Süleyman Məmmədli koronavirusdan vəfat edib

Azərbaycanda Şərq əlbəyaxa döyüş növlərinin ustası kimi tanınan Süleyman Məmmədli COVID 19-dan dünyasını dəyişib.

Mərhum bu gün Bakıda dəfn olunur.

Herbiand.az xəbər verir ki, Süleyman Məmmədli müxtəlif əlbəyaxa döyüş növlərində 40 dəfədən çox Avropa və Dünya çempionu olub.

O 1948-ci ildə Tovuzda anadan olub. 1969-cu ildə ilk dəfə karate idman növüylə tanış olduqdan sonra Şərq döyüş növləriylə məşul olmağa başlayıb.1980-ci illərdə şəxsi çağırışla Macarıstana gedib və idman dərəcəsi alıb. 70-dən artıq döyüş sənətini bilirdi. 1983-cü ildə Macarıstana növbəti səfər zamanı bura məşq keçməyə gəlmiş kyokşinkayın yaradıcısı məşhur Ayamayla tanış olub.

Azərbaycanda taekvondonun, hapkidonun, uşunun, kikboksinqin, subakso tanqsudonun, çun kundonun, Tae Kuk Mu Sul-un, Cit Kun Do-nun, Donq Ku Yudo Kvan-ın və s. Yaradıcısı idi. Chun Kuhn Do, Turan Do, Combat Mixed MA, Combat Chinese, Musul Taekwon Do, Combat Korea MA, Jeet Kune Do döyüş sənəti üzrə qrand-masterdir və Tae Kuk Mu Sul, Universal Combat MA və Turan Do üzrə 10-cu dan qara kəmər ustası idi.

Allah Rəhmət eləsin!

Copy link
Powered by Social Snap