Day: Noyabr 22, 2021

Yazı
Polad Həşimovun oğlu “Qarabağ”da – FOTO

Polad Həşimovun oğlu “Qarabağ”da – FOTO

Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun oğlu Davud Həşimov futbol məşqlərinə başlayıb. Herbiand.az Ucnoqta.az a istinadən xəbər verir ki, o, “Qarabağ” futbol klubunun aşağı yaş qrupunda hazırlıq keçir. Davudun məşqçisi ilə çəkilən fotosu sosial şəbəkələrdə yayılıb. Qeyd edək ki, şəhid generalımızın Davudla yanaşı, qızı Aybəniz və digər oğlu Teymur da vətənə yadigar qalıb.

Yazı
Mənfəət vergisi bəyannaməsinin yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib

Mənfəət vergisi bəyannaməsinin yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib

Mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü müəyyən edilib. Herbiand.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Vergi Xidməti rəisinin müavini Samirə Musayeva Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. S.Musayeva bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə mənfəət vergisi bəyannaməsinin kameral yoxlanması ilə bağlı müddət 60 iş günü...

Yazı
Tərtərdə baş verən yol qəzasında bir nəfər ölüb

Tərtərdə baş verən yol qəzasında bir nəfər ölüb

Tərtərdə ölümlə nəticələnən yol qəzası baş verib. Herbiand.az APA-ya istinadən bildirir ki, hadisə Tərtər-Goranboy yolunun Hacıqərvənd kəndi hissəsində qeydə alınıb. Tərtər şəhər sakini, 1983-cü il təvəllüdlü Səfərov Yediyar Osman oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik maşını Tərtər rayon sakini, 1992-ci il təvəllüdlü Bayramlı Qalib Firdovsi oğlunun idarə etdiyi “VAZ-2106” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə...

Yazı
Serj Sarkisyana qadağa qoyulub

Serj Sarkisyana qadağa qoyulub

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi eks-prezident Serj Sarkisyana qarşı ittiham irəli sürüb. Ona qarşı yaşadığı yerdən kənara çıxmama ilə bağlı iltizamnamə tədbiri seçilib. Herbiand.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İctimai televiziyasına müsahibəsində qurumun mətbuat katibi Mariam Ohancanyan bildirib. M.Ohancanyan deyib: “Korrupsiyaya qarşı mübarizə komitəsinin araşdırdığı iş çərçivəsində Serj Sarkisyana qarşı ittiham irəli...

Yazı
Gürcüstanın dövlət borcu 9 milyard dollardan çoxdur

Gürcüstanın dövlət borcu 9 milyard dollardan çoxdur

Gürcüstanın dövlət borcu cari ilin yanvar-oktyabr ayları ərzində daha da artaraq 9,2 milyard dollar olub.Herbiand.az AZƏRTAC a istinadən xəbər verir ki, bunun da 81 faizini xarici, 19 faizini isə daxili dövlət borcu təşkil edir. Dövlətin borcu ölkədə istehsal olunan ümumi daxili məhsulun 60 faizindən çoxdur.Qeyd edək ki, 2021-ci ilin iyul ayında Gürcüstanın xarici borcu 7,535...

Yazı
“Azərişıq”ın əməkdaşı Laçında minaya düşüb

“Azərişıq”ın əməkdaşı Laçında minaya düşüb

“Azərişıq” ASC-nin əməkdaşı ötən gün Laçında minaya düşüb. Herbiand.az Trend-ə istinadən bildirir ki, hadisə Laçın rayonunun Güləbird kəndində qeydə alınıb. Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman piyada əleyhinə minaya düşüb. Xəsarət alan şəxsin sağ ayağı amputasiya olunub.

Yazı
Kartdan 27 min dollar oğurlayanlar saxlanıldı  – FOTO

Kartdan 27 min dollar oğurlayanlar saxlanıldı – FOTO

Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayət edən ölkəmizdə yaşayan xarici dövlətlərdən birinin vətəndaşı onun bank kartından 27 min dolların naməlum şəxslər tərəfindən oğurlandığını bildirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Zöhrab Əliyev və Orxan Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər....

Yazı
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 61 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Herbiand.az a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10, buster doza üzrə vaksinasiya olunanların sayı isə 48 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 292 495, birinci mərhələ üzrə...

Yazı
Sabah bu rayonlarda qaz olmayacaq

Sabah bu rayonlarda qaz olmayacaq

“Qazıməmməd-Qazax” yüksəktəzyiqli magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar 23.11.2021-ci il tarixində saat 09:00-dan etibarən işlər başa çatanadək İsmayıllı rayonunun tam olaraq (İsmayıllı şəhəri və rayonunun 28 kəndi), Ağsu rayonunun 5 kəndi, Göyçay rayonunun isə 7 kəndinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Birlik müvəqqəti narahatlığa görə abonentlərdən üzr...

Yazı
Fransanın Azərbaycandakı səfiri Ağdama səfər edib – FOTO

Fransanın Azərbaycandakı səfiri Ağdama səfər edib – FOTO

Bu gün Fransanın ölkəmizdəki səfiri Qross Zakarinin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib. Herbiand.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında məlumat yayıb. Onun sözlərinə görə, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı...

Yazı
Almaniya nüvə silahından istifadə etmək üçün icazə alıb – NetEase

Almaniya nüvə silahından istifadə etmək üçün icazə alıb – NetEase

Almaniya ölkə ərazisində yerləşdirilən ABŞ-a məxsus nüvə silahlarından istifadə etmək üçün icazə alıb. Nüvə arsenalı düşmənin hərbi aqresiyasından mühafizə məqsədilə istifadə oluna bilər. Herbiand.az xəbər verir ki, bu barədə NetEase bildirib. Bir müddət əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Berlini ziyarət edib. Səfər çərçivəsində o jurnalistlərin suallarını cavablandırıb. NetEase-nin məlumatına görə, məhz baş katibin səfəri...

Yazı
ABŞ səfiri tezliklə Ağdama səfər edəcək

ABŞ səfiri tezliklə Ağdama səfər edəcək

“Mən Azərbaycanın müxtəlif regionlarına səfər etmişəm. Geri qaytarılmış ərazilərə gəlincə, mən Zəngilanda olmuşam”. Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib. O, ABŞ Səfirliyinin əməkdaşlarının Füzuli və Ağdamda səfərdə olduqlarını xatırladıb. “Mən özüm də tezliklə Ağdama səfər edəcəyəm”, – amerikalı diplomat vurğulayıb. Səfir vurğulayıb ki, Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Lənkəran, Şəki, Gəncə və Naxçıvanda səfərdə...

Yazı
“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji müstəqilliyinə töhfə verir”

“Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji müstəqilliyinə töhfə verir”

“Gələn il Azərbaycanla əlaqələrimizin 30 illiyini qeyd edəcəyik. Bu illər ərzində əlaqələrimiz müxtəlif sahələrdə inkişaf edib, dərinləşib. Biz bunu yüksək qiymətləndiririk”. Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer deyib. O bildirib ki, ABŞ regionun inkişafına dəstək verməyə sadiqdir, ABŞ regionun çiçəklənməsi, rifahı üçün çalışır. Amerikalı diplomatın sözlərinə görə, ölkəsinin Azərbaycanla enerji sahəsində...

Yazı
Paşinyanın paylaşımına cavab: “Niyə özünü öldürmədin?” – FOTO

Paşinyanın paylaşımına cavab: “Niyə özünü öldürmədin?” – FOTO

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan öz Facebook səhifəsində məlumat verib ki, sabah canlı yayımda KİV-in və ictimai təşkilatların suallarını cavablandıracaq. Buna cavab olaraq bir çox vətəndaşlar bu paylaşıma şərh yazaraq onu getməyə çağırıblar. Herbiand.az erməni mətbuatına istinadən paylaşımlardan bir neçəsini təqdim edir: “Yox ol”. “Mənim sualım: Nə vaxt istefa verəcək və arenanı...

Yazı
ABŞ COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar ayırıb

ABŞ COVID-19 ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar ayırıb

“ABŞ koronavirus pandemiyasının fəsadları ilə mübarizə çərçivəsində Azərbaycana 6 milyon dollar ayırıb”.  Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiriÖrl Lisenbergerbildirib. Onun sözlərinə görə, pandemiya insanlar arasında əlaqələrə təsir göstərib, görüş və tədbirlərin çoxu onlayn formatda keçirilir. Səfir bu qlobal problemin aradan qaldırılmasının yeganə yolunun peyvəndlənmə olduğunu qeyd edib.

Yazı
Azərbaycan və Koreya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Azərbaycan və Koreya arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Koreya Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park ilə görüşü baş tutub. XİN-dən Herbiand.az-a verilən məlumata görə, görüş zamanı Koreya Respublikası ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib. Görüşdə tərəflər Azərbaycan və Koreya Respublikası arasında...

Yazı
XİN başçısı: “Baydenlə Putin Ukrayna mövzusunu da müzakirə edə bilər”

XİN başçısı: “Baydenlə Putin Ukrayna mövzusunu da müzakirə edə bilər”

“ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Ukrayna məsələsi də müzakirə edilə bilər”. Herbiand.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-də keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, prezidentlərin görüşünün keçiriləcəyi tarix, başqa parametrlər, heç şübhəsiz, Ukrayna mövzusu hazırda müzakirə edilir. Bir müddət əvvəl Rusiya...

Yazı
Nazirlik: Amnistiya aktı indiyədək 1300-dək şəxsə şamil olunub, onlar azadlığa buraxılıb

Nazirlik: Amnistiya aktı indiyədək 1300-dək şəxsə şamil olunub, onlar azadlığa buraxılıb

8 Noyabr – Zəfər Günü münasibətilə elan olunan Amnistiya Aktının indiyədək neçə nəfərə tətbiq edildiyi məlum olub. Herbiand.az xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova nazirliyin sosial şəbəkədə təşkil etdiyi canlı yayımda bildirib. İdarə rəisi qeyd edib ki, Amnistiya Aktı indiyədək 1300-dək şəxsə şamil olunub və onlar...

Yazı
Erl Litzenberger: “Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq”

Erl Litzenberger: “Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq”

“Birləşmiş Ştatlar Əfqanıstandakı missiya ilə bağlı göstərilən dəstəyə görə Azərbaycana minnətdardır”. Herbiand.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger bildirib. Səfir iki ölkə arasında təhlükəsizliklə bağlı uzun müddətdir səmərəli əməkdaşlığın bərqərar olduğunu qeyd edib. “Əfqanıstanda əvvəldən axıradək göstərilən dəstəyə görə Azərbaycana sonsuz təşəkkür edirəm. Ölkəniz Əfqanıstanı ən axırda tərk edib, hava limanında da...