Day: Oktyabr 7, 2021

Yazı
ABŞ-da daşqınlar 4 nəfəri öldürdü

ABŞ-da daşqınlar 4 nəfəri öldürdü

ABŞ-ın Alabama ştatında yağan leysan yağışlar nəticəsində 4 nəfər həyatını itirib. Herbiand.az məlumatı verir ki, bu barədə yerli hakimiyyət orqanlarından bildirilib. Qeyd edilib ki, Arab şəhərində baş verən daşqınlar avtomobildə olan 4 yaşlı qızı bayıra çıxararaq həyatına son qoyub. Fəlakətin digər qurbanı 18 yaşlı qız olub. Huver ştatında isə gənc cütlüyü sel aparıb. Pelam dairəsində...

Yazı
Xırdalanda binada yanğın olub

Xırdalanda binada yanğın olub

Xırdalan şəhərində çoxmərtəbəli binada yanğın hadisəsi baş verib. Herbiand.az-ın xəbərinə görə, hadisə şəhər ərazisində yerləşən yaşayış binasının 11-ci mərtəbəsinin eyvanında qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva  bildirib ki, “112” qaynar xətt nömrəsinə sözügedən binada yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları...

Yazı
Meksikada sel – 6 nəfər ölüb

Meksikada sel – 6 nəfər ölüb

Meksikanın Keretaro ştatında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 6 nəfər ölüb. Herbiand.az xəbər verir ki, bu barədə “Milenio” qəzeti məlumat yayıb. Yerli mətbuatın yazdığına görə, daha bir neçə rayon sakini itkin düşüb. Daşqınlar 11 bələdiyyədə 3.5 mindən çox yaşayış binasına ziyan vurub. Daha çox Keretaro, Korrexidor, San-Juan-del-Rio və Tekisyapan ştatlarına maddi ziyan dəyib. Hazırda hökumət...

Yazı
“Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edilib.

“Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edilib.

Heydər Əliyev Sarayı Mədəniyyət Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə 44 günlük Vətən müharibəsinin iştirakçıları, qazilər eləcə də Vətən uğrunda döyüşlərdə canını fəda edən şəhidlərin ailələri üçün hazırlanmış “Bakıdan Qarabağa” ədəbi-bədii musiqili kompozisiyanı təqdim edib. Heydər Əliyev Sarayı ilk tədbirini məhz şəhid və qazi ailələrinə həsr edib....

Yazı
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 217 nəfər ölüb.

Herbiand.az-ın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 362 152 nəfər test edilib, onların 30 019-nun koronavirus testi pozitiv nəticə verib, 32 240 nəfər sağalıb. Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvələ görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və...

Yazı
Şəhid Sənan Kərimov və Rövşən Əliyev anılıb – FOTO

Şəhid Sənan Kərimov və Rövşən Əliyev anılıb – FOTO

Oktyabrın 7-də Neapol küçəsi 1 ünvanda Vətən müharibəsi şəhidi baş leytenant Sənan Kərimov və Birinci Qarabağ Müharibəsi şəhidi Rövşən Əliyevin xatirə lövhələrinin açılış mərasimi olub. Anım mərasimində çıxış edənlər şəhidin döyüş yolunun gələcək nəsillər üçün nümunə olacağını, Vətən uğrunda canını fəda edən qəhrəmanların əbədiyyətədək xalqımızın yaddaşında yaşayacağını, onların xatirəsinin dövlətimiz tərəfindən daim uca tutulacağını bildiriblər. Daha sonra...

Yazı

Şəhidlərinin xatirə lövhəsi açılıb – FOTO

Xətai rayonunda yerləşən 165 nömrəli orta məktəbin həyətində Vətən müharibəsi şəhidləri Abdürrəhmanlı Sübhan Mahir oğlu, Eyvazov Əbülhəsən Balaş oğlu, Rüstəmov Rövşən Orxan oğlu, aprel şəhidi, pilot mayor Musazadə Təbriz Tariyel oğlu və Birinci Qarabağ müharibəsinin şəhidi Fərrux Abbasovunun xatirə lövhələrinin açılış mərasimi keçirilib. Herbiand.az “Report”-a istinadla xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri,...

Yazı
Namiq Dadaşov vəfat edib

Namiq Dadaşov vəfat edib

Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın Əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov vəfat edib. Herbiand.az xəbər verir ki, 76 yaşlı rəssam bu gün vəfat edib. Qeyd edək ki, Namiq Dadaşov 1945-ci ildə anadan olub. Mədəniyyət Nazirliyi tərəfindən sifariş olunan 15 ədəddən artıq xatirə medallarının müəllifidir. Namiq Dadaşov bir çox Beynəlxalq sərgilərin, həmçinin, fərdi və qrup sərgilərinin iştirakçısı...

Yazı
Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub

Gözdən əlilliyi olan bir qrup vətəndaşa mənzil təqdim olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində bir qrup gözdən əlilliyi olan vətəndaşa mənzillər təqdim edib.  Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Herbiand.az-a verilən məlumata görə, mənzillərin sənədlərinin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov və Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev iştirak ediblər. V.Behbudov...

Yazı
Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Vasif Talıbov Türkiyə Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası Silahlı Qüvvələrinin 3-cü Ordu Komandanı, general-polkovnik Yavuz Türkgəncinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən Herbiand.az-a bildirilib ki, Ali Məclisin Sədri qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin nümayəndə heyətini Azərbaycanın Naxçıvan Muxtar Respublikasında görməkdən məmnunluğunu bildirib. Azərbaycanın Naxçıvan Muxtar...

Yazı
Yaponiyada zəlzələ baş verdi

Yaponiyada zəlzələ baş verdi

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ baş verib. Herbiand.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında olan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib. Zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb. Dağıntı və ya insan tələfatı barədə xəbər verilməyib.

Yazı
Ceyhun Bayramov Vasile Soareni ilə görüşüb

Ceyhun Bayramov Vasile Soareni ilə görüşüb

7 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Rumıniyanın ölkəmizə yeni təyin olunmuş səfiri Vasile Soareni qəbul edib. Səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Bu barədə Herbiand.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Nazir Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Rumıniya arasında mövcud olan sıx...

Yazı
Koronavirusa yoluxma çoxalıb

Koronavirusa yoluxma çoxalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1013 yeni yoluxma faktı qeydə alınıb, 1244 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 489 226 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 469 665 nəfər müalicə olunaraq sağalıb, 6625...

Yazı
Sahibə Qafarova Slovakiyada rəsmi səfər edib

Sahibə Qafarova Slovakiyada rəsmi səfər edib

Oktyabrın 7-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Slovakiyaya rəsmi səfəri başlayıb. Bu barədə Herbiand.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri – Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament...

Yazı
Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb

Ocaqnejad Azərbaycandan gizli yolla qaçıb

İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakını tərk etməsi haqda xəbər yayılıb. İİR-dan BBC-Azərbaycana bildiriblər ki, Ocaqnejad artıq Tehrandadır. Herbiand.az xəbər verir ki, Musavat.com saytı Ocaqnejadın əslində Azərbaycandan qaçdığını yazıb. Xəbərə görə, Ocaqnejad Azərbaycanda diplomatik statusla, İran səfirliyinin əməkdaşı kimi qeydiyyata düşüb, amma öz statusuna uyğun fəaliyyət göstərməyib. Belə...

Yazı
Müharibə veteranı adı və vəsiqəsinin alınması üçün yeni prosedur müəyyənləşib

Müharibə veteranı adı və vəsiqəsinin alınması üçün yeni prosedur müəyyənləşib

Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nə...

Yazı
NATO yüksək səviyyəli hərbi nümayəndələri Gürcüstandadır

NATO yüksək səviyyəli hərbi nümayəndələri Gürcüstandadır

NATO-ya üzv ölkələrin yüksək səviyyəli hərbi nümayəndələrindən ibarət nümayəndə heyəti Gürcüstana səfər edib. “Report”un yerli bürosu xəbər verir ki, heyətə Alyansın Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer başçılıq edir. Səfər çərçivəsində nümayəndələr oktyabrın 7-8-də NATO-nun ali hərbi orqanının plenar iclasında iştirak edəcəklər. Toplantı iştirakçıları bölgədə təhlükəsizliklə bağlı vəziyyət və Gürcüstandakı problemlərlə yaxından tanış olacaqlar. İclasda...

Yazı
Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft hasil edilib

Azərbaycanda indiyədək 2 mlrd. tondan çox neft hasil edilib

Azərbaycanda neftin sənaye üsulu ilə hasilatına başlanmasından (1846-cı il) 01.01.2021-ci il tarixinə qədər 2,11 mlrd. tondan artıq neft hasil edilib. “APA-Economics”in SOCAR-ın illik hesabatına istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə və 900 mlrd. kubmetrdən çox qaz hasil edilib. Hesabata əsasən, “Azəri”, “Çıraq” və “Günəşli” (suyun dərin hissəsi) yataqlarından neft və qaz hasilatına başlanması tarixindən...

Yazı
TƏBİB: Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir

TƏBİB: Azərbaycana gələn bütün vaksinlər Türkiyədə iki laboratoriyada testdən keçirilir

“Peyvəndlərin tərkibi ilə bağlı hər kəsin narahatlığını başa düşürük”. Herbiand.az-ın məlumatına görə, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə deyib. Y. Qarayeva bildirib ki, “CoronaVac” peyvəndi tərkibi və istehsal platforması bizə çox...

Yazı
Nazirlər Kabinetinin məlumatı: Şəhid ailələrinə və qazilərə qayğı artır

Nazirlər Kabinetinin məlumatı: Şəhid ailələrinə və qazilərə qayğı artır

Ərazilərin işğaldan azad olunması zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə sosial müdafiə, məşğulluq və digər sahələrdə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilir. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Nazirlər Kabinetindən müvafiq qərarlara etdiyi dəyişikliklə bağlı verilən şərhdə bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə şəhid...