Day: Oktyabr 8, 2021

Yazı
5 İŞİD silahlısı tutulub

5 İŞİD silahlısı tutulub

Əfqanıstanda Xost əyalətində İŞİD-in 5 döyüşçüsü hücum hazırladıqları üçün saxlanılıb. Herbiand.az xəbər verir ki, bu barədə əyalət valisi Məhəmməd Nabi Öməri öz tviter səhifəsində məlumat verib. Qeyd edək ki, sentyabrın 29-da Əfqanıstanın cənub-şərqindəki Xost əyalətindəki bir məsciddə partlayış baş verib, nəticədə bir nəfər ölüb, 14 nəfər yaralanıb. İŞİD silahlıları hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Yazı
Qocalar evində atışma olub, ölənlər var

Qocalar evində atışma olub, ölənlər var

ABŞ-ın Merilend ştatının “Prince George County” qocalar evində atışma baş verib. Herbiand.az  bu barədə ABC telekanalına istinadən xəbər verir. Atışma nəticəsində iki nəfər öldürülüb. Silahlı şəxsin tutulduğu bildirilir. Yerli polis bölgə sakinlərini evlərini tərk etməməyə çağırıb. Hadisənin səbəbləri aydınlaşdırılır.

Yazı
Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda gün ərzində koronavirus əleyhinə 38 789 vaksin vurulub. Bu barədə Herbiand.az Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 121, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25 668 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 923 055, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 863 636, ikinci...

Yazı
Yoluxma statistikası

Yoluxma statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 904 yeni yoluxma faktı qeydə alınıb, 1196 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 490 130 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 470 861 nəfər müalicə olunaraq sağalıb, 6638...

Yazı
Çavuşoğlu: “Ukrayna Türk Şurası üçün müraciət edib”

Çavuşoğlu: “Ukrayna Türk Şurası üçün müraciət edib”

Ukrayna Türk Şurasında müşahidəçi statusu almaq üçün müraciət edib. Herbiand.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Bu gün Ukrayna Türk Şurasında müşahidəçi statusu almaq istəyir. Bu məsələ 12 noyabrda Türk Şurası liderlərinin sammitində müzakirəyə çıxarılacaq”, – Çavuşoğlu bildirib.

Yazı
“44 günlük müharibənin qiymətləndirilməsi faktlara əsaslanmalıdır” – Paşinyan

“44 günlük müharibənin qiymətləndirilməsi faktlara əsaslanmalıdır” – Paşinyan

“Ötən ilki 44 günlük hərbi əməliyyatların qiymətləndirilməsi emosiyalı sözlərə yox, faktlara əsaslanmalıdır”. Herbiand.az xəbər verir ki, bu haqda Ermənistanın baş naziri Nikol Paşinyan xüsusi istintaq idarəsinin yaradılmasının 7 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib. O əsas vəzifənin 44 günlük müharibənin nəticələrinin araşdırılmalı olduğunu bildirib: “Vacib hesab edirəm ki, bizim cəmiyyət 44 günlük müharibədəki hallarla...

Yazı
Əfqanıstanda terror aktı nəticəsində ölü və yaralı sayı 100-ü ötüb

Əfqanıstanda terror aktı nəticəsində ölü və yaralı sayı 100-ü ötüb

Əfqanıstanda məsciddə terror aktı törədilib. İlkin məlumata görə, Qunduz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur. Bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib. Misirdə polisi öldürən “Müsəlman Qardaşlar”nın 3 üzvünə edam hökmü verilib

Yazı
Mali Fransanı terrorçu hazırlamaqda ittiham edib

Mali Fransanı terrorçu hazırlamaqda ittiham edib

“Fransa Malidə fəaliyyət göstərən terror qruplaşmalarının hazırlığının arxasında dayanır. Bamakoda bununla bağlı sübutlar var”. Herbiand.az xəbər verir ki, bunu Malinin keçid hökumətinin baş naziri Şoqel Kokalla Maiqa  RİA Novosti-yə müsahibəsində bildirib.   “Malidə olan terroristlər Liviyadan gəlib. Liviya dövlətini kim dağıtdı? Fransa öz müttəfiqləri ilə. Mali hökuməti terrorla mübarizə üçün Fransa ilə əməkdaşlığa gedəndə biz...

Yazı
Tural Gəncəliyev: “Erməni əsilli vətəndaşların hüquqları təmin olunacaq”

Tural Gəncəliyev: “Erməni əsilli vətəndaşların hüquqları təmin olunacaq”

“Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev ATƏT-in Parlament Assambleyasının (PA) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kari Henriksenlə videokonfrans formatında görüşüb. Herbiand.az xəbər verir ki, bu barədə deputat özünün “Twitter” hesabında məlumat verib. T. Gəncəliyev Xankəndinin deputatı kimi erməni əsilli vətəndaşların Azərbaycanda siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasını təmin etmək üçün işləməkdə maraqlı olduğunu...

Yazı
Rus əsgərlərinin psixi sabitliyi yoxlanılır

Rus əsgərlərinin psixi sabitliyi yoxlanılır

Rusiya Müdafiə Nazirliyi yeni peşəkar-psixoloji seçim proqramına başlayıb. Bu proqram çağırışçılarla müqavilə ilə xidmət edənlərə aid olacaq. Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, sistem hərbi komissarlıqlarda işləməyə başlayıb. Gələcək əsgərlərin yeni testlər vasitəsilə psixoloji sabitliyi yoxlanılır. Çağırışçıda hər hansı bir qüsurlu davranışa meyillilik aşkar olunduqda bu haqda tibbi komisiyaya daxil olan həkim-psixiatra məlumat verilir. Payız...

Yazı
“3+3” formatına Gürcüstandan baxış – Baş diplomat dəyərləndirdi

“3+3” formatına Gürcüstandan baxış – Baş diplomat dəyərləndirdi

““3+3” formatı çərçivəsində işləmək Gürcüstan üçün asan olmayacaq, lakin ölkə nəhəng geosiyasi layihələrdə hansısa formada təmsil olunmalıdır”. Herbiand.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib. Baş diplomat ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində Rusiya ilə eyni platformada iştirakın çətinliyindən danışıb. “Rusiya qoşunlarının Abxaziya və Sxinvali bölgəsindən (Cənubi Osetiya – red.) çıxarılması məsələsi...

Yazı
Hindistan və Çin hərbçiləri arasında toqquşma olub

Hindistan və Çin hərbçiləri arasında toqquşma olub

Hindistanın şimal-şərqində iki ölkə sərhədində yerləşən Arunaçal-Pradeş ştatının Tavanq sektorunda Hindistan və Çin hərbi patrulları arasında toqquşma baş verib. Herbiand.az xəbər verir ki,  bu haqda The Indian Express xəbər verib. Nəşrin bildirdiyinə görə, hadisədən bir az əvvəl Hindistanın öz ərazisi hesab etdiyi yerə Çin xalq qurtuluş ordusunun 100 əsgəri daxil olub. Hərbçilər arasında toqquşma bir...

Yazı
Qarabağda ermənilər arasında 36 nəfər COVID 19 xəstəsi var

Qarabağda ermənilər arasında 36 nəfər COVID 19 xəstəsi var

Dünən Qarabağda ermınilər arasında keçirilən 47 testin 12-də nəticələr pozitiv olub. Herbiand.az xəbər verir ki, hazırda Qarabağda yaşayan ermənilərdən rəsmən qeydə alınmış 36 nəfəri  COVID 19 xəstəsi var. Bu günə qədər Qarabağda ermənilrə arasında 1197 nəfərin COVİD 19-a yoluxması qeydə alınıb.

Yazı
Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü

Zakir Həsənov Türkiyənin Azərbaycandakı yeni hərbi attaşesi ilə görüşdü

Türkiyənin Azərbaycana yeni təyin edilən hərbi attaşesi general-mayor Zəkəriyyə Yalçın Müdafiə naziri general-polkovnik Zakir Həsənova təqdim olunub.  Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, Müdafiə naziri yeni təyin olunan hərbi attaşeni Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, ölkələrimiz arasında hərbi əməkdaşlığın genişləndirilməsi sahəsində fəaliyyətində ona uğurlar arzulayıb. Ölkəmizdə hərbi attaşe kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən general-mayor...

Yazı
Sülh üzrə Nobel mükafatçıları bəlli oldu

Sülh üzrə Nobel mükafatçıları bəlli oldu

Bu gün 2021-ci il sülh üzrə Nobel mükafatı qalibinin adları açıqlanıb. Herbiand.az xəbər veriri ki, bu barədə Nobel Komitəsinin rəsmi saytına məlumat verilib. Məlumatda deyilir ki, mükafat filippinli jurnalist və yazıçı Maria Ressa və rusiyalı jurnalist və teleaparıcı Dmitri Muratova verilib. Onlar bu mükafata “demokratiya və dayanıqlı sülh üçün ön şərt olan ifadə azadlığını qorumaq...

Yazı
Merkel Türkiyəyə gələcək

Merkel Türkiyəyə gələcək

Almaniya kansleri Angela Merkel Türkiyəyə səfər edəcək. Herbiand.az türkiyə mediasına istinadən xəbər verir ki, Angela Merkelin Türkiyəyə 16-da gələcək.

Yazı
Azərbaycan Ordusunda qış mövsümünə hazırlıq prosesi başlayıb

Azərbaycan Ordusunda qış mövsümünə hazırlıq prosesi başlayıb

Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində qış mövsümünə hazırlıqla əlaqədar təchizat və təminat işləri başlayıb.Hərbi hissələrdə silah və texnikanın payız-qış mövsümünə uyğun istismar şəraitinə keçidi təşkil olunub.Döyüş növbətçiliyi yerinə yetirən hərbi qulluqçuların ərzaq təminatı, isti geyim və yanacaq ehtiyatı, silah və sursat təchizatı normaya uyğun şəkildə döyüş mövqelərinə çatdırılıb. Yüksək dağlıq və...

Yazı
“İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır” – Politoloq

“İran üçün müsəlman Azərbaycan hamıdan yaxın olmalıdır” – Politoloq

“Azərbaycan Respublikasının xarici siyasətinin prioritet istiqaməti ikitərəli münasibətlər formatıdır. Bu siyasəti ölkə prezidenti cənab İlham Əliyev müəyyən edir. İkitərəfli münasibətlər yüksək səviyyədə olanda üçtərəfli, dördtərəfli, beştərəfli hətta altıtərəfli münasibətlərin formalaşması üçün münbit şərait yaranır. İkitərəfli münasibətlərin içərisində isə prioritet istiqamət Azərbaycan dövləti üçün qonşularla münasibətlərdir. Bu nöqteyi-nəzərdən qonşu İranla münasibət Azərbaycanın xarici siyasəti üçün prioritet...

Yazı
Belarusun Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Belarusun Slutsk şəhərində Azərbaycanın Milli Qəhrəmanı Anatoliy Davidoviçin xatirəsi anılıb

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə əlaqədar Belarusun Slutsk şəhərində Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı mayor Anatoliy Davidoviçin xatirəsi anılıb.Azərbaycanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Ülvi Baxşəliyev, Silahlı Qüvvələrin Belarusdakı hərbi attaşesi polkovnik Elşən Rəhimov və səfirliyin nümayəndə heyəti 1992-ci ilin iyununda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş Anatoliy Davidoviçin...

Yazı
Müqaviləli xidmətə keçidin vaxtıdırmı? – Hərbi ekspert Ədalət Verdiyev cavablandırır

Müqaviləli xidmətə keçidin vaxtıdırmı? – Hərbi ekspert Ədalət Verdiyev cavablandırır

Dünyanın bir çox ölkəsində ordunu müqavilə əsasında xidmət edən hərbi qulluqçular təşkil edir. Bura ABŞ və bir çox NATO ölkələrini missal göstərmək olar. Bu ölkələrdə orduda xidmət etmək istəyənlər müəyyən kurslar keçir və xidmətə qəbul olunur. Amma Azərbaycanda ordunun şəxsi heyəti əsasən çağırışçılardan təşkil olunur. Azərbaycanda hazırkı durumda peşəkar orduya keçid məqsədi ilə müqavilə ilə...