Day: Noyabr 16, 2021

Yazı
Paşinyan Putinə zəng vurdu

Paşinyan Putinə zəng vurdu

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Xəbəri Kremlin mətbuat xidməti yayııb. Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub. Putin və Paşinyan Ermənistan-Azərbaycan sərhədində baş vermiş bir sıra insidentlərdən sonra yaranmış vəziyyəti müzakirə ediblər. Bununla bağlı təmasların davam etdirilməsi razılaşdırılıb.

Yazı
Hulusi Akar Zakir Həsənova zəng edib

Hulusi Akar Zakir Həsənova zəng edib

Noyabrın 16-sı Türkiyə Milli Müdafiə naziri cənab Hulusi Akarla Azərbaycan Respublikası Müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Herbiand.az xəbər verir ki, General-polkovnik Z.Həsənov Ermənistan tərəfinin təxribatları və dövlət sərhədində olan vəziyyət barədə həmkarını məlumatlandırıb və qarşı tərəfin bu addımlarının qarşısının qətiyyətlə alındığını bildirib.Cənab H.Akar öz növbəsində Türkiyənin həmişə olduğu kimi bu gün...

Yazı
Azərbaycanın müdafiə naziri: “Ermənistanın törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb”

Azərbaycanın müdafiə naziri: “Ermənistanın törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb”

“Azərbaycanla sərhəddə Ermənistanın törətdiyi təxribatların qarşısı qətiyyətlə alınıb”. Herbiand.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı deyib.

Yazı
Rusiyanın Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib

Rusiyanın Müdafiə naziri Azərbaycanın Müdafiə nazirinə zəng edib

Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib. Bu barədə Herbiand.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib. Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün...

Yazı
Rusiyanın və Ermənistanın müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Rusiyanın və Ermənistanın müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

Ermənistanın və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər. Herbiand.az-ın xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Rusiya Federasiyasının müdafiə naziri hərbi əməliyyatların dayandırılması, əsirlərin qaytarılması və vəziyyəti nizamlamaq üçün maksimum səy göstərməyə hazır olduğunu bildirib”, – deyə məlumatda qeyd olunub.

Yazı
Ermənistan məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir – XİN

Ermənistan məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirir – XİN

“Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır”. Bu barədə Herbiand.az-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən daxil olan məlumatda deyilir. “Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a...

Yazı
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel İlham Əliyevə zəng edib

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Herbiand.az xəbər verir ki, söhbət əsnasında Prezident Şarl Mişel Ermənistan-Azərbaycan sərhədində baş vermiş hadisələrlə bağlı narahatlığını ifadə edib. Sərhəddə cərəyan edən hadisələrlə bağlı Şarl Mişelin müraciətinə cavab olaraq Prezident İlham Əliyev bildirib ki, dəfələrlə Ermənistan tərəfi Şuşa, Laçın, Kəlbəcər istiqamətində hərbi təxribatlara...

Yazı
Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin məlumatı Son günlərdə Ermənistan tərəfindən məqsədyönlü təxribatların törədildiyi müşahidə edilir. Bu, Ermənistan rəhbərliyinin növbəti hərbi avantürasıdır. Belə ki, Ermənistanın keçmiş müdafiə nazirinin Azərbaycanın müvəqqəti Rusiya sülhməramlılarının nəzarətində olan ərazisinə qanunsuz səfəri və burada hərbi təyinatlı müşavirələr keçirməsi, Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunda Azərbaycan...

Yazı
Hulusi Akar: “Türkiyə Ordusunun arsenalında kimyəvi silah yoxdur”

Hulusi Akar: “Türkiyə Ordusunun arsenalında kimyəvi silah yoxdur”

“Türkiyə Silahlı Qüvvələrinin arsenalında kimyəvi silah yoxdur”. Herbiand.az xəbər verir ki, bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrində kimyəvi silahın olması barədə iddialara münasibət bildirərkən deyib. “Türkiyə Silahlı Qüvvələrində belə bir şey yoxdur. Bu, ümumiyyətlə, müzakirə mövzusu deyil. Belə silahların haradan alınıb haraya aparıldığını izləmək çox asandır”, – o vurğulayıb.

Yazı
Belarusun İstintaq Komitəsinin sədri Azərbaycana səfərə gəlib

Belarusun İstintaq Komitəsinin sədri Azərbaycana səfərə gəlib

Azərbaycanın Baş Prokurorluğu ilə Belarusun İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarusun İstintaq Komitəsinin sədri Dmitri Qoranın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib. Bu barədə Herbiand.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Noyabrın 16-da Belarusın İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini...

Yazı
“Zəfərə doğru addımla” layihəsinin təqdimatı keçirilib

“Zəfərə doğru addımla” layihəsinin təqdimatı keçirilib

15 noyabr 2021-ci il tarixdə Bursa Orhangazi hökumət evində Orhangazi Bələdiyyəsi, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin tərəfdaşlığı ilə “Zəfərə doğru addımla”...

Yazı
Müdafiə Nazirliyi: “Qarşı tərəf təşviş içində mövqelərini tərk edir”

Müdafiə Nazirliyi: “Qarşı tərəf təşviş içində mövqelərini tərk edir”

Ermənistan silahlı qüvvələri bölmələrinin əks-həmləsi hərbçilərimiz tərəfindən dəf edilib. Müdafiə Nazirliyindən Herbiand.az-a məlumata görə, qarşı tərəfin dövlət sərhədi boyunca istənilən döyüş aktivliyi bölmələrimiz tərəfindən izlənilir. Erməni hərbi qulluqçularının qorxu və təşviş içində mövqelərini tərk etməsi, şəxsi heyəti arasında çaxnaşma müşahidə edilir. Ermənistan silahlı qüvvələrinin sərhəd boyu cəmləşdirilən canlı qüvvəsi və hərbi texnikası hədəf altındadır. Qarşı...

Yazı
Son sutkada 2015 nəfər COVID-19-a yoluxub

Son sutkada 2015 nəfər COVID-19-a yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 015 yeni yoluxma faktı qeydə alınıb, 2 178 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 31 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 563 940 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 525 838 nəfər müalicə olunaraq sağalıb, 7 502 nəfər...

Yazı
Ermənistan Hərbi Hava Qüvvələrinin bazasında partlayış baş verib

Ermənistan Hərbi Hava Qüvvələrinin bazasında partlayış baş verib

Ermənistan Hərbi Hava Qüvvələrinin Gümrü bölgəsindəki ixtisaslaşmış bazasının yaxınlığında partlayış baş verib. Bunu yerli həkimlər bildiriblər. Nəticədə 2003-cü ildə anadan olmuş T.U. döş qəfəsindən yaralanıb. O, Gümrüdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Sputnik Armeniya

Yazı
DTX-dan sərhəddəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ

DTX-dan sərhəddəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ

Son günlər Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədində törədilən bəzi təxribatlarla bağlı bir sıra kütləvi informasiya vasitələri və sosial şəbəkə resurslarında həqiqəti əks etdirməyən, əhali arasında vahimə yaratmaq, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatlar yayımlanmaqdadır. Herbiand.az xəbər verir ki, bu barədə DTX-nın bu gün yaydığı məlumatda deyilib. Məlumatda daha sonra bildirib: “Diqqətə çatdırmaq istərdik...

Yazı
Erməni generallar təcili bunkerlərə toplaşdı

Erməni generallar təcili bunkerlərə toplaşdı

Ermənistanın Müdafiə Nazirliyinin yüksək rütbəli generalları dövlət sərhədindəki gərginliklə bağlı təcili toplaşıb.  Erməni generallar Müdafiə Nazirliyinin bunkerlərində bir araya gəlib. Bildirilir ki, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyan təcili işçi məsləhətləşmələr keçirmək üçün bunkerə gəlib.  Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə...

Yazı
Azərbaycanda 61 məktəb distant təhsilə keçib

Azərbaycanda 61 məktəb distant təhsilə keçib

Tədris ili müddətində Gigiyena və Epidemiologiya mərkəzlərinin müvafiq qərarıyla ümumilikdə 61 ümumi təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili 14 gün müddətinə dayandırılıb. Herbiand.az xəbər verir ki, Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bunlardan 37-si müddət tamam olduqdan sonra əyani tədrisə qayıdıb. Eyni zamanda 1537 sinifdə tədris və təlim-tərbiyə prosesinin əyani...

Yazı
“Ermənistanın hücumu tam iflasa uğrayıb, sərhəddə vəziyyət gərgin olaraq qalır”

“Ermənistanın hücumu tam iflasa uğrayıb, sərhəddə vəziyyət gərgin olaraq qalır”

“Ermənistan tərəfindən təxribatlar bu gün daha intensivləşib”. Bunu Müdafiə Nazirliyində Ermənistan Silahlı Qüvvələrin dövlət sərhədində törətdikləri təxribatlarla bağlı keçirilən brifinqdə mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov deyib. O bildirib ki, Ermənistan tərəfi bu gün hərbi əməliyyatlarla başlayıb: “Kəlbəcər və Laçın rayonlarında ermənilər minaatan, artilleriya və qumbaralardan atəş açıb. Nəticədə iki hərbiçimiz yaralanıb. Onların həyatına...

Yazı
Ermənistanın KTMT-yə müraciəti rəsmən təsdiqləndi

Ermənistanın KTMT-yə müraciəti rəsmən təsdiqləndi

Ermənistan rəhbərliyi KTMT-ə müraciət edib. Herbiand.az xəbər verir ki, Moskvaya ünvanlanan müraciətdə 1997-ci ildə imzalanan müqaviləyə əsasən təşkilatın Ermənistanın suverenliyini qorumalı olduğu bildirilib.   Məlumatı  KTMT-nın katibliyi yayıb.