Day: Oktyabr 13, 2021

Yazı
Gənc alim, jurnalist Nurlan Ağa dəfn olunub

Gənc alim, jurnalist Nurlan Ağa dəfn olunub

Oktyabrın 11-i Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada vəfat edən Nurlan Salamovla bu gün vida mərasimi keçirilib. Mərasimdə mərhumun tələbə yoldaşları, müəllimləri və media nümayəndələri də iştirak edib. Gənc alim Abşeron rayonunun Masazır qəsəbəsində dəfn edilib. BDU-nun Jurnalistika fakültəsinin bakalavr və magistratura pilləsinin məzunu, Ərzurum Atatürk Universitetinin Jurnalistika fakültəsinin doktorantı olan Nurlan Salamov ölkədə və...

Yazı
Daha iki erməni hərbçisinin cəsədi tapılıb

Daha iki erməni hərbçisinin cəsədi tapılıb

Hadrut ərazisində daha iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. Herbiand.az xəbər verir ki, ermıni mediasının yazdığına görə, onların şəxsiyyəti ekspertizadan sonra müəyyənləşəcək. Xatırladaq ki, ümumilikdə  bu günə qədər 1683 tapılaraq qarşı tərəfə təhvil verilib.

Yazı
Daha bir itkin düşən hərçinin nəşi tapılıb

Daha bir itkin düşən hərçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşən və axtarışları davam edən 7 hərbçidən biri – Əliyev İxtiyar İlqar oğlunun nəşi tapılıb. Bu barədə APA-ya şəhidin qardaşı Vüqar Əliyev məlumat verib. O bildirib ki, şəhid İxtiyar Əliyev sabah Goranboy rayonunda dəfn olunacaq. Qeyd edək ki, gizir İxtiyar Əliyev Vətən müharibəsi zamanı, oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub....

Yazı
Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif distant təhsilə keçib

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib. APA-nın məlumatına görə, “Ankara məktəbi” məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib. Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir....

Yazı
Noyabrın 8-də Ərdoğan Füzuliyə gələcək

Noyabrın 8-də Ərdoğan Füzuliyə gələcək

Azərbaycan və Türkiyə Prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Füzuliyə səfər edəcəklər. Herbiand.az “Habertürk”ə istinadən xəbər verir ki, Prezidentlər Şuşa şəhərinin azad olunmasının birinci ildönümündə Füzuli hava limanının açılışını edəcəklər.

Yazı
1265 nəfər COVID-19-a yoluxub

1265 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Yazı
Şuşada xəstəxana fəaliyyətə başladı

Şuşada xəstəxana fəaliyyətə başladı

Şuşada ilk modul tipli xəstəxana fəaliyyətə başlayıb. Herbiand.az  xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin nümayəndəsi Elnarə Baxış feysbukda bildirib. 6 palatadan ibarət xəstəxana təcili yardım, laboratoriya, reanimasiya və cərrahiyə xidmətləri göstərəcək. Qeyd edək ki, bu, Qarabağda açılan ilk modul tipli tibb müəssisəsidir.

Yazı
Rusiya Patriarxı ermıəniləri və azərbaycanlıları birgə yaşayışa çağırdı

Rusiya Patriarxı ermıəniləri və azərbaycanlıları birgə yaşayışa çağırdı

Moskvada Partiarx Kirilin təşəbbüsü ilə dini liderlər Allahşükür Paşazadə və II Qaraginin görüşü yekunlaşıb. Görüşdən sonra Patriarxın bəyanatı səsləndirilib. Herbiand.az xəbər verir ki, Patriarx bəyanatın ona məxsus olduğunu, lakin hər iki dini liderlə razılaşdırıldığını bildirib. “Azərbaycan və erməni xalqları üçün birgə yaşayışdan başqa yol yoxdur” – deyə Patriarx bəyanatında bildirib.

Yazı
Azərbaycan – Rusiya sərhədində gərginlik

Azərbaycan – Rusiya sərhədində gərginlik

Azərbaycan-Rusiya sərhədində yerləşən “Samur” gömrük postunda Rusiya Federasiyasına hərəkət edən yük avtomobillərinin uzun növbəsi yaranıb. Gömrük keçid məntəqəsində 500-dən çox maşın qarşı tərəfə keçmək üçün növbə gözləyir. “Samur” gömrük postundan APA-nın yerli bürosuna bildirilib ki, sıxlığın yaranmasına səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Qeyd olunub ki, “Samur” gömrük...

Yazı
Bu ay Azərbaycana 99000 doza “Pfizer” vaksini gətiriləcək

Bu ay Azərbaycana 99000 doza “Pfizer” vaksini gətiriləcək

Azərbaycana bu günədək 319 410 doza “Pfizer- Biontech” vaksin dərman vasitəsi gətirilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, əlavə olaraq 99 000 doza vaksinin oktyabr ayının sonuna qədər ölkəyə çatdırılması gözlənilir. Həmçinin bildirilib ki, indiyə qədər ölkəyə 453 600 doza “AztraZeneca” vaksini gətirilib. Azərbaycan Özbəkistan,...

Yazı
Ermənilər Kəlbəcərə gedən mülki avtomobil karvanını atəşə tutub

Ermənilər Kəlbəcərə gedən mülki avtomobil karvanını atəşə tutub

Oktyabrın 13-ü saat 14:00 radələrində Kəlbəcər rayonu ərazisində mülki infrastrukturun tikintisi məqsədilə Tərtər rayonunun Suqovuşan qəsəbəsindən Kəlbəcər rayonu istiqamətində hərəkət edən və qeyri-hərbi yükləri daşıyan avtomobil karvanı Qozlukörpü yaşayış məntəqəsi yaxınlığında qanunsuz erməni silahlı dəstələri tərəfindən atəşə məruz qalıb. Müdafiə Nazirliyindən (MN) Herbiand.az-a verilən xəbərə görə, atəş nəticəsində kolonun önündə hərəkət edən Azərbaycan Respublikası Silahlı...

Yazı
Quru Qoşunları komandanı Türkiyəyə gedib

Quru Qoşunları komandanı Türkiyəyə gedib

Müdafiə nazirinin müavini-Quru Qoşunların komandanı general-mayor Ənvər Əfəndiyev Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Musa Avseverin dəvəti ilə Türkiyəyə yola düşüb . Bu barədə herbiand.az-a Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, general Ə.Əfəndiyev İstanbulda keçirilən “Avrasiya sülhü – 2021” təliminin oktyabrın 14-də “Yüksək Səviyyəli Müşahidəçi Günü”ndə iştirak edəcək.

Yazı
Tonoyan Müdafiə Nazirliyinə hədiyyə olunan 15 milyonluq avadanlıqları satıb

Tonoyan Müdafiə Nazirliyinə hədiyyə olunan 15 milyonluq avadanlıqları satıb

Amerikalı xeyriyyəçi Ermənistanın sabiq müdafiə naziri David Tonoyanı onlara bağışlanan qiymətli tibbi avadanlığı satmaqda günahlandırır. “Qafqazinfo” “Auroranews”a istinadən xəbər verir ki, erməni əsilli amerikalı xeyriyyəçi, “Prime Healthcare” şirkətinin rəhbəri Mişel Sarianın sözlərinə görə, iki il ərzində Ermənistanın həm Səhiyyə, həm də Müdafiə Nazirliklərinə 15 milyon dollardan çox dəyərə malik tibbi avadanlıq və ləvazimatlar göndərib.  “Mən...

Yazı
TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Univeristetində olub

TİKA Bakı Ofisinin nümayəndə heyəti Gəncə Dövlət Univeristetində olub

Univeristetin rektoru professor Yusif Yusibovla başlayan görüşdə TİKA Bakı Proqram Koordinatoru Fatih Yılmaz, TİKA Bakı Proqram Koordinatorunun müavini Ahmet Çanga, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Abbas Hümmətov, TİKA Bakı Proqram Koordinasiya Ofisinin əməkdaşı Elmir Laçınov, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov iştirak edib. Görüş zamanı rektor yeni təyin edilmiş TİKA Bakı Proqram Koordinatorunu bu münasibətlə...

Yazı
Gələn il Azərbaycana 5 milyon doza vaksin gətiriləcək

Gələn il Azərbaycana 5 milyon doza vaksin gətiriləcək

Gələn il Azərbaycana COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına müvafiq olaraq əlavə 5 000 000 doza vaksinin gətirilməsi nəzərdə tutulur. Bu barədə APA-nın sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, bu günə qədər ölkəyə 13 142 040 doza vaksin dərman vasitəsi gətirilib. Bu da ümumi alınmış peyvəndlərin...

Yazı
Ermıənistanda COVID 19 böhranı

Ermıənistanda COVID 19 böhranı

“Koronovirus epidemiyası ilə bağlı Ermənistanda gərginlik var”.Herbiand.az xəbər verior ki, bunu bu gün keçirdiyi mətbuat konfransında xəstəliklərin profilaktikası üztə milli mərkəzin epidemnalogiya idarəsinin rəhbəri Romella Abovyan bildirib. Onun sözlərinə görə, Ermənistan “qırmızı zona”nın astanasındadır. “Xəstəxanalarda yer yoxdur. Çarpayı fondu tükənib”. Qeyd edək ki, bu gün Ermənistanda 1217 yeni yoluxma qeydə alınıb, 31 nəfər ölüb.

Yazı
Dini liderlərin görüşü ilə bağlı Patriarx Kirilin bəyanatı

Dini liderlərin görüşü ilə bağlı Patriarx Kirilin bəyanatı

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill özünün, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşünün yekununa dair birgə bəyanat qəbul edib. Bəyanatı Patriarx Kirill səsləndirib. O bildirib ki, bu bəyanat Rusiya Patriarxınındır, lakin hazırlanmadan öncə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katalikosu II Qareginlə məsləhətləşmələr aparlıb və onların razılığı alınıb. “Ermənistan-Azərbaycan...

Yazı
Gəncədəki partlayış səslərinə aydınlıq gətirildi – köhnə minalar utilizasiya olunur

Gəncədəki partlayış səslərinə aydınlıq gətirildi – köhnə minalar utilizasiya olunur

Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə aydınlıq gətirib. Müdafiə Nazirliyindən Herbiand.az-a bildirilib  ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir. “Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, – deyə MN-dən bildirilib

Yazı
“Prezident seçiləndə mən kasıb insan deyildim”

“Prezident seçiləndə mən kasıb insan deyildim”

“Bilirsiniz, bu cür məsələlər məni çox illərdir müşayiət edir. Siyasi konyunkturadan asılı olaraq Qərbdə bəzi qüvvələr vaxtaşırı Azərbaycanı gözdən salmaq, onun mövqeyini zəiflətmək üçün bu cür iftiralardan və böhtanlardan istifadə etməyə çalışır”. Bunu Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində ““Pandora sənədləri”ni Sizdən soruşmaya bilmərəm. Bildiyiniz kimi, adınız orada çıxıb. Siz müdafiə...

Yazı
Prokuror Rövşən Əkbərova 11 il istədi

Prokuror Rövşən Əkbərova 11 il istədi

Bakı Hərbi Məhkəməsində 20 il öncə Ukraynada iş adamı Elçin Əliyevi öldürməkdə təqsirləndirilən, sabiq birlik komandiri general-leytenant Rövşən Əkbərovun məhkəmə prosesi keçirilib. Herbiand.az  xəbər verir ki, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək cinayətin üzərindən 20 ildən uzun müddət keçdiyini bildirib. Buna görə R.Əkbərovun ittiham edildiyi Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddənin təsirdən...