Ağdam Cümə məscidi bərpa edilir

İşğaldan azad edilən Ağdam şəhəri ərazisində yerləşən Cümə məscidi bərpa edilir.

Herbiand.az report-a istinadən bildirir ki, artıq ibadət ocağının ətrafı dəmir torlarla hasara alınıb, inşaat işlərinin aparılması üçün dəmir ayaqaltı konstruksiyalar quraşdırılıb.

Qeyd edək ki, 30 ilə yaxın ermənilərin işğalı altında qalan Ağdam şəhəri tamamilə dağıdılıb. İşğalda olduğu müddət ərzində şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan tikili Cümə məscidi olub. Ermənilərin işğalı dövründə məscidin minarələri hərbçilərin ətraf ərazilərə nəzarət etmələri üçün müşahidə qülləsi kimi, ibadət ocağının özü isə donuz və mal-qaraların saxlanılması məqsədilə istifadə olunub. 

Xatırladaq ki, Cümə məscidi Heydər Əliyev Fondunun dəstəyi ilə təmir ediləcək.

Copy link
Powered by Social Snap