Day: Noyabr 23, 2021

Yazı
Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik mənzərəsi dəyişib”

Gürcüstanın Baş naziri: “Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik mənzərəsi dəyişib”

“Hamımız razılaşmalıyıq ki, Qarabağ müharibəsindən sonra bölgədə təhlükəsizlik mənzərəsi və hazırkı vəziyyət dəyişib”. Herbiand.az-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib. Onun sözlərinə görə, Gürcüstan regionda Rusiyanın mövqeyinin güclənməsi və Qarabağ müharibəsindən sonra güc balansının dəyişməsini diqqətlə izləyir. Baş nazir qeyd edib ki, bu...

Yazı
Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib

Baydenin bəyanatı nefti ucuzlaşdıra bilməyib

Bakı vaxtı ilə saat 21:45-də Londonun “İCE Futures” birjasında keçirilən hərrac zamanı “Brent” markalı neft 3,25 faiz bahalaşıb. Herbiand.az xəbər verir ki, “Brent” markalı neft hazırda 82,3 ABŞ dollarından satılır. Qeyd edək ki, Bakı vaxtı ilə saat 16:09-da “Brent” markalı neftin qiyməti ABŞ prezidenti Co Baydenin neft qiymətini azaltmaq üçün strateji ehtiyatdan 50 milyon barel çıxartdıqları barədə...

Yazı
“16 noyabrda 32 erməni hərbçi saxlanılıb” – Paşinyan

“16 noyabrda 32 erməni hərbçi saxlanılıb” – Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 16-da Ermənistan Silahlı Qüvvələrinin sərhəddə törətdiyi təxribat zamanı saxlanılan erməni hərbçilərin sayını açıqlayıb. Herbianad.az erməni mediasına istinadən xəbər verir ki, Baş nazirin sözlərinə görə, bu rəqəm Ermənistan Müdafiə Nazirliyinin açıqladığı kimi 19 yox, 32-dir. Paşinyan bildirib ki, saxlanılan 32 erməni hərbçi ilə bağlı məlumatlar dəqiqləşdirilir. “Başa düşürəm, belə danışmaq...

Yazı
Bakı və İrəvan sənəd imzalaya bilər

Bakı və İrəvan sənəd imzalaya bilər

“İrəvan və Bakı sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyanın yaradılması haqqında sənəd imzalaya bilər”. Herbiand.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı deyib. Onun sözlərinə görə, proses zamanı sərhəddə insidentlərin baş verməsini təsəvvür etmək mümkün deyil. Paşinyan ümid edir ki, Rusiya ilə birlikdə regionda toqquşmaların qarşısını almağa kömək edəcək formata...

Yazı
Türkiyə xüsusi təyinatlıları daha 4 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları daha 4 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi təyinatlıları Suriyanın şimalında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib. Herbiand.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “Fərat Qalxanı” əməliyyatı zonasında 3, “Zeytun budağı” əməliyyatı zonasında 1 silahlı məhv edilib. Terrorçular türk hərbçilərinin nəzarətində olan ərazilərə döyüş əməliyyatları və hücumlar planlaşdırırıblar.

Yazı
“Frontex”: Avropa İttifaqının sərhədlərinin pozulması halları kəskin artıb

“Frontex”: Avropa İttifaqının sərhədlərinin pozulması halları kəskin artıb

2021-də Avropa İttifaqının şərq sərhədinin pozulması halları 2020-ci illə müqayisədə 15 dəfə artıb. Herbiand.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının sərhədlərə nəzarət agentliyi “Frontex” məlumat yayıb. Bununla belə, agentlik bildirir ki, Belarusla qonşu olan Avropa İttifaqı üzvlərinin sərhəd nəzarətini gücləndirməsi oktyabrda kütləvi miqrant axınının qarşısını alıb.Qurumun rəhbəri Fabriçe Leggeri bildirib ki, Belarusla sərhəddə baş verənlər...

Yazı
Avropaya miqrant aparan şəbəkə dağıdıldı

Avropaya miqrant aparan şəbəkə dağıdıldı

Əlcəzairin Müdafiə Nazirliyi Avropaya miqrantların qaçaqmalçılığını təşkil edən beynəlxalq şəbəkənin darmadağın edildiyini açıqlayıb. Herbiand.az TRT-yə istinadən xəbər verir ki, əməliyyatı jandarm qüvvələri ölkənin şərqindəki Burc Buariric əyalətində həyata keçirib. İstintaq zamanı müasir üsullardan istifadə edildiyi bildirilən açıqlamada sözügedən qaçaqmalçılıq şəbəkəsinin məhv edildiyi qeyd olunub. Transsərhəd mütəşəkkil qrupların miqrant qaçaqmalçılığı üzrə ixtisaslaşmış olduğu bildirilən şəbəkənin fəaliyyəti...

Yazı
Cəbrayılda daha iki erməni hərbçinin qalıqları tapıldı

Cəbrayılda daha iki erməni hərbçinin qalıqları tapıldı

İşğaldan azad edilən Cəbrayıl rayonu ərazisində iki erməni hərbçisinin cəsədinin qalıqları tapılıb. Herbiand.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Bildirilir ki, iki cəsəd tapılıb: “Onların şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra dəqiqləşdiriləcək”. Xatırladaq ki, Qarabağda aparılan axtarış tədbirləri nəticəsində ümumilikdə 1700 cəsəd və qalıqları aşkarlanıb.

Yazı
Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

Əliyevlə Paşinyan bu mövzuları müzakirə edəcək

“ATƏT-in Minsk qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”. Herbiand.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan onlayn konfrans zamanı bildirib. Onun sözlərinə görə, dekabrın 15-də Brüsseldə “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşü keçiriləcək. “Qarşıdan gələn görüşlərlə bağlı xəbərlər müsbət qarşılanmalıdır. Görüşlərdə delimitasiya və demarkasiya prosesinin nədən başlanacağı ilə bağlı...

Yazı
BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi istefa verib

BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi istefa verib

BMT Baş katibinin Liviya üzrə xüsusi nümayəndəsi Yan Kubiş istefa verib. Herbiand.az xəbər verir ki, bu barədə AFP diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd edilir ki, o, bu vəzifədə təxminən bir il işləyib.

Yazı
Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının komitə iclasına sədrlik edəcək

Noyabrın 24-25-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) 37-ci iclası keçiriləcək. Herbiand.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazirlərin toplantısına Prezident Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək. İclasda yeni növ koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə İslam bankçılığının rolu ilə bağlı fikir mübadiləsi aparılacaq. Nazirlərin iclasında, həmçinin 17-18 noyabr gündəliyi üzrə texniki...

Yazı
Ceyhun Bayramov Argentinanın səfirini qəbul edib

Ceyhun Bayramov Argentinanın səfirini qəbul edib

23 noyabr 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Argentinanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunellanı diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Herbiand.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfirin Azərbaycan-Argentina münasibətlərinin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Hər iki ölkənin...

Yazı
Paşinyan: “Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaradıb”

Paşinyan: “Bakı və İrəvan müdafiə nazirləri səviyyəsində birbaşa əlaqə yaradıb”

Ermənistan və Azərbaycan müdafiə nazirləri səviyyəsində birbaşa operativ əlaqə yaradıblar. Herbiand.az “Sputnik Armenia”ya istinadla xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Facebook” səhifəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib. “Avropa İttifaqının nümayəndələri ilə görüşdə daha bir təşəbbüs ortaya atıldı. Söhbət 2 ölkənin müdafiə nazirləri arasında birbaşa rabitənin yaradılmasından gedir. Məqsəd insidentlərin qarşısını almaqdır” deyə Paşinyan əlavə...

Yazı
“Ermənistan təzminat verməli və cəzalanmalıdır” – HƏRBİ EKSPERTİN ŞƏRHİ

“Ermənistan təzminat verməli və cəzalanmalıdır” – HƏRBİ EKSPERTİN ŞƏRHİ

Ermənistan heç zaman beynəlxalq hüquqa əməl etməyib, hər zaman beynəlxalq hüququ kobudcasına pozub. Herbiand.az xəbər verir ki, bu sözləri SİA-ya verdiyi açıqlamasında hərbi ekspert Emil Həsənli deyib. Hərbi ekspert vurğulayıb ki, beynəlxalq hüquqda ən ağır cınayətlər işğaldır, soyqırımdır, separatizmdir, terrordur ki, Ermənistan bunu dövlət səviyyəsində həyata keçirir. “Əsrlərə işgəncə vermək, əsirlərlə düzgün davranmamağı Ermənistan ən...

Yazı
Tailand AT-6 yüngül hücum təyyarəsinin ilk alıcısı olub

Tailand AT-6 yüngül hücum təyyarəsinin ilk alıcısı olub

Tailandın Kral Hava qüvvələri Amerikanın Textron Aviation şirkəti ilə 8 ədəd Beechcraft AT-6 Wolverine yüngül hücum təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Müqavilə Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubai Airshow-2021 aviasalon sərgisinin birinci günündə imzalanıb. Herbiand.az xəbər verir ki, bu barədə Textron Aviation şirkətinin mətbuat xidmətindən bildirilib. Müqavilənin dəyəri 143 milyon dollar təşkil edir. Həmçinin müqaviləyə...

Yazı
Məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə veriləcək

Məcburi köçkünlər üçün tikilən 6 365 mənzil şəhid ailələri və qazilərə veriləcək

“Son 3 il 10 ay ərzində 230 min şəxs işlə təmin edilib”. Herbiand.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” (ikinci oxunuş) qanun i layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib. Nazir müavini postmüharibə kontingentinə də toxunub: “Xüsusilə şəhid...

Yazı
Yolunu azan erməni…

Yolunu azan erməni…

Xocavənd sakini olan erməni yolu azaraq Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçdiyi barədə məlumat yayılıb. Herbiand.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Armenia” saytı verib. Hadisə bu gün səhər saatlarında baş verib. Erməni tərəfi baş verən hadisə ilə bağlı Rusiya sülhməramlılarını məlumatlandırıb. Yolu azan sakinin şəxsiyyəti açıqlanmır. Onun 2000-ci il təvəllüdlü olduğu bildirilir.

Yazı
Qazaxıstan “Barıs” zirehli maşınların seriya istehsalına başlayıb

Qazaxıstan “Barıs” zirehli maşınların seriya istehsalına başlayıb

Qazaxıstanın “Kazakhstan Paramount Engineering” müəssisəsi yeni “Barıs 6×6” zirehli təkərli maşının seriya istehsalına başlayıb. Bu, Cənubi Afrikanın Paramount şirkətinin Mbombe zirehli avtomobilinin qazax versiyasıdır. Herbiand.az xəbər verir ki, bu barədə şirkətin müşahidə şurasının sədri Aybek Borısov öz Facebook səhifəsində bildirib. Şirkətin məlumatına görə, “Barıs 6×6” minalardan, əldəqayırma partlayıcılardan və yan partlayışlardan mühafizə etməyi bacarır. Üç...

Yazı
Prezident həqiqi hərbi xidmətə çağırış haqqında Sərəncam imzalayıb

Prezident həqiqi hərbi xidmətə çağırış haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2022-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb. Herbiand.az-ın xəbərinə görə, Sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1987–2003-cü illərdə doğulmuş, yaşı 35-dək olan,...