Ağdama səfər etmək istəyənlərə şad xəbər

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Ağdama səfər etmək istəyənlər üçün qaydaları açıqlayıb.

Herbiand.az xəbər verir ki, E. Hüseynov bu barədə tvitter hesabında məlumat yayıb.

O bildirib ki, səfərə qatılmaq üçün agdam@pa.gov.az elektron poçtuna şəxsiyyət vəsiqəsi və COVID pasportun (və ya immunitet sertifikatı və ya peyvəndə əks-göstəriş barədə arayışın) şəklini göndərmək tələb olunur: “Şəhid ailələri, qazilər və Ağdam əhalisinə (60+) üstünlük verilir”.

Qeyd edək ki, ötən gün bir qrup Ağdam sakini ilk dəfə olaraq öz şəhərlərinə səfər ediblər.

Copy link
Powered by Social Snap