Day: Noyabr 8, 2021

Yazı
Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub – FOTO

Şahbulaq qalasında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub – FOTO

Noyabrın 8-də Azərbaycan rəssamlarının Ağdama səfəri təşkil olunub. Herbiand.az APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, nümayəndə heyətini Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Xüsusi nümayəndə rəssamlara Ağdam şəhəri, tarixi abidələrin yerləşdiyi ərazilər və aparılan bərpa-yenidənqurma işləri barədə məlumat verib. Daha sonra Şahbulaq...

Yazı
Tatarıstanda KTMT-nın növbəti təlimi başlayıb

Tatarıstanda KTMT-nın növbəti təlimi başlayıb

Bu gün Tatarıstanın Kazan şəhərində yerləşən ali tank komandanlıq məktəbinin poliqonunda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin “Sarsılmaz Qardaşlıq – 2021” adlı birgə təlimləri başlayıb. Herbiand.az Rusiya mətbuatına istinadən bildirir ki, təlimlər bu ilin proqramına uyğun olaraq Rusiya Federasiyasının Mərkəzi hərbi dairəsinin ordu komandanı general-polkovnik Aleksandr Lapinin ümumi rəhbərliyi ilə aparılır. Təlimlərdə təşkilata üzv...

Yazı
Ərdoğan Azərbaycanın Zəfər Bayramını təbrik edib

Ərdoğan Azərbaycanın Zəfər Bayramını təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib. Herbiand.az xəbər verir ki, Türkiyə Prezidentinin “Twitter” hesabındakı paylaşımda deyilir: “Azərbaycanın Zəfər Bayramını, Qarabağ torpaqlarının azadlığa qovuşmasını müjdələyən bu şanlı günü ürəkdən təbrik edirəm. Vətən üçün gözlərini qırpmadan mübarizə aparan, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, qazilərimizi minnətdarlıqla anıram”.

Yazı
Pakistan Senatının sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Pakistan Senatının sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib

Pakistan Parlamenti Senatının sədri Məhəmməd Sadiq Sancrani Milli Məclisin sədri Sahibə Qafarovaya Zəfər Günü münasibətilə təbrik məktubu göndərib. Məktubda Senatın sədri Azərbaycanın Vətən müharibəsində Qələbəsinin birinci ildönümü münasibətilə Pakistan xalqı, Senatı və şəxsən öz adından səmimi təbriklərini çatdırıb. Herbiand.az APA-ya istinadən xəbər verir ki,Pakistan İslam Respublikası BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq aparılan Vətən müharibəsindən əvvəl...

Yazı
GUAM-ın Baş katibi Prezident İlham Əliyevi təbrik edib

GUAM-ın Baş katibi Prezident İlham Əliyevi təbrik edib

GUAM-ın Baş katibi Altay Əfəndiyev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Herbiand.az “Report”-a istinadən  xəbər verir ki, mətndə deyilir: “Zati-aliləri. Sizin rəhbərliyinizlə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkənin işğal olunmuş torpaqlarını azad etməsi ilə nəticələnin tarixi Qələbənin birinci ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın – GUAM-ın...

Yazı
“Ermənistanda hər hansı qüvvə hansısa revanşist meyllərə əl atsa, yumruğumuzu görəcək”

“Ermənistanda hər hansı qüvvə hansısa revanşist meyllərə əl atsa, yumruğumuzu görəcək”

“Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, bizim yumruğumuzu görəcək”. Herbiand.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxışında deyib. Dövlət başçısı bəyan edib ki, bizim yumruğumuz yerindədir.

Yazı
“Paşinyan deyir ki, biz ona boş yerə ümid etməyək” – Tiqran Abramyan

“Paşinyan deyir ki, biz ona boş yerə ümid etməyək” – Tiqran Abramyan

“Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz Facebook səhifəsində baş nazir Nikol Paşinyanın dünən verdiyi müsahibəsinə münasibət bildirib. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, Abramyan bunları yazıb. “Nikol Paşinyan öz müsahibəsində növbəti dəfə müharibənin məsuliyyətini hərbçilərin üzərinə qoymaqla yanaşı, bir daha bəyan etdi ki, ordunun qurulması məsələsində hökümətin götüləsi heç nəyi yoxdur. Hesab edirəm ki,...

Yazı
Prezident və birinci xanım Cıdır düzündə ağac əkib

Prezident və birinci xanım Cıdır düzündə ağac əkib

Bu gün ölkəmizin hər yerində qələbə ruhu hakimdir. Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı olan Şuşanın düşmən tapdağından azad edilməsi tarixi Qələbəmizin simvoludur. İşğaldan azad olunmuş ərazilərdə son bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri yenidən bu yerlərə həyat verir, ermənilərin ekoloji sistemə vurduqları ziyan aradan qaldırılır. Herbiand.az xəbər verir ki, xalqımızı möhtəşəm...

Yazı
Prezident İlham Əliyev Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 8-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Güler, Türkiyə Respublikasının Quru Qoşunları komandanı Musa Avsever, Hərbi Hava Qüvvələri komandanı Hasan Küçükakyuz və Hərbi Dəniz Qüvvələri komandanı Adnan Özbal daxildir. Herbiand.az xəbər verir ki,...

Yazı
Qarabağda 106 erməni koronavirusa yoluxub, 4-ü ölüb

Qarabağda 106 erməni koronavirusa yoluxub, 4-ü ölüb

Dünən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yaşayan erməni əhalisi arasında 106 nəfər koronavirusa yoluxub. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, 4 nəfər COVİD-19-dan ölüb. Xəstəxanada müalicə olunanlardan 19 nəfərinin vəziyyəti isə çox ağırdır.

Yazı
“Biz Azərbaycandan ciddi surətdə geri qaldıq” – Ermənistan prezidenti

“Biz Azərbaycandan ciddi surətdə geri qaldıq” – Ermənistan prezidenti

Ermənistan prezidenti Armen Sarkisyan hesab edir ki, Rusiya sülhməramlıları Qarabağda həmişəlik qalmalıdır: “Rus ordusu onilliklərlə, yüzilliklərə bu ərazidədir. Onların varlığı olduqca vacibdir. Sülhməramlıların etdikləri həm regional siyasət, həm də Qarabağın statusu (Ermənistan prezidentinə xatırlatmaq yerinə düşər ki, artıq status məsələsi yoxdur – red.) ilə bağlı mümkün danışıqlar üçün böyük əhəmiyyət kəsb edir”. Herbiand.az erməni mətbuatına...

Yazı
ZƏFƏRƏ APARAN 44 GÜN

ZƏFƏRƏ APARAN 44 GÜN

Vətən həsrəti həsrətlərin ən dözülməzidir. Vətən həsrəti çəkənlərin çöhrəsinə sanki payız fəsli nəqş olunur. Gözləri dolan buludu, simaları saralıb – solan yarpaqları xatırladır. Budağından qopan yarpaqları çarəsiz – çarəsiz izləyən ağac kimi köksümüzdən qoparılan torpaqları izləmək ürəyə dözülməz ağrı verirdi. Bəzən Qarabağdan vətənə doğru əsən küləklər şəhid qoxulu torpaqların qoxusunu gətirirdi. Bəlkə də şəhidlərin ruhlarını...

Yazı
Ermənistanda faşist Njdenin heykəli qarşısında etiraz aksiyası keçirilir – VİDEO

Ermənistanda faşist Njdenin heykəli qarşısında etiraz aksiyası keçirilir – VİDEO

Ermənistanda faşist Njdenin heykəli qarşısında “9 noyabr tarixli qeyri-qanuni üçtərəfli bəyanatı rədd edərək” şüarı altında etiraz aksiyası keçirilir. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, 27 siyasi və ictimai təşkilatlar Ermənistanın baş prokuroruna baş nazir Nikol Paşinyana qarşı cinayət işinin qaldırılmasının tələbi ilə bağlı bəyanat veriblər.  Aksiya zamanı 9 noyabr bəyanatının pozulması mərasimi planlaşdırılır. Sonra etirazçılar...

Yazı
Gürcüstanda “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Gürcüstanda “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı

06 noyabr 2021-ci il tarixdə Qardabani Gənclər Mərkəzi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Zəfərə doğru addımla” layihəsi çərçivəsində 5 istiqamət...

Yazı
“Ordunun qurulması prosesində uğursuzluğa düçar olduq” – Paşinyan

“Ordunun qurulması prosesində uğursuzluğa düçar olduq” – Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai televiziyasına müsahibəsində Qarabağda 44 günlük müharibədə məğlub olduqları səhvlərindən danışıb. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, o bunları deyib: “Müharibə epizodları ilə bağlı 1000-dən artıq cinayət işi açılıb. Hazırda 40-a yaxın təqsirləndirilən şəxs var, 10-larla həbs olunanlar. Düşünürəm ki, məhkəməyə təqdim olunan işlər olacaq. Ancaq bu aysberqin görünən...

Yazı
Ukrayna parlamentinin deputatları Azərbaycanın Zəfər Günü ilə bağlı açıqlama yayıblar

Ukrayna parlamentinin deputatları Azərbaycanın Zəfər Günü ilə bağlı açıqlama yayıblar

“Ötən il baş verən 44 günlük müharibədə azərbaycanlılar qəhrəmanlıq göstərdilər, ərazilərini işğaldan azad etdilər. Bununla da dünya yeni bir dövrə qədəm qoydu: illərdir post sovet ölkələrini iflic edən dondurulmuş münaqişələrin həlli mümkün olan bir dövr. Çünki, ən təhlükəli və gözlənilməz qarşıdurmalardan bəziləri “dondurulmuş” termini ilə adlandırılan münaqişə ocaqlarında baş verir”. Herbiand.az “Report”un Şərqi Avropa bürosuna...

Yazı
İlham Əliyev hərbçilər qarşısında çıxış edib

İlham Əliyev hərbçilər qarşısında çıxış edib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edib. Herbiand.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Yazı
Türkiyə MN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə MN Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Türkiyə Milli Müdafiə Nazirliyi (MN) 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. herbiand.az-ın xəbərinə görə, bu barədə Nazirliyin rəsmi “Twitter” hesabında paylaşım edilib. ““Tək Vətən Hərəkatı” ilə işğal edilmiş torpaqlarını azad edən və türkün gücünü bütün dünyaya göstərən nəcib Azərbaycan türkü qardaşlarımızın 8 Noyabr – Zəfər Gününü təbrik edirik. Türkiyə və Azərbaycan...

Yazı
Belarus səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Belarus səfirliyi Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

Belarus səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Herbiand.az-ın xəbərinə görə, bu barədə səfirliyin “Twitter” hesabında paylaşım edilib. “Suverenliyinin və ərazi bütövlüyünün bərpasının birinci ildönümü münasibətilə bütün azərbaycanlıları səmimi qəlbdən təbrik edirik. Qardaş Azərbaycan xalqına firavanlıq və çiçəklənmə arzulayırıq. Qələbə gününüz mübarək!”, – qeyd olunub.

  • 1
  • 2