Day: Noyabr 9, 2021

Yazı
TBMM-“Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır.”

TBMM-“Türkiyə ilə Ermənistan, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesləri bir-birini tamamlamalıdır.”

Türkiyə Azərbaycan və Ermənistan liderlərinin dialoqa hazır olduqları barədə bəyanatlarını, eləcə də hər iki ölkənin parlamentariləri arasında təmasların başlanmasını alqışlayır. Herbiand.az “Report”a istinadən bildirir ki, bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ATƏT Parlament Assambleyasının sədri Marqareta Sederfeltlə görüşündə deyib. Şentopun sözlərinə görə, 2020-ci ildə 44 günlük müharibənin nəticələri Cənubi Qafqazın tarixində...

Yazı
Rusiyanın Ermənistandakı səfiri “hərbi əsirlər”dən danışıb

Rusiyanın Ermənistandakı səfiri “hərbi əsirlər”dən danışıb

“Rusiya erməni hərbi əsirlərin Azərbaycandan geri qaytarılması istiqamətində fəaliyyətini davam etdirəcək”. Herbiand.az xəbər verir ki, bu haqda Rusiyanın Ermənistandakı səfiri Serqey Kopırkin deyib. “Siz bilirsiniz ki, bu mövzu nəinki Ermənistanın, həm də Rusiya rəhbərliyinin, sülhməramlıların daim diqqət mərkəzindədir. Bu yaxınlarda 5 nəfər Ermənistana qaytarılıb, bu iş davam etdirilir” – səfir bildirib. Səfir qeyd edib ki,...

Yazı
Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Kəlbəcər rayonu istiqamətində mühəndis texnikalarımız atəşə tutulub

Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu Yellicə yaşayış məntəqəsi istiqamətindəki mövqelərinə yol çəkən mühəndis texnikalarını atıcı silahlardan atəşə tutub. Bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb.Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Yazı
London şəhərində 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb – FOTO

London şəhərində 6 bina Azərbaycan bayrağının rənglərinə boyanıb – FOTO

Böyük Britaniyanın paytaxtı London şəhərindəki 6 bina 8 noyabr – Zəfər Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən Herbiand.az-a verilən məlumata görə, Komitənin dəstəyi və Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Group”un təşkilatçılığı ilə Londonun Oksford küçəsindəki “John Lewis” binası, “Soho” ərazisində, “London Eye” ərazisində , “South bank” ərazisində “Covent Garden”...

Yazı
İsraildə bəzi deputatlar qondarma erməni soyqırımının tanınmasını istəyir

İsraildə bəzi deputatlar qondarma erməni soyqırımının tanınmasını istəyir

İsrail Knessetinin müxalifətdən olan 6 deputatı qondarma erməni soyqırımının rəsmi tanınması və  24 aprel tarixinin anım günü keçirilməsi ilə bağlı qanun layihəsi təqdim ediblər. Herbiand.az xəbər verir ki, bu haqda jpost məlumat verib. Bu, Knessetdə İsrailin qondarma soyqırımının rəsmi tanınmasının qəbul olunması üçün edilən ilk cəhd deyil. Belə ki, hələ 2018-ci ildə deputat Tamar Zandberq...

Yazı
İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertləri Bakıya səfər edəcək

İranın Yol və Nəqliyyat Təşkilatının ekspertlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edəcək. Herbiand.az-ın məlumatına görə, bunu İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq nəqliyyat və tranzit ofisinin baş direktoru Məhəmməd Cavad Hidayəti deyib. O bildirib ki, səfər yaxın iki həftə ərzində baş tutacaq: “Səfər zamanı İran yük maşınlarının problemləri araşdırılacaq”. Onun sözlərinə görə, İran və Azərbaycan...

Yazı
Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib

Prezident Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 9-da Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Herbiand.az xəbər verir ki, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım nümayəndə heyəti adından Prezident İlham Əliyevi və Azərbaycan xalqını tarixi Zəfər Günü münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırdı. Dövlətimizin başçısı təbrikə və...

Yazı
Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

Vətən müharibəsi Azərbaycan tarixinin şanlı səhifəsidir

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarə edilməsi departamentinin əməkdaşı Nigar Ağakişiyeva Zəfər Günü ilə bağlı məqalə hazırlayıb.Herbiand.az  AZƏRTAC-a istinadən məqaləni təqdim edir.. Gözün aydın, Azərbaycan! Hələ 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı....

Yazı
Qarabağdan qaçan ermənilər qaçqın statusu ala bilmir

Qarabağdan qaçan ermənilər qaçqın statusu ala bilmir

Hadrutda və Şuşada yaşayan ermənilər Qarabağda 44 günlük müharibə nəticəsində Ermənistana qaçdıqdan sonra artıq neçənci dəfədir hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, onların məqsədi  qaçqın statusu almaqdır, həmçinin sosial ödənişlərin ixtisar edilməsinə qarşı çıxırlar. Aksiya iştirakçılarından biri jurnalistlərlə söhbətində bildirib ki, iyul ayına qədər Hadrutdan gələnlər sosial yardım çərçivəsində...

Yazı
Gürcüstan gələn il Qara dənizdə neft axtaracaq

Gürcüstan gələn il Qara dənizdə neft axtaracaq

Gürcüstan 2022-ci ilin mayında Qara dəniz şelfində neftin kəşfiyyatı üzrə işlərə başlayacaq. Herbiand.az “Report”-a istinadən xəbər verir ki,bu barədə Gürcüstanın Dövlət Neft və Qaz Agentliyi məlumat yayıb. Bildirilib ki, genişmiqyaslı geoloji tədqiqatları Avstriya şirkəti həyata keçirəcək. İşlərin ümumi dəyəri 30 mln ABŞ dolları təşkil edir. Qeyd edək ki, Gürcüstan bu ilin aprelində “OMV Petrom” şirkəti ilə məhsulun...

Yazı
Hərbi dənizçilərimiz NATO qiymətləndirilməsi təlimində iştirak edib

Hərbi dənizçilərimiz NATO qiymətləndirilməsi təlimində iştirak edib

Türkiyə Respublikasında keçirilən “Doğu Akdeniz-2021” çoxmillətli dəniz təlimində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin Gəmi Axtarış Qrupunun 2-ci səviyyəli qiymətləndirilməsi keçirilib. Herbiand.az Apa-ya istnadən xəbər verir ki, Gəmi Axtarış Qrupunun qiymətləndirilməsi çoxmillətli qiymətləndiricilər tərəfindən həyata keçirilib və NATO-nun Hərbi Dəniz Qüvvələri Komandanlığını təmsil edən...

Yazı
Son sutkada 11197 vaksin vurulub

Son sutkada 11197 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, “buster” doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928...

Yazı
Yoluxma sayı açıqlandı

Yoluxma sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1855 yeni yoluxma faktı qeydə alınıb, 2199 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 27 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 550446 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 511400 nəfər müalicə olunaraq sağalıb, 7320...

Yazı
“Səhvlərimizin əvəzini çox ağır ödədik” – Simonyan

“Səhvlərimizin əvəzini çox ağır ödədik” – Simonyan

“Dağlıq Qarabağda baş verən 44 günlük müharibənin bitməsinin ildönümü getdiyimiz yolu anlamaq üçün bir fürsətdir. Səhvlərimizdən nəticə çıxarmalıyıq”. Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bu sözləri Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə bildirib. “Biz, bu böyük ağrıya barmaq arası baxa bilmərik. Baş verənlərin uzun və dəqiq analizi olmalıdır. Biz səhvlərimizin əvəzini çox ağır ödədik”, – ...

Yazı
XİN “Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir”

XİN “Sözügedən insidentə gəldikdə, bu, Ermənistan tərəfinin növbəti təxribatının nəticəsidir”

“İlk növbədə vurğulamaq istərdik ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əraziləri ilə bağlı hər hansı açıqlama verməyə heç bir siyasi, hüquqi və mənəvi əsası yoxdur”. Hərbi and.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib. Ermənistan XİN-nin 8 noyabr tarixində Şuşa yaxınlığında baş verən insident ilə bağlı açıqlamasının...

Yazı
Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent olub, yaralanan var

Qafanda ermənilərlə Rusiya hərbçiləri arasında insdent olub, yaralanan var

Ermənistanın Qafan şəhərində yanacaqdoldurma məntəqəsinin işçisi ilə Rusiya hərbçiləri arasında insident olub. Herbiand.az “shamshyan.com” istinadən xəbər verir ki, Rusiya vətəndaşları – 41 yaşlı Yevgeni Qalanov, 41 yaşlı Yevgeni Dyanov və 50 yaşlı Pyotr Qorbulyakla Qafan sakinləri – 40 yaşlı Armen Avanesyan arasıda mübahisə olub. Nəticədə A.Avanesyan başından yaralanıb. Onu hospitala yerləşdiriblər. Daha sonra naməlum şəxslər...

Yazı
Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı gerçəkləşib

Ceyhun Bayramovla Sergey Lavrov arasında telefon danışığı gerçəkləşib

Noyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. XİN-nin Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın bir ilinin tamam olması astanasında birgə bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər. Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyi ilə...

Yazı
Azərbaycan hərbçisi Türkiyədə həyatını itirib

Azərbaycan hərbçisi Türkiyədə həyatını itirib

Türkiyə Respublikasında komando kursunda iştirak edən hərbi qulluqçumuz kapitan Quliyev Rafiq Cərulla oğlu təlim-məşqlər bitdikdən sonra şəhərdə olarkən bədbəxt hadisə baş verib. Müdafiə Nazirliyindən APA-nın sorğusuna verilən cavaba görə, ehtiyatsızlıq nəticəsində çoxmərtəbəli avtomobil dayanacağından yıxılan R.Quliyev dərhal xəstəxanaya təxliyə edilib, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyi həlak olan hərbi...

Yazı
“Bu gün Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır”

“Bu gün Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır”

“Qarabağla bağlı razılaşmanın ildönümündə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında təmas planlaşdırılmır”. Herbiand.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Dmitri Peskov deyib ki, bu gün bu məsələ ilə bağlı heç bir təmas planlaşdırılmır. O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və istisnasız olaraq müntəzəm...

Yazı
Ceyhun Bayramov Fransadadır

Ceyhun Bayramov Fransadadır

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov işgüzar səfərlə Paris şəhərinə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində xarici işlər nazirinin UNESCO-nun Baş Konfransının 41-ci sessiyasında iştirak və çıxış etməsi, həmçinin bir sıra rəsmilərlə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.

  • 1
  • 2