Day: Noyabr 20, 2021

Yazı
ABŞ yeni PUA nümayiş etdirdi

ABŞ yeni PUA nümayiş etdirdi

ABŞ Hərbi Hava Qüvvələrinin Silahlanma üzrə qabaqcıl təcrübə mərkəzi “məxfi” kəşfiyyat PUA-sı RQ-180 “White Bat”ı nümayiş etdirib. Herbiand.az xəbər verir ki, hava vasitəsi “uçan qanad” sxeminə əsasən hazırlanıb. Ehtimal olunur ki, platforma PUA dəstəsini idarə etməyə qadir olan strateji gizli bombardmançı B-21 Raider ilə əlaqəyə malikdir. Yeni hava vasitəsinin B-21 sistemi çərçivəsində fəaliyyət göstərməsi istisna...

Yazı
Parisdə “sarı jiletlilər”in aksiyasa keçirdi, yaralılar var

Parisdə “sarı jiletlilər”in aksiyasa keçirdi, yaralılar var

Parisdə “Sarı jiletlilər” aksiya keçirib. Herbiand.az xəbər verir ki, aksiya zamanı polis gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib. Aksiya iştirakçıları ilə polis arasındakı qarşıdurmada 2 nəfərin yaralandığı bildirilir. “Sarı jiletlilər” zibil yeşiklərini söküb, şüşələri, qutuları çıxararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının üstünə atıblar. Bundan əlavə ərazidəki bağlanmış mağazalardakı meyvələrin saxlandığı zibil və taxta yeşiklərini yandırıblar. Bir neçə...

Yazı
İrəvan liderlərin Brüssel görüşünə razılıq verib

İrəvan liderlərin Brüssel görüşünə razılıq verib

Ermənistan Avropa Şurasının sədri Şarlz Mişelin Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirmək təklifi ilə razılaşıb. Herbiand.az-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyi “təklif qəbul edildi. Ermənistan iştirakını təsdiqləyir”, – deyə bildirib. Dünən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan edib ki, Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham...

Yazı
75 miqrant boğularaq öldü

75 miqrant boğularaq öldü

Liviyada ən azı 75 miqrantın boğularaq öldüyü açıqlanıb. Herbiand.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Liviyadan Avropaya getmək üçün Aralıq dənizində miqrant qayığının batması nəticəsində boğularaq ölüblər. Liviyanın qərbindəki Zuvara şəhərində sağ qalan 15 nəfərin gəmidən endirildiyi bildirilib. Son faciə ilə bu il Aralıq dənizində həyatını itirən miqrantların sayının 1300-ü keçdiyi qeyd edilib.

Yazı
“Mən onları bura dəvət etməmişəm” – Lukaşenko

“Mən onları bura dəvət etməmişəm” – Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko təhlükəsizlik qüvvələrinin miqrantların Polşaya keçməsinə kömək edə biləcəyini deyib. Herbiand.az xəbər verir ki, Lukaşenko bu barədə BBC-yə müsahibəsində deyib. “Məncə, bu, mütləq mümkündür. Biz slavyanlarıq. Ürəyimiz var. Bizim təhlükəsizlik qüvvələrimiz miqrantların Almaniyaya getdiyini bilir. Ola bilsin, kimsə onlara kömək edib”, – Lukaşenko qeyd edib. Lakin o, minlərlə mühaciri dəvət edərək sərhəd...

Yazı
Vyanada məhdudiyyətlərə etiraz

Vyanada məhdudiyyətlərə etiraz

Avstriyanın paytaxtı Vyanada COVID-19 məhdudiyyətlərinə qarşı keçirilən aksiyada 35 min insan iştirak edib. Herbiand.az xəbər verir ki, bu barədə şəhər polisinin sözçüsü məlumat verib. Bildirilir ki, nümayişdə bir neçə nəfər həbs edilib. Bir neçə etirazçı təhlükəsizlik polisinə pivə qutuları atıb. Avstriya kansleri Aleksandr Şallenberqin daha bir karantin qərarından əvvəl məhdudlaşdırıcı tədbirlərin əleyhdarları yenidən Vyana küçələrinə...

Yazı
Türkiyədə hərbi maşın aşdı – Yaralılar var

Türkiyədə hərbi maşın aşdı – Yaralılar var

Türkiyənin Hatay bölgəsində içərisində hərbçilərin olduğu “Kirpi” zirehli maşını qəzaya uğrayıb. Herbiand.az xəbər verir ki, qəza nəticəsində üç hərbçi yaralanıb. Onlar dərhal xəstəxanaya çatdırılıb. Hazırda hərbçilərin vəziyyətinin yaxşı olduğu bildirilir.

Yazı
Saakaşvili aclıq aksiyasını rəsmən DAYANDIRDI

Saakaşvili aclıq aksiyasını rəsmən DAYANDIRDI

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bir ay yarım davam edən aclıq aksiyasından sonra qida qəbul etməyə başlayıb. Herbiand.az xəbər verir ki, bu barədə Saakaşvilinin səhhəti ilə maraqlanan həkimlər şurası məlumat yayıb. O, bu gecə həbsxana xəstəxanasından Qori hərbi hospitalına aparılıb. Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. 

Yazı
Yəməndə qiyamçılara zərbələr endirildi

Yəməndə qiyamçılara zərbələr endirildi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəməndə husi qiyamçılarına qarşı hərbi əməliyyat keçirib. Herbiand.az xəbər verir ki, bu barədə Səudiyyənin SPA xəbər agentliyi koalisiya rəsmilərinə istinadən məlumat yayıb. Əməliyyat zamanı qiyamçıların 13 hədəfinə zərbələr endirilib. Koalisiya bildirir ki, əməliyyat Səna, Saada və Marib əyalətlərində silah anbarları, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatlarının rabitə sistemləri...

Yazı
ABŞ kəşfiyyatından Ukrayna ilə bağlı XƏBƏRDARLIQ

ABŞ kəşfiyyatından Ukrayna ilə bağlı XƏBƏRDARLIQ

ABŞ-ın kəşfiyyat agentlikləri NATO müttəfiqlərinə Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyat həyata keçirəcəyi ilə bağlı xəbərdarlıq edib. Herbiand.az xəbər verir ki, bu barədə “New York Times” nəşri öz mənbələrinə istinadən yazıb. Qəzet qeyd edib ki, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib, lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı...

Yazı
Erməni əsgəri özünü güllələyib

Erməni əsgəri özünü güllələyib

Ermənistanın Qeqarkunik rayonunda yerləşən hərbi hissələrdən birində əsgər ölümü qeydə alınıb. Herbiand.az-ın məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölən əsgər 1992-ci il təvəllüdlü, müqaviləli hərbi qulluqçu sıravi Gevork Xaçaturoviç Avetyandır. İlkin məlumata görə, o, silahla davranış qaydalarını pozması nəticəsində açılan atəş nəticəsində ölüb. Hadisə noyabrın 15-də baş versə də, əsgər...

Yazı
Zəlzələ Ağsuda dağıntılara səbəb olub

Zəlzələ Ağsuda dağıntılara səbəb olub

Bu gün baş verən zəlzələ nəticəsində Ağsuda yaşayış evinə ziyan dəyib. Herbiand.az xəbər verir ki, zəlzələ zamanı rayonun Kalva kənd sakini Dilşad Hacıyevaya məxsus ev ucaraq yarasız hala düşüb. Zərərçəkmişin oğlu Şamil Hacıyev “Report”un yerli bürosuna bildirib ki, evin divarları tamam uçub. Ev sahibinin sözlərinə görə, 2019-cu ildə ərazidə baş verən zəlzələ zamanı Fövqaladə Hallar...

Yazı
Şamaxıda baş verən zəlzələlər Bakıda da hiss olunub

Şamaxıda baş verən zəlzələlər Bakıda da hiss olunub

“Pirquludan 20 km cənubda Şamaxı ərazisində zəlzələnin dərinliyi, orta gücdə olması böyük əraziləri əhatə etdi. Hətta Bakıda çoxmərtəbəli binalarda da hiss olunub”. Bunu Herbiand.az– a Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, avtoşoklar davam edir, bir neçəsi qeydə alınıb: “Xırda təkanlar olmalıdır ki, enerji boşalması getsin və fon səviyyəsinə gəlsin. Daha güclü...

Yazı
Kürdəmirdə Aprel döyüşləri şəhidinin büstünün açılışı olub

Kürdəmirdə Aprel döyüşləri şəhidinin büstünün açılışı olub

Kürdəmirdə 2 aprel 2016-cı ildə Ermənistanın ölkəmizə qarşı silahlı təxribatının qarşısının alınması zamanı şəhid olmuş Mi-24 hərbi helikopterinin ekipaj üzvü, ölümündən sonra Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən baş leytenant İsmayılov Əbu Bəkir Vüqar oğlunun xatirəsinə inşa edilən büstün açılışı olub. Herbiand.az xəbər verir ki, mərasim Əbu Bəkrin doğulub boya-başa...

Yazı
Somalinin paytaxtında partlayış baş verib, yaralananlar var

Somalinin paytaxtında partlayış baş verib, yaralananlar var

Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib. Herbiand.az xəbər verir ki, bu barədə Somalinin “Goobjoog News” xəbər portalı məlumat yayıb. Məlumata görə, partlayış şəhərin mərkəzi hissəsində, prezident sarayının bilavasitə yaxınlığında qeydə alınıb. Bir neçə nəfərin, o cümlədən milli media rəhbərlərindən birinin yaralandığı bildirilir.

Yazı
İranın ABŞ-dakı keçmiş səfiri 93 yaşında vəfat edib

İranın ABŞ-dakı keçmiş səfiri 93 yaşında vəfat edib

İranın ABŞ-dakı səfiri Ərdəşir Zahedi 93 yaşında İsveçrədə vəfat edib. Herbiand.az xəbər verir ki, bu barədə “Washington Post” qəzeti məlumat yayıb. Şah rejimi dövründə səfir işləmiş Zahedi 1979-cu ildə Ayətullah Xomeyni hakimiyyətə gəldikdən sonra Tehranı tərk edib. O, İranda inqilabdan sonra ölümə məhkum olunub və İsveçrəyə mühacirət edib. Siyasətçi İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin etibarlı müşaviri və...

Yazı
Polşa Senatının spikerinə sui-qəsd cəhdi olub

Polşa Senatının spikerinə sui-qəsd cəhdi olub

Polşa parlamentinin yuxarı palatasının (Senat) spikeri Tomaş Qrodzkiyə hədə-qorxu məktubu və partlayıcı maddələr olan bağlama gəlib. Herbiand.az xəbər verir ki, bu barədə spiker özünün tviter səhifəsində məlumat yayıb. Qrodzki bildirib ki, bağlamada olan partlayıcı maddələr müvafiq orqanlar tərəfindən zərərsizləşdirilib. Hazırda bağlamanın kim tərəfindən göndərildiyi araşdırılır.

Yazı
“Bu videogörüntülər Azərbaycan dövlətinin maraqlarına zidd formada istifadə oluna bilər” – Hərbi ekspert

“Bu videogörüntülər Azərbaycan dövlətinin maraqlarına zidd formada istifadə oluna bilər” – Hərbi ekspert

Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müşavirədə son günlər dövlət sərhədində gedən döyüş...

Yazı
Türkiyə və ABŞ rəsmiləri Qarabağa dair müzakirələr aparıblar

Türkiyə və ABŞ rəsmiləri Qarabağa dair müzakirələr aparıblar

Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Cek Sallivan arasında telefon danışığı olub. Herbiand.az “Hurriyet”ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli və regional məsələlər barədə danışıblar. Onlar həmçinin Qarabağda sülh və sabitliyin davamlı olması, Əfqanıstandakı vəziyyət, Suriyanın ərazi bütövlüyü, Belarus-Polşa sərhədindəki vəziyyəti də müzakirə ediblər.

Yazı
Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

Azərbaycanla İran arasında iqtisadi əlaqələrin inkişafı müzakirə edilib

İranın Azərbaycandakı Səfirliyi ölkəsinin iş adamlarının iştirakı ilə görüş keçirib. Herbiand.az xəbər verir ki, səfirliyin ticarət attaşesinin də iştirak etdiyi görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin son vəziyyəti və inkişafı müzakirə edilib. İştirakçılar iqtisadi əlaqələrin genişləndirilməsindəki maneələrin aradan qaldırılması yollarını müzakirə edib, bu cür görüşləri davam etdirməyi qərara alıb. Bunun üçün İran səfiri həftədə bir...

  • 1
  • 2