Day: Oktyabr 11, 2021

Yazı
Ukraynadakı münaqişə müzakirə edilib

Ukraynadakı münaqişə müzakirə edilib

“Ukraynanın cənub-şərqindəki münaqişənin həllində bir sıra məsələlər narahatlıq doğurur”. Herbiand.az xəbər verir ki, bu fikir Rusiya, Fransa və Almaniya liderlərinin Ukraynadakı münaqişənin həllinə dair telefonla aparılan müzakirələr zamanı səsləndirilib. Rusiya Prezidentinin mətbuat xidmətinin yaydığı bəyanatında bildirilib ki, liderlər Minsk razılaşmalarının Donbasdakı vəziyyətin həlli üçün “alternativsiz əsas” olaraq qaldığını qeyd ediblər: “Liderlər, həmçinin, Rusiya, Almaniya və...

Yazı
Milorad Dodik Azərbaycana təşəkkür edib

Milorad Dodik Azərbaycana təşəkkür edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı yülsək səviyyəli görüş çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Milorad Dodik ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən məlumata görə, tərəflər görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar, münasibətlərin yüksək səviyyədə olduğu...

Yazı
Ceyhun Bayramov Nikola Selakoviç ilə görüşüb

Ceyhun Bayramov Nikola Selakoviç ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən məlumata görə, görüşdə nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə...

Yazı
Ərdoğan: “Lazımi addımlar atılacaq”

Ərdoğan: “Lazımi addımlar atılacaq”

Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib. Üç saat davam edən toplantıdan sonra dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib. O, Suriya ərazisindən Türkiyə torpaqlarının atəşə tutulması faktını şərh edərək, son hadisələrin səbr kasasını daşırdığını bəyan edib. Ərdoğan Suriyadakı terrorçulara münasibətdə daha dözümün qalmadığını və lazımi addımların atılacağını bildirib. Bununla yanaşı, prezident...

Yazı
İlqar Rəhimov IBSA-nın vitse-prezidenti seçilib

İlqar Rəhimov IBSA-nın vitse-prezidenti seçilib

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiasiyasının (IBSA) vitse-prezidenti seçilib. Herbiand.az Trend-ə istnadən xəbər verir ki, 09-12 oktyabr 2021-ci il tarixlərində Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərliyi altında Azərbaycan nümayəndə heyəti İordaniya Haşimilər Krallığında keçirilən Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Asossiyasiyasının hesabat-seçki konfransında iştirak edib. Hesabat-seçki konfransında vitse-prezident vəzifəsinə namizəd...

Yazı
Almaniyada təyyarə qəzası: Ölənlər var

Almaniyada təyyarə qəzası: Ölənlər var

Almaniyada kiçik mühərrikli təyyarə qəzaya uğrayıb. İnsident Bonn yaxınlığındakı dağlıq ərazidə baş verib. Qəza nəticəsində azı iki nəfər həlak olub. Təyyarədə olan sərnişinlərin sayı açıqlanmayıb. Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilib.

Yazı
İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib

İranın Hörmüzqan əyalətində zəlzələ baş verib. Herbiand.az xəbər verir ki, yeraltı təkanlar 4,6 bal gücündə Hörmüzqan əyalətinin Ruydər bölgəsində yerin 18 km dərinliyində qeydə alınb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Yazı
ABŞ ilə Taliban arasında GÖRÜŞ

ABŞ ilə Taliban arasında GÖRÜŞ

ABŞ Əfqanıstanı tərk etdikdən sonra ilk dəfə “Taliban” liderləri ilə üz-üzə görüş keçirib. Herbiand.az xəbər verir ki, görüş Qətərin paytaxtı Dohada keçirilib. “Taliban” liderləri ABŞ-ın Əfqanıstana humanitar yardım göstərməyi qəbul etdiyini bildirib. Görüşlərdə humanitar yardım məsələsi ilə yanaşı, ABŞ vətəndaşlarının Əfqanıstandan çıxarılması da müzakirə edilib. ABŞ rəsmiləri danışıqları “səmimi və peşəkar” adlandırıb. Vaşinqton görüşün “Taliban”ın tanınması...

Yazı
İŞİD lideri həbs edilib

İŞİD lideri həbs edilib

İraq təhlükəsizlik qüvvələri İŞİD terror təşkilarının liderlərindən birini həbs edib. Herbiand.az xəbər verir ki, bu barədə İraqın Baş naziri Mustafa əl-Qadimi özünün “Twitter” hesabında məlumat verib. Bildirilir ki, həbs edilən şəxs təşkilatın maliyyə fəaliyyətinə nəzarət edən Sami Qasımdır. İraq kəşfiyyat nümayəndələri bildiriblər ki, Qasım xarici ölkədə həbs edilib və bir neçə gün əvvəl İraqa gətirilib.

Yazı
“Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır” – Millət vəkili

“Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır” – Millət vəkili

Bu gün Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan tərəfindən raket atəşinə tutulmasından bir il ötür. 2020-ci il ilin 11 oktyabrında Azərbaycanla Ermənistan arasında gedən müharibə zamanı Gəncə şəhəri gecə yarısı yerli vaxtla saat 02:00-da Skad ballistik raket zərbəsinə məruz qaldı. Raket insanlar yaşayan binaya tuş gəldi və onu tamamilə dağıtdı. Nəticədə 10 mülki şəxs...

Yazı
Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 511 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 226, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 285 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 997 289, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 889 404, ikinci mərhələ üzrə...

Yazı
Azərbaycanda yoluxma statistikası – FOTO

Azərbaycanda yoluxma statistikası – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6...

Yazı
Türkiyə hərbçilərinin yola salınması mərasimi keçirilib

Türkiyə hərbçilərinin yola salınması mərasimi keçirilib

“Sarsılmaz qardaşlıq-2021” Azərbaycan-Türkiyə birgə əməliyyat taktiki təlimində iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin yola salınması mərasimi keçirilib. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, mərasimdə çıxış edənlər “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən Naxçıvanda keçirilmiş “Sarsılmaz qardaşlıq-2021” birgə əməliyyat-taktiki təlimində iki...

Yazı
Hulusi Akar videokonfrans keçirib

Hulusi Akar videokonfrans keçirib

Türkiyənin milli müdafiə naziri Hulusi Akar yüksək rütbəli zabitlərlə videokonfrans keçirib. Bu barədə Herbiand.az Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir. Bildirilib ki, toplantıda Quru Qoşunlarının komandanı Musa Avsever, Hərbi Dəniz Qüvvələrinin komandanı Adnan Özbal, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyüz və nazir müavini Yunus Emre Karaosmanoğlu iştirak ediblər. Onlar davam edən fəaliyyətləri təhlil edib və...

Yazı
İranda yol qəzası baş verib

İranda yol qəzası baş verib

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 11 nəfər ölüb, 49 nəfər yaralanıb. Herbiand.az xəbər verir ki, məlumatı İRNA agentliyi yayıb. Bildirilib ki, hadisə Xaş və Sarvan yaşayış məntəqələri arasındakı avtomobil yolunda baş verib. İki avtomobil aşıb. Məlumata görə, xəsarət alanlar və ölənlərin hamısı qanunsuz miqrantlardır. Onlar İranın mərkəzi əyalətinə getmək istəyirmişlər. Qeyd...

Yazı
İsraildə F-35 qırıcılarının sayı 30 oldu

İsraildə F-35 qırıcılarının sayı 30 oldu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus Nevatim aviabazasına beşinci nəsil F-35I “Adir” 3 ədəd qırıcılardan ibarət növbəti partiya gəlib. Hərbiand.az xarici mətbuata istinadən bildirir ki, təyyarələr 2020-ci ilin yanvarında formalaşdırılmış “Cənub aslanları” 116-cı eskadrilyanın tərkibinə daxil olacaq. Hal-hazırda 2010-cu ildə bağlanmış müqavilələr çərçivəsində Amerikanın Lockheed Martin şirkəti İsrail hava qüvvələrinə artıq 30 ədəd F-35 qırıcıları göndərib....

Yazı
Viktoriya Nuland Moskvadadır

Viktoriya Nuland Moskvadadır

ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Moskvaya gəlib. Nuland Rusiya 13 oktyabra qədər Rusiya paytaxtında bir sıra görüşlər keçirəcək. ABŞ Dövlət Departamenti səfərin məqsədləri barədə açıqlama verməyib. Onun Moskvada ikitərəfli münasibətlər, regional və qlobal problemlərlə bağlı danışıqlar aparacağını bildirməklə kifayətləniblər. Bundan əvvəl Rusiya XİN rəsmisi Mariya Zaxarova bildirmişdi ki, Nullandın səfəri ABŞ tərəfinin təşəbbüsüdür.

Yazı
Gürcüstanın baş naziri yeni format təklif edir – “3+0”

Gürcüstanın baş naziri yeni format təklif edir – “3+0”

Gürcüstanın xarici işlər naziri İrakli Qaribaşvili Ermənistana səfərinin yekunlarına dair bəyanat verib. O bildirib ki, Gürcüstan, Azərbaycan və Ermənistan daha sıx əməkdaşlıq üçün yeni regional platforma yaratmalıdır. İrakli Qaribaşvili Yerevana Bakıya səfərindən bir neçə gün sonra gedib və baş nazir Nikol Paşinyanla özünün dediyi kimi, “çox uğurlu” danışıqlar aparıb. Bir daha ölkəsinin regionda vasitəçilik prosesində mühüm...

Yazı
MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib

Oktyabrın 11-də Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının onlayn formatda növbəti iclası keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Herbiand.az-a verilən məlumata görə, tədbirdə üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və...

Yazı
Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub

Müdafiə naziri Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Dəniz Qüvvələrinin komanda-qərargah təliminin gedişatı ilə tanış olub. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.Sonra HDQ-nin komandanı kontr-admiral Sübhan Bəkirov təlim barədə brifinq təqdim edib. Məruzə olunub ki,...