Day: Noyabr 2, 2021

Yazı
Bu gün koronavirusdan 31 nəfər ölüb

Bu gün koronavirusdan 31 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 178 yeni yoluxma faktı qeydə alınıb, 2 010 nəfər müalicə olunaraq sağalıb. Herbiand.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 534 748 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 497...

Yazı
“Belə təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür” – HƏRBİ EKSPERT

“Belə təlimlərin keçirilməsinin əhəmiyyəti böyükdür” – HƏRBİ EKSPERT

“Hər bir dövlət üçün ən əsas məsələlərdən biri onun silahlı qüvvələrinin güclü olmasıdır. Silahlı Qüvvələrin döyüş hazırlığının yüksək olması üçün də daim şəxsi heyət hazırlıqlı olmalıdır”. Herbiand.az xəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Emin Həsənli deyib. Onun sözlərinə görə, döyüş hazırlığının yüksək olması da keçirilən dərslərdən asılıdır: “Hərbidə təsdiq olunmuş plana uyğun...

Yazı
ABŞ rəsmisi artıq İrəvandadır

ABŞ rəsmisi artıq İrəvandadır

ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olsonun regiona səfəri başlayıb. Herbiand. az erməni mənbələrinə istinadən xəbər verir ki, Ermənistanda səfərdə olan E. Olson bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb. Görüş zamanı regionda təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb, Qarabağdakı humanitar vəziyyət müzakirə olunub. Qeyd edək...

Yazı
Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktının müzakirəsi başlayıb

Zəfər Günü münasibətilə hazırlanan Amnistiya Aktının müzakirəsi başlayıb

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsi müzakirə edilir. APA-nın məlumatına görə, iclasda parlamentin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc və komitənin deputatları da iştirak edir. Qeyd edək ki, “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi...

Yazı
Putin PUA-ları “effektiv və təhlükəli” adlandırdı

Putin PUA-ları “effektiv və təhlükəli” adlandırdı

Rusiya son münaqişələrdə özünü effektiv və təhlükəli silah kimi göstərən pilotsuz təyyarələrin hücumlarını effektiv şəkildə dəf etməyi öyrənib. Herbiand.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələrin Soçidə keçirilən toplantısında deyib. “Biz yaxşı bilirik ki, son illərin hərbi münaqişələrində pilotsuz uşuş aparatları özünü necə göstərib”. Putinin sözlərinə görə hazırda Rusiya Silahlı Qüvvələrinin arsenalında...

Yazı
Hindistan Rusiya ilə birgə 5-ci nəsil qırıcı proyektini dayandırıb

Hindistan Rusiya ilə birgə 5-ci nəsil qırıcı proyektini dayandırıb

Hindistanın “Hindustan Aeronautics” şirkəti  Rusiyanın Su-57 əsasında FGFA (Fifth Generation Fighter Aircraft) 5-ci nəsil qırıcısının yaradılması proqramında iştirakını dayandırıb. Herbiand.az lenta.ru-ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin direktoru Dmitriy Şuqaev bildirib. O aydınlıq gətirib ki, 2007-ci ildə istifadəyə buraxılan proqram Su-57 qırıcısının Rusiya silahlı qüvvələri tərəfindən qəbuluna qədər dondurulub....

Yazı
Amnistiya Aktı 4 ay müddətində icra olunacaq

Amnistiya Aktı 4 ay müddətində icra olunacaq

“8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi layihəsində Amnistiya Aktını tətbiq etmək üçün nəzərdə tutulmuş orqanlar qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiyanın tətbiqini təmin etməlidir. Bu, “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” qərar layihəsində əksini tapıb. Layihəyə əsasən,...

Yazı
Türk Şurasının baş diplomatları görüşəcək

Türk Şurasının baş diplomatları görüşəcək

İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) xarici işlər nazirlərinin görüşü keçiriləcək. Noyabrın 11-də baş tutacaq görüşdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iştirak edəcək.

Yazı
Qarabağda ermənilər arasında koronavirusa 63 yeni yoluxma qeydə alınıb

Qarabağda ermənilər arasında koronavirusa 63 yeni yoluxma qeydə alınıb

Ötən gün Qarabağda ermənilər arasında koronovirusa yoluxması ehtimal edilən 166 nəfərdən test götürülüb, 63 nəfərin yoluxduğu bəll olub. Herbiand.az xəbər verir ki, yoluxanlardan 48-i Xankəndi, 6-ı Əsgəran, 4-ü Ağdərə, 4-ü  Xocavənd sakinidir. Yoluxanlardan birinin Ermənistan vətəndaşı olduğu məlum olub. Hazırda müalicə alan 160 xəstədən 20-nin vəziyyəti ciddi ağır, 71-i isə ağır kimi qiymətləndirilir.

Yazı
“Müharibə veteranı mənəvi və status məsələsidir” – Hərbi ekspert

“Müharibə veteranı mənəvi və status məsələsidir” – Hərbi ekspert

“Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində iştirak edib şəhid, qazi, veteran olan hər kəs eyni status daşıyır”. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. Deputat qeyd edib ki, Birinci Qarabağ Müharibəsi veteranlarının aldıqları aylıq 80 manat müavinət İkinci Qarabağ Müharibəsi qazilərinə də veriləcək: “Yəqin ki, yaxın günlərdə, yeni ilə qədər veteran...

Yazı
Amnistiya Aktı Vətən kimlərə şamil ediləcək?

Amnistiya Aktı Vətən kimlərə şamil ediləcək?

8 noyabr – Zəfər Günü ilə bağlı hazırlanmış Amnistiya Aktı Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, habelə bu müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil olunacaq. APA-nın xəbərinə görə, təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq aşağıdakı məhkumlar...

Yazı
Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb

Zəfər Günü ilə bağlı Amnistiya Aktı hazırlanıb. APA-nın məlıumatına görə, “8 Noyabr – Zəfər Günü münasibəti ilə Amnistiya Aktının elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsi parlamentin 5 noyabrda keçirilən iclasında müzakirəyə çıxarılması gözlənilir. Amnistiya Aktı qərar layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin müzakirəsinə çıxarılacaq.

Yazı
“Ağıllı kənd” sakinlərinə dəstək göstəriləcək

“Ağıllı kənd” sakinlərinə dəstək göstəriləcək

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək. İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq...

Yazı
Zelenski Baydenlə Donbasdakı durumu müzakirə edib.

Zelenski Baydenlə Donbasdakı durumu müzakirə edib.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenlə görüşüb. Herbiand.az xəbər verir ki, bu barədə V. Zelenski “Twitter” hesabında məlumat verib.  Görüş Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində baş tutub. Danışıqlar zamanı Donbasdakı təhlükəsizlik vəziyyəti müzakirə olunub. “ABŞ Ukraynanın ərazi bütövlüyünü və ölkədəki islahatları dəstəkləməyə davam edir”, – Ukrayna Prezidenti qeyd edib.

Yazı
“Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələr uduzacaqlar” – Sədrəddin Soltan

“Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən qüvvələr uduzacaqlar” – Sədrəddin Soltan

Dünən İranın Ermənistandakı səfiri Abbas Bədəhşan Zohuri Ermənistanın ərazi idarəçiliyi və infrastruktur naziri Qnel Sanosyanla görüş zamanı bildirib ki, Zəngəzurun İran üçün əhəmiyyəti böyükdür. Səfir bölgədə İranın reallaşdıracağı proyektlərdən danışıb. İranlı iş adamlarının Zəngəzura yaxın zamanlarda səfər edəcəyi və müxtəlif layihələrin reallaşdırılmasında iştirak edəcəyi söylənilib. Qarşılıq olaraq Qnel Sanosyan da yaxın müddətdə İrana səfərə gedəcək. Dəfələrlə...

Yazı
Jurnalistika fakültəsində qazi məzunlarla növbəti görüş keçirilib

Jurnalistika fakültəsində qazi məzunlarla növbəti görüş keçirilib

Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsində məzun olan qazi və Vətən müharibəsi iştirakçıları ilə görüşlər davam edir. Fakültənin bugün keçirdiyi görüşün qonaqları-Vətən müharibəsi iştirakçıları  ehtiyyatda olan baş leytenant, jurnalist  Pərviz Aslanov və fakültənin 2020-ci il məzunu olan Tağı Həsənov olub. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, filologiya elmlər doktoru Vüqar Əliyev qonaqları görüş ...

Yazı
Telekanallara xəbərdarlıq olundu

Telekanallara xəbərdarlıq olundu

Noyabrın 2-də Milli Televiziya və Radio Şurasında ümumölkə televiziya kanallarının proqram direktorları və xəbər departamentlərinin rəhbərləri ilə görüş keçirilib. Herbiand.az xəbər verir ki, Şuranın görüşlə bağlı yayadığı açıqlamaya görə, görüşdə son günlər cinsi təcavüzə məruz qalmış, dünyaya uşaq gətirmiş 11 yaşlı qızla bağlı bir sıra televiziya kanallarında yayılan xəbərlərdə şəxsi toxunulmazlıq məsələlərinə əməl olunmamasından, belə...

Yazı
Zelinski Ukraynada ən çox etimad göstərilən liderdir

Zelinski Ukraynada ən çox etimad göstərilən liderdir

Oktyabrın sonuna olan məlumata görə, Ukrayna siyasətçiləri arasında etimad reytinqinə respondentlərin 39%-nin etibar etdiyi hazırkı prezident Vladimir Zelenski başçılıq edir. Herbiand.az xəbər verir ki, “Reytinq” sosioloji qrupunun 21-23 oktyabr tarixlərində keçirdiyi sorğunun nəticələrinə əsasən respondentlərin 39%-i Zelinskiyə etibar etdiyini 59% isə etibar etmədiyini bildirib. Yuliya Timoşenkoya 26% etibar edir, 72% etibar etmir. Pyotr Poroşenkoya 25%...