Day: Oktyabr 9, 2021

Yazı
Türkiyə ordusu 5 PKK-YPG terrorçusunu məhv etdi

Türkiyə ordusu 5 PKK-YPG terrorçusunu məhv etdi

Türkiyə ordusu tərəfindən daha beş PKK-YPG terrorçusu məhv edilib. Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib ki, “Barış Pınarı” əməliyyatı bölgəsində dörd, “Fərat qalxanı” əməliyyatı bölgəsində isə bir terrorçu hücum təşəbbüsü göstərərkən zərərsizləşdirilib.

Yazı
Goranboyda qəza – ölən və yaralananlar var

Goranboyda qəza – ölən və yaralananlar var

Goranboyda ölümlə nəticələnən yol qzəası baş verib.Herbiand.az APA-ya istinadla xəbər verir ki, hadisə Xanqərvənd kəndi istiqamətindən keçən yolda baş verib. İdarəetmədən çıxan minik maşını yol kənarındakı ağaca çırpılıb Qəza nəticəsində 35 yaşlı Pərvin Abbasov hadisə yerində keçinib. Maşında olan ailənin digər üzvləri – qadın və uşaqlar yaralı vəziyyətdə Gəncədə yerləşən klinikalardan birinə çatdırılıb. Faktla bağlı...

Yazı
Sebastyan Kurts istefa verdi

Sebastyan Kurts istefa verdi

Avstriya kansleri Sebastyan Kurts vəzifəsindən istefa verib. Herbiand.az xəbər verir ki, kansler bu qərarını prokurorluq orqanları tərəfindən onun barəsində başladılmış korrupsiya araşdırması ilə əsaslandırıb. “İndi stabil münasibətlərə ehtiyac var, buna görə də çıxılmaz vəziyyəti aradan qaldırmaq üçün bir kənara çəkilib, Xalq Partiyası komandasından işə davam etməsini istədim. Partiya sədri kimi federal prezidenti hökumətin yeni rəhbəri...

Yazı
Millimiz məğlub oldu

Millimiz məğlub oldu

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi İrlandiya ilə qarşılaşıb.  Herbiand.az xəbər verir ki, Bakı Olimpia Stadionunda keçirilən görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.  İrlandiya millisinin heyətində Robinson dubl edib, Oqbene isə bir qola imza atıb. 

Yazı
Ağdaşda avtomobil azyaşlını vurub öldürüb

Ağdaşda avtomobil azyaşlını vurub öldürüb

Ağdaş rayonda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Herbiand.az-ın Mingəçevir bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Nemətabad kəndində baş verib. “VAZ – 2106” markalı avtomobil ikinci sinif şagirdi, 2012-ci il təvəllüdlü Yusif Mehman oğlu Əbilovu vuraraq ona ağır xəsarət yetirib. Azyaşlı doğmaları tərəfindən bölgənin iki müxtəlif xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün...

Yazı
Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb

Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb

Siyəzən rayonunda məktəbli itkin düşüb. Herbiand.az-ın şimal bürosunun verdiyi məlumata görə, 9-cu sinif şagirdi, 2005-ci il təvəllüdlü Nuriyev Nihad Vaqif oğlu 2 gün öncə məktəbə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb. İlkin əməliyyat-axtarış tədbirləri nəticəsində məktəblini tapmaq mümkün olmayıb. Məktəbli barəsində məlumatı olan şəxslərdən DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin, Siyəzən Rayon...

Yazı
Erməni vətəndaş öz basdırdıqları minaya düşüb

Erməni vətəndaş öz basdırdıqları minaya düşüb

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş əyalətində mina partlayıb. Herbiand.az xəbər verir ki, bu barədə “Shamshanyan.com” məlumat yayıb. Məlumata görə, partlayış nəticəsində Berd rayonunun Çinari kənd sakini, 30 yaşlı Nver Makaryan xəsarət alıb. Ona ilkin yardım göstərilib və yaralı hərbi hospitala yerləşdirilib. Qeyd edək ki, Azərbaycan ərazilərinə, habelə respublikamızın Ermənistanla sərhəddəki rayonlarına minalar ermənilər tərəfindən basdırılıb. Azərbaycan...

Yazı
Azərbaycanlı uşaqlar Türkiyədən vətənə gətirilib

Azərbaycanlı uşaqlar Türkiyədən vətənə gətirilib

Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan vətəndaşı olan 4 nəfər uşağın Vətənə repatriasiyası həyata keçirilib. Bu barədə Herbiand.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir. Həmin şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub. Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib....

Yazı
ABŞ öldürücü texnikasının siyahısı açıqlanıb

ABŞ öldürücü texnikasının siyahısı açıqlanıb

ABŞ Hərbi Hava Qüvvələrinin ən öldürücü silahlarının reytinqini təqdim edib. Herbiand.az xəbər verir ki, bu barədə “19fortyfive” portalı məlumat yayıb. Siyahıda tez-tez “bütün bombaların anası” adlandırılan GBU-43/B MOAB yüksək partlayıcı bombası da var. Məqalənin müəllifi, ABŞ ordusunun keçmiş zabiti Brent Eastvud Hərbi Hava Qüvvələrinin ixtiyarında on beş bu cür bombanın olduğunu iddia edir. Onlardan hər...

Yazı
İlham Əliyev Hadrutda yol tikintisi ilə tanış olub

İlham Əliyev Hadrutda yol tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub. Herbiand.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb. Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib.

Yazı
Nazirlikdən erməni hərbçinin yaralanması ilə bağlı açıqlama

Nazirlikdən erməni hərbçinin yaralanması ilə bağlı açıqlama

Ermənistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən Ağdərə istiqamətində guya atəş açılması nəticəsində traktor sürücüsünün ölməsi, Arazdəyən istiqamətində isə erməni hərbi qulluqçusunun yaralanması barədə yayılan məlumatlar yalandır və həqiqəti əks etdirmir. Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Yazı
ABŞ diplomatları “Taliban” nümayəndələri ilə görüşüb

ABŞ diplomatları “Taliban” nümayəndələri ilə görüşüb

Qətərin paytaxtı Dohada ABŞ diplomatları ilə “Taliban” hərəkatının nümayəndələri arasında görüş olub. Herbiand.az xəbər verir ki, məlumatı “Al Jazeera” yayıb. Bildirilib ki, “Taliban” nümayəndələri ABŞ diplomatlarına Kabil və Vaşinqton arasında münasibətə dair Dohada yeni səhifə açmağı təklif ediblər.

Yazı
İlham Əliyev xocavəndlilərlə Tuğ kəndinə yollanıb

İlham Əliyev xocavəndlilərlə Tuğ kəndinə yollanıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Tuğ kəndinə səfər edib. Herbiand.az-ın xəbərinə görə, dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub. Sonra Prezident İlham Əliyev Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb,...

Yazı
“Hadrutun azad olunması ilə Ermənistan ordusunun Fizuli şəhəri və ətraf yaşayış məntəqələrinin təchizatı dayandırıldı”

“Hadrutun azad olunması ilə Ermənistan ordusunun Fizuli şəhəri və ətraf yaşayış məntəqələrinin təchizatı dayandırıldı”

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin erməni işğalçılarından azad olunmasından 1 il keçir. Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsini oktyabrın 9-da düşməndən azad edib. Hadrut qəsəbəsinin və daha 8 yaşayış məntəqəsinin işğaldan azad edildiyini Azərbaycan Prezidenti, Ali Baş Komandan 2020-ci il oktyabrın 9-da xalqa müraciətində elan edib. Hadrutun azad edilməsi 44...

Yazı
İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

İlham Əliyev Gürcüstan Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı məktubu göndərib. Herbiand.az xəbər verir ki, məktubda deyilir: “Hörmətli xanım Prezident, Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan...

Yazı
“Sarsılmaz qardaşlıq-2021” birgə təliminin döyüş atışlı mərhələsi keçirilib

“Sarsılmaz qardaşlıq-2021” birgə təliminin döyüş atışlı mərhələsi keçirilib

“Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycanla Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda hər iki ölkənin motoatıcı, xüsusi təyinatlı, komando və müxtəlif qoşun növlərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təliminin döyüş atışlı mərhələsi keçirilib. Herbiand.az-ın xəbərinə görə, təlimin döyüş atışlı mərhələsindən əvvəl Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm...

Yazı
Əfqan əsilli şəxs Türkiyədə tutulub

Əfqan əsilli şəxs Türkiyədə tutulub

Almaniyada mütəşəkkil cinayətkar dəstə yaradan əfqan əsilli Səncər Əhməd Türkiyənin İstanbul şəhərində saxlanılıb. Herbiand.az xəbər verir ki, məlumatı “CNNTürk” yayıb. O, Almaniyanın 5 əyalətində 30-dan artıq müxtəlif cinayət törətməkdə şübhəli bilinir və barəsində axtarış elan edilib. S.Əhmədi cinayət əməllərinə görə Əfqanıstandan qovulub. Bir müddət əvvəl onun Türkiyədə olduğu barədə məlumatlar yayılıb. Türkiyənin təhlükəsizlik qüvvələri S.Əhmədin qaldığı...

Yazı
Əli Əsədov İrakli Qaribaşviliyə başsağlığı verib

Əli Əsədov İrakli Qaribaşviliyə başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb. Herbiand.az xəbər verir ki, Baş nazir Batumi şəhərində yaşayış binasının çökməsi nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini bildirib. Ə.Əsədov faciə ilə əlaqədar Gürcüstanın Baş nazirinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Yazı
Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 39 890 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 816, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 074 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 962 945, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 877 452,...

Yazı
Azərbaycanda koronavirusa yoluxma

Azərbaycanda koronavirusa yoluxma

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1017 yeni yoluxma faktı qeydə alınıb, 1119 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 491 147 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 471 980 nəfər müalicə olunaraq sağalıb, 6...

  • 1
  • 2