbiand.az xəbər verir ki, bunu bu gün parlamentin iclasında baş nazirin müavini Suren papikyan xəbər verib.

Yazı
COVID statistikası – Yoluxma yenə dördrəqəmli oldu

COVID statistikası – Yoluxma yenə dördrəqəmli oldu

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1009 yeni yoluxma faktı qeydə alınıb, 1378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 488 213 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 468 421 nəfər müalicə olunaraq sağalıb,...

Yazı
İran-Ermənistan danışıqlarında Zəngəzur dəhlizi müzakirə olunub

İran-Ermənistan danışıqlarında Zəngəzur dəhlizi müzakirə olunub

Ermənistanın xarici işlər naziri İran danışıqlarının detallarını açıqlayıb. Herbiand.az xəbər verir ki, Ermənistan parlamentindəki çıxışında xarici işlər naziri Ararat Mirzəyan bildirib ki, İranla xoş münasibətlər qurub. Onun sözlərinə görə, çox mühüm məsələ müzakirə olunub. Mirzəyan əsas müzakirə mövzusunun Zəngəzur dəhlizi olduğunu bildirib. O, rısmi Yerevanın mövqeyini bir daha təkrar etdiyini söyləyib: “Belə bir məsələ yoxdur...

Yazı
Ermənistanda MDB müdafiə nazirləri şurasının iclası keçirilir

Ermənistanda MDB müdafiə nazirləri şurasının iclası keçirilir

Ermənistanda MDB müdafiə nazirləri şurasının əlaqələndirmə komitəsinin iclası keçirilir. Herbiand.az xəbər verir ki, iclasda Ermənistan, Belarus, Rusiya, Qazaxstan, Qırğızıstan, Tacikistan və Özbəkistan Müdafiə Nazirliklərinin rabitə rəisləri iştirak edir. Azərbaycan iclasda təmsil olunmur.

Yazı
Azərbaycan NATO Müttəfiq Quru Qoşunları Komandanlığının konfransında təmsil olunur

Azərbaycan NATO Müttəfiq Quru Qoşunları Komandanlığının konfransında təmsil olunur

Azərbaycan NATO-nun Müttəfiq Quru Qoşunları Komandanlığının (LANDCOM) konfransında təmsil olunur. APA-nın xəbərinə görə, bu barədə LANDCOM məlumat yayıb. Bildirilib ki, bu gün İzmirdə başlayan müttəfiq ölkələrin quru qoşunlarının komandirlərinin II konfransı iki gün davam edəcək. Konfransda Azərbaycanla yanaşı, Əlcəzair, Avstraliya, Bosniya və Herseqovina, Kolumbiya, Misir, Finlandiya, Gürcüstan, İrlandiya, Yaponiya, İordaniya, Küveyt, Monqolustan, Mərakeş, Yeni Zelandiya,...

Yazı
Ərdoğanın təklif etdiyi format Abdollahiyan-Lavrov görüşündə müzakirə olunub

Ərdoğanın təklif etdiyi format Abdollahiyan-Lavrov görüşündə müzakirə olunub

İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahiyan rusiyalı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat üçün brifinqdə Lavrov suallara cavab verərkən altılıq formatını xatırladıb. Lavrov bildirib ki, 3 Qafqaz dövləti və 3 də qonşu dövlətlər formatı müzakirə olunur. İranlı dostların müsbət münasibəti var, eyni münasibəti Azərbaycanda və Türkiyədə müşahidə edirik, erməni həmkarlarımızla işləyirik”. Herbiand.az xatırladır ki,...

Yazı
Hidayət Orucov səfirlikdən geri çağırıldı

Hidayət Orucov səfirlikdən geri çağırıldı

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Herbiand.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. İlham Əliyev: “Türkiyə Prezidentinin təklif etdiyi əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib” Prezidentin digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və...

Yazı
“Müttəfiq dövlətlərin orduları ilə birlikdə keçirilən təlimlər mütləqdir”

“Müttəfiq dövlətlərin orduları ilə birlikdə keçirilən təlimlər mütləqdir”

“Azərbaycanın son Vətən Müharibəsinin 2-ci fazası demək olar ki, dünya hərb sənətini tamamilə dəyişdirdi. Çünki hələ də post sovet ölkələri və bir çox dövlətlər köhnə hərb strategiyası anlayışına sadiq idilər. Azərbaycan 2-ci Qarabağ müharibəsində hava hücumundan müdafiə qüvvələri, ümumqoşun hərb taktikasıyla 5-ci nəsil müharibə aparmaqla illər boyu yerində addımlamış hərb strategiyasını, taktikasını tamamilə sındırıb tökdü....

Yazı
Azərbaycanlı deputatlar Ermənistandan olan siyasi partiyaların nümayəndələri ilə görüşüb

Azərbaycanlı deputatlar Ermənistandan olan siyasi partiyaların nümayəndələri ilə görüşüb

Azərbaycanlı deputatlar Vyanada Ermənistandan olan siyasi partiyaların nümayəndələri ilə görüşüb. Herbiand.az-ın xəbərinə görə, bu barədə Tural Gəncəliyev sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, görüş Avstriya beyin mərkəzinin və dövlət qurumlarının təşkilatçılığı ilə baş tutub. “Görüşdə münaqişədən sonrakı barışığın və sülhün qurulmasının vacibliyini vurğuladım”, – deyə Tural Gəncəliyev qeyd edib.

Yazı
Sülhməramlılarla erməni qızların görüntüsü YAYILDI – VİDEO

Sülhməramlılarla erməni qızların görüntüsü YAYILDI – VİDEO

Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları  erməni qızları  ilə dostluq edirlər.  Herbiand.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə  yayılıb. Görüntülərdə ermənilərin rus  sülhməramlılarla dialoq etməsi  əks olunub. Onlar  kameraları  görən kimi  ərazidən uzaqlaşıblar. 

Yazı
Lavrov: “Azərbaycanın da İranın hərbi təlimləri ilə bağlı narahatlığı var”

Lavrov: “Azərbaycanın da İranın hərbi təlimləri ilə bağlı narahatlığı var”

“Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahianla apardığı danışıqların yekunlarına dair birgə mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavabında bildirib. S. Lavrov deyib ki, Azərbaycan...

Yazı
Şuşa şəhərinin su təchizatı təmin edilib

Şuşa şəhərinin su təchizatı təmin edilib

Şuşa şəhərinə suyun verilməsi və həyati əhəmiyyətli obyektlərin su təchizatı təmin edilib. “Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bunun ardınca içməli su təchizatı sistemlərinin əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. Şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə layihənin birinci mərhələsi çərçivəsində magistral su kəməri və anbarların tikintisi, həmçinin şəhərdaxili şəbəkənin bir hissəsinin yenidən...

Yazı
Prezident İlham Əliyev: “Biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik”

Prezident İlham Əliyev: “Biz Avropa İttifaqı ilə sıx şəkildə işləyirik”

“Avropa Komissiyasının bizim nəqliyyat sektorumuza böyük əhəmiyyət verməsi məni çox qane edir. Prezident Şarl Mişelə səfəri zamanı ona bizim Dəniz Ticarət Limanının, Azad İqtisadi Zonanın imkanları təqdim olundu. Biz Avropa təsisatlarının bu sahəyə ciddi yanaşmasını görürük”. Herbiand.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr...

Yazı
Petr Mixalko: “Sülhün qurulması prosesində üzərimizə rol götürməyə hazırıq”

Petr Mixalko: “Sülhün qurulması prosesində üzərimizə rol götürməyə hazırıq”

“Avropa İttifaqı “Şərq tərəfdaşlığı” Proqramı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır”. Herbiand.az xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalko oktyabrın 6-da etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərkən deyib. P. Mixalko bildirib ki, nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini...

Yazı
“5 yaşdan təhsilə cəlb etmək digər ölkələrin təcrübəsində də var” – Təhsil eksperti

“5 yaşdan təhsilə cəlb etmək digər ölkələrin təcrübəsində də var” – Təhsil eksperti

“Mən cənab nazirin bir neçə gün əvvəl qeyd etdiyi kimi “məktəblərdə 6 yaş tezdir və biz şagirdləri 5 yaşından məktəblərə cəlb etməliyik” fikrini dəstəkləyirəm. Bilirsiz ki, 1-ci sinifə qədəm qoyan şagirdlərin böyük bir hissəsi nə bağçada, nə də məktəbə hazırlıq qruplarında olurlar. Bu istiqamətdə işləri sürətləndirmək üçün son illərdə təhsil naziri çox unikal bir layihəyə...

Yazı
Daşnaksutyun Paşinyana cavab verdi

Daşnaksutyun Paşinyana cavab verdi

Daşnaksutyun Ermənistanən baş naziri Nikol Paşinyanın Litvanın erməni icması ilə görüşdə səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb. Herbiand.az xəbər veriri ki, bəyanatda Daşnaksutyun Nikol Paşinyanın İranla münasibətləri kormlamaqda ittiham edir: “44 günlük müharibə ərəfəsində əsas bölgə düşməni olan İsrail ilə diplomatik əlaqələri yaxşılaşdırmaq, son 30 ildə formalaşdırlılan yaxşı əlaqələri sual altına qoyaraq, Ermənistan -İran münasibətlərinə zərbə...