Day: Noyabr 10, 2021

Yazı
Türk hərbçilərin mandatı daha bir il uzadılıb

Türk hərbçilərin mandatı daha bir il uzadılıb

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub. TBMM-in Ədalət və İnkişaf Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinin...

Yazı
Erməni təxribatçıların mühasirəyə alınma anı – VİDEO

Erməni təxribatçıların mühasirəyə alınma anı – VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Herbiand.az xəbər verir ki, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə...

Yazı
Bu ölkədə COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edilib

Bu ölkədə COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edilib

“COVID-19-un yeni mutasiyası əvvəlkilərdən daha aqressivdir və daha sürətli yayılır”. Herbiand.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib. “Əhali arasında ağırlaşma halları daha çoxdur. Ona görə də tibbi xidmət sistemi müəyyən dəyişikliklərə məruz qalır”, – deyə o bildirib. M.Muraşko xəstəlikdən qorunmağın ən yaxşı yolunun peyvənd olduğunu söyləyib: “Ağırlaşmalar arasında...

Yazı
Bakıda güclü külək nəticəsində 7 nəfər xəsarət alıb

Bakıda güclü külək nəticəsində 7 nəfər xəsarət alıb

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 7 nəfər xəsarət alıb. Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Herbiand.az-a verilən məlumatda bildirilib. Rəsmi məlumata görə, xəsarət alanlardan 3 kişi, 4 nəfəri qadındır. Onlar müxtəlif dərəcəli bədən  xəsarətləri alıb. Xəsarət alanlar tibbi yardım göstərilməsi üçün yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Yazı
Ceyhun Bayramov Emmanuel Bon ilə görüşüb

Ceyhun Bayramov Emmanuel Bon ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb. XİN-dən Herbiand.az-a verilən məlumata görə, görüşdə post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb. C.Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və...

Yazı
Türkiyə Prezidenti Qarabağdan danışıb

Türkiyə Prezidenti Qarabağdan danışıb

“Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından, işğalın izlərinin qısa müddətdə silinməsindən məmnuniyyət hissi duyuram. İşğaldan azad edilmiş torpaqların yenidən qurulması və bərpası prosesində dəstəyimiz bundan sonra da fasiləsiz davam edəcək”. Herbiand.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda qeyd edib. “Azərbaycanın ötən il noyabrın...

Yazı
Ərdoğan İlham Əliyevi təbrik edib

Ərdoğan İlham Əliyevi təbrik edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Herbiand.az-ın məlumatına görə, mətndə deyilir. “Cənab Prezident, Əziz Qardaşım. Can Azərbaycanın Zəfər Günü münasibətilə türk milləti adından və şəxsən öz adımdan Zati-aliniz başda olmaqla bütün azərbaycanlı qardaş və bacılarımı ən səmimi hisslərimlə təbrik edirəm. Qarabağ və Şərqi Zəngəzurun sürətli şəkildə abadlaşmasından,...

Yazı
Amnistiya aktının icrasına başlanıldı

Amnistiya aktının icrasına başlanıldı

8 noyabr – Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktının icrasına başlanılıb. Herbiand.az xəbər verir ki, bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, hazırda aktının tətbiqi və icrası ilə bağlı işlər davam etdirilir: “Noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında Zəfər Günü münasibətilə elan olunmuş Amnistiya aktına həsr edilmiş “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü”...

Yazı
Ermənistan hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib

Ermənistan hərbi qarşıdurma yaratmaq məqsədilə dövlət sərhədində növbəti təxribata cəhd edib

Ermənistan tərəfi Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Müdafiə Nazirliyindən Herbiand.az-a verilən məlumata görə, noyabrın 9-u günorta saatlarında Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyəti iki hərbi yük avtomobilində Laçın rayonunun Qaragöl gölü istiqamətində hərəkət edərək Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşib: “Qəsdən hərbi qarşıdurma yaratmaq məqsədilə erməni...

Yazı
Son sutkada yoluxanların sayı açıqlandı

Son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 876 yeni yoluxma faktı qeydə alınıb, 2 248 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 552 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 513 648 nəfər müalicə...

Yazı
Pentaqon F-22 qırıcılarını modernləşdirir

Pentaqon F-22 qırıcılarını modernləşdirir

ABŞ Hərbi-Hava Qüvvələri (HHQ) Lockheed Martin şirkəti ilə beşinci nəsil F-22 “Raptor” qırıcı parkının modernləşdirilməsi üçün 10,9 milyard dollarlıq müqavilə imzalayıb. Herbiand.az Defense News-a istinadən bildirir ki, razılaşma 10 il müddətinə nəzərdə tutulub. Pentaqonun məlumatına görə, müqavilə F-22 qırıcılarının kompleks şəkildə işlərin – yenilənmə, təkmilləşdirilmə və düzəlişlərin edilməsini əhatə edir. Lockheed Martin şirkəti həmçinin, təyyarələrin...

Yazı
İsgəndəryan: “Dəhliz məsələsi həll olunub”

İsgəndəryan: “Dəhliz məsələsi həll olunub”

Necə istəyirsiz adlandırın. Dəhliz, yol, lap cığır. Məsələ həll olunub. İndi texniki problemlər müzakirə olunur. Herbiand.az xəbər verir ki, bunu erməni politoloq Aleksandr İsgəndəryan bildirib. Onun sözlərinə görə, bu gün hamı dəhlizin açılmasını istəyir. Minsh Qrupunun həmsədrləri, o cümlədən Rusiya da bunu istəyir. Və Ermənistana bununla bağlı təzyiqlər var. “İndi sadəcə terminlər davası, söz savaşı...

Yazı
Britaniya ordusu robotların köməyi ilə şəhərdə döyüşməyi öyrənir

Britaniya ordusu robotların köməyi ilə şəhərdə döyüşməyi öyrənir

Böyük Britaniya ordusu Contested Urban Environment adlı eksperimental təlim keçirib. Bu təlim şəhər ərazisində döyüşlər zamanı robot sistemlərinin istifadəsinə həsr olunub. Hərbi manevrlər Portsmut liman şəhərinin həqiqi küçələrində həyata keçirilib. Herbiand.az xəbər verir ki, bu haqda Britaniya hərbi dairəsinin mətbuat xidmətindən bildirilib. Təlimlərə artilleriya, atıcı və kəşfiyyat bölmələri cəlb olunub. Döyüş təlimləri zamanı əsgərlər şəhər...

Yazı
Xankəndi yaxınlığında Rusiya sülhməramlılarının şərəfinə abidə ucaldıldı

Xankəndi yaxınlığında Rusiya sülhməramlılarının şərəfinə abidə ucaldıldı

Xankəndi yaxınlığında Rusiya sülhməramlılarını hərbi şəhərciyində sülhməramlıların şərəfinə abidə qoyulub. Herbiand.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.   Sülhməramlı kontingentin regiona gəliçinin bir illiyi münasibəti ilə çoxsaylı tədbirlər keçirilib. Tədbirlər çərçivəsində Rus kilsəsinin açılışı, sülhməramlılara qoyulan abidənin açılışı da olub. Tədbirlərdə Cənub dairəsi komandanınlın müavini Rüstəm Muradov da iştirak edib. Sülhməramlılara qoyulan abidədə...

Yazı
Erməni əsgərlər qəzaya düşüb – 1 ölü, 2 yaralı

Erməni əsgərlər qəzaya düşüb – 1 ölü, 2 yaralı

Ermənistanın Sünik (Zəngəzur) vilayətində hərbçilərin iştirakı ilə yol qəzası olub. Herbiand.az shamshyan.com-a istinadən bildirir ki, bu gün gecə saatlarında İrəvan-Meğri yolunun 222-ci km-də 30 yaşlı Sarkis Z.-nın idarə etdiyi Opel Zafira yoldan çıxıb və bir neçə dəfə fırlanaraq dərəyə düşüb. Qəza nəticəsində sürücü və sərnişinlər – 30 yaşlı Arut M. və 50 yaşlı David X....

Yazı
Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə görüşüb

Ceyhun Bayramov UNESCO-nun Baş direktoru ilə görüşüb

Bu gün Azərbaycanın xarici işlər baziri Ceyhun Bayramov UNESCO-nun Baş direktoru Odre Azule ilə görüşüb. Herbiand.az xəbər verir ki, nazir Ceyhun Bayramov UNESCO-nun Baş direktoru vəzifəsinə yenidən seçilməsi münasibətilə Odre Azuleni təbrik edib. O, ölkəmizin UNESCO ilə səmərəli və hərtərəfli əməkdaşlıqda, təşkilatın önəmli tərəfdaşlarından biri kimi ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduğunu qeyd...

Yazı
Öcalandan təlim alan terrorçu məhv edildi

Öcalandan təlim alan terrorçu məhv edildi

PKK/KCK terror təşkilatının Mərkəzi Komitəsinin üzvü “Emine Erciyes” kod adlı Nazlı Taşpınar məhv edilib. Herbiand.az xəbər verir ki, İnterpol tərəfindən “qırmızı bülleten”lə axtarışda olan Nazlı Taşpınar Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və Türkiyə Silahlı Qüvvələrinin İraqın Qara ərazisində birgə əməliyyatı nəticəsində zərərsizləşdirilib. O, PKK-nın ən yüksək səviyyəli idarəçiliyində təmsil olunub. Terror təşkilatının lideri Abdullah Öcalan...

Yazı
Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşünün gündəliyi açıqlanıb

Türk Şurası dövlət başçılarının VIII Zirvə Görüşünün gündəliyi açıqlanıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) dövlət başçılarının VIII Zirvə Görüşünün gündəliyi açıqlanıb. Herbiand.az-ın Türk Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, VIII Zirvə Görüşü noyabrın 12-də İstanbulda keçiriləcək. “Rəqəmsal əsrdə Yaşıl Texnologiyalar və Ağıllı Şəhərlər” mövzusunda keçiriləcək Zirvə Görüşündə liderlər gündəmin çox vacib məsələlərini müzakirə edəcək və təşkilatın gələcəyi ilə bağlı bir sıra mühüm...

Yazı
Beynəlxalq narkoşəbəkənin əsas üzvlərindən biri Bakıda saxlanıldı – VİDEO

Beynəlxalq narkoşəbəkənin əsas üzvlərindən biri Bakıda saxlanıldı – VİDEO

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin əməkdaşları tərəfindən beynəlxalq narkoşəbəkəyə daxil olan daha bir norkokuryer saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Baş İdarəyə paytaxt sakini olan Aydın Məmmədovun Bakı şəhəri ərazisində narkotik vasitələrin satışını həyata keçirdiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbir nəticəsində həmin şəxs Sabunçu...

Yazı
Bu universitetdə daha 7 qrup distant təhsilə keçdi

Bu universitetdə daha 7 qrup distant təhsilə keçdi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində daha 7 qrup distant təhsilə keçib. Bunu Lent.az-ın sorğusuna cavab olaraq universitetin İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin (İƏMD) direktoru Bəhruz Nəzərov deyib. O bildirib ki, son 10 gün ərzində bir neçə qrup əyani təhsilə qayıdıb: “Oktyabrın 29-dan bu günə qədər 16 distant qrupdan 4-ü əyani təhsilə qayıdıb, 7 qrup...